Ağac
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağac barı, insan yaxşılığı ilə qiymətlidir. Assuri atalar sözləri
- Ağac barıyla tanınar. Benqal atalar sözləri
- Ağac dibindən su içər. Azərbaycan atalar sözləri/Vətən və el
- Ağac əkmək üçün ən uyğun zaman 20 il əvvəl idi. Növbəti uyğun zaman bugündür. Çin atalar sözləri
- Ağac əyildi, sındı, igid əyildi, öldü. Azərbaycan atalar sözləri/Mərdlik və igidlik
- Ağac hələ gənc ikən düzəldilir. Burundi atalar sözləri
- Ağac kökləri ilə yaşar, insan dostları ilə. Hind atalar sözləri
- Ağac kölgə yaradır, amma kölgədə inkişaf edə bilmir Anna Bartkulaşvili
- Ağac kömürü ilə güclüdür, insan dostları ilə. Gürcü atalar sözləri
- Ağac meyvəni dəyənə qədər böyüdər. Azərbaycan atalar sözləri/Vətən və el
- Ağac nə qədər boy atsa da, kökü torpaqda olar. Tatar atalar sözləri
- Ağac nə qədər yüksək olursa olsun, yarpaqları yenə də yerə tökülər. Çin atalar sözləri
- Ağac olan yerdə budaq sınar. Azərbaycan atalar sözləri/Vətən və el
- Ağac səmtinə yıxılar. Azərbaycan atalar sözləri/Vətən və el
- Ağac sınanda budaq nəyə gərəkdir?! Azərbaycan atalar sözləri/Vətən və el
- Ağac və kitabın yarpağı nə qədər çoxdursa, meyvəsi bir o qədər azdır. Ərəb atalar sözləri
- Ağac və müəllim öz barı ilə tanınır. Fars atalar sözləri
- Ağac yaşkən əyilər. Konfutsi
- Ağac yıxılanda hamı üstünə axışar: baltalı da, baltasız da. Abxaz atalar sözləri
- Ağac yıxılmazdan qabaq meymunlar üstündən dağılışar. Benqal atalar sözləri
- Ağacdan düşən yarpaq necə qurumağa məhkumsa; könüldən düşən insan da unudulmağa məhkumdur. Nəcib Fazil Qısakürək
- Ağacı içindən qurd yeyər. Azərbaycan atalar sözləri/Vətən və el
- Ağacın əyriliyi ancaq odda yox olar. Teluqu atalar sözləri
- Ağaclar çoxdur, lakin hamısı meyvə vermir. Meyvələr də çoxdur, lakin hamısı dadlı deyil. Elm də çoxdur, lakin hamısı faydalı deyil. Həzrəti İsa
- Azadlıq ağacı zaman-zaman vətənpərvərlərin, tiranların qanı ilə suvarılmalıdır. Tomas Cefferson
B
[redaktə]- Balta ağac kəsməzdi, sapı ağac olmasaydı. Azərbaycan atalar sözləri/B
- Bar verən ağacı kəsməzlər. Azərbaycan atalar sözləri/B
- Barlı ağaca daş atarlar. Azərbaycan atalar sözləri/B
- Barlı ağacın başına dolanarlar. Azərbaycan atalar sözləri/B
- Barsız ağaca daş atmazlar. Azərbaycan atalar sözləri/B
- Bir ağac, hər hansı bir şahzadədən daha soyludur. Aleksandr Pop
- Bir ağaca dırmanmaq istəyirsinizsə, ulduzlara çıxmağı niyyət edin ki, bacara biləsiniz. Konfutsi
- Bir nəfər bu gün kölgədə oturursa, uzaq keçmişdə başqa birisi ağac əkdiyinə görədir. Uorren Baffett
- Budaqlı ağacın küləksiz günü olmaz. Koreya atalar sözləri
D
[redaktə]- Daşın, ağacın və isanın taleyini qabaqcadan demək olmaz. Teluqu atalar sözləri
H
[redaktə]- Hər ağac öz dibinə kölgə salar. Azərbaycan atalar sözləri/Vətən və el
- Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir... Heydər Əliyev
X
[redaktə]- Xarakter ağac isə, şan və şərəf o ağacın kölgəsi kimidir; biz həmişə kölgəni düşünürük halbuki gerçək olan ağacın özüdür. Avraam Linkoln
İ
[redaktə]- İnsan zəhərli ağac əkdiyini o zaman bilir ki, onun meyvəsini özünə yedirirlər. Qırğız atalar sözləri
Q
[redaktə]- Quru duanı burax, ağac istəyən toxum əkər. Mövlana Cəlaləddin Rumi
- Qoz ağacı kökündən çürüyər. Osetin atalar sözləri
M
[redaktə]- Məhəbbət ağac kimidir: öz-özünə bitərək, varlığımızın ən dərin qatlarına kök atır və bəzən ürəyimizin xarabalığında da çiçəkləyib yaşamaqda davam edir. Viktor Hüqo
- Məhəbbətsiz ailə köksüz ağac kimidir. Lak atalar sözləri
- Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə hesab edirəm ki, o, mənim qolumu, barmaqlarımı kəsir... İnsan qurmalıdır, yaratmalıdır... Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Təbiətə zərər vuranlar, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir. Heydər Əliyev
S
[redaktə]- Sıldırımın başında ağac olmaz, lovğanın başında ağıl. Koreya atalar sözləri
- Sözlər yarpaqlara bənzəyir, çoxlu yarpağı olan ağac az bəhrə verir. Aleksandr Pop
T
[redaktə]- Tabutumun taxtası, bilsəm hansı ağacda? Nəcib Fazil Qısakürək
- Tumurcuq dərdində olmayan ağac, odundur. Nəcib Fazil Qısakürək
Y
[redaktə]- Yaşamaq bir ağac kimi tək və azad və bir meşə kimi qardaşcasına. Nazim Hikmət
- Yoldaş olmayanda ağac da yoldaşdır. Osetin atalar sözləri