Aslan
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Allah tülküyə aslan gücü verməsin. Kürd atalar sözləri
- Aslan göy gurultusuna cavab verər, çaqqal ulaşmasına yox. Hind atalar sözləri
- Aslan qocalanda çaqqallar gülüncü olar. Kürd atalar sözləri
- Aslan olaraq bir gün yaşamaq, yüz il ərzində qoyun olaraq yaşamaqdan daha yaxşıdır. İtalyan atalar sözləri
- Aslanı hiylə ilə təslim edərlər. Kürd atalar sözləri
- Aslanın gücü pəncəsindədir. Kürd atalar sözləri
- Aslanın nə erkəyi, nə dişisi. Azərbaycan atalar sözləri/A
B[redaktə]
- Bir dəfə aslanın belinə mindinsə enmək çətindir. Çin atalar sözləri
- Bir qoyun sürüsünün başında bir aslan olması, bir aslan sürüsünün başında bir qoyun olmasından daha yaxşıdır. Daniel Defo
- Bir quzunun əmr etdiyi bir aslan ordusu məni qorxutmaz. Amma eyni şeyi, bir aslan tərəfindən əmr edilən quzu ordusu üçün söyləyə bilmərəm. Makedoniyalı İsgəndər
- Buzova süd, aslana ət. Amxar atalar sözləri
E[redaktə]
- Eşq aşiqi şir edər, aslanı zəncir edər, bərk daşı şam edər. Yunus Əmrə
İ[redaktə]
- İgid - sözündən dönməz, aslan - izindən. Özbək atalar sözləri
- İş aslandır, alarsan ələ, olar tülkü. Kürd atalar sözləri
Ö[redaktə]
- Özgə ovlayan quşu aslan yeməz. Lak atalar sözləri
Ş[redaktə]
- Şücaət və cəsarət baxımından Türklərdən üstün, böyük hədəflərə çatmaq baxımından da onlardan inadkar heç bir qövm yoxdur. Cənabi Haqq onları aslan sifətində yaratmışdır. İbn Hassul
Y[redaktə]
- Yatmış aslandansa, ayıq çaqqal qorxuludur. Ləzgi atalar sözləri