Məzmuna keç

Bəşər



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • A hürriyyət! A münfərid əməlim,
    İştə sənsən səadəti bəşərin. Abbas Səhhət
  • Abır, insanın öz əməllərinə bəşər tarixinin vəsiyyət etdiyi ali vicdanın tələblərinə uyğun əməl etmək bacarığıdır. Saltıkov-Şedrin
  • Anlayın ki, bizi idrakın məkrliyi, hiyləgərliyi, əclaflığı deyil, Qəlbin İnsanlığı, Ədaləti və Alicənablığı hiddətlənməyə, qəzəblənməyə, etiraz etməyə, coşmağa və qisasla dolu azğınlaşmağa məcbur edir. Anlayın, Peyğəmbərlər — bizim insani qəlblərimizin mexanizmidir. Bu – yelləncək mexanizmidir, Ruhun Alicənablıq tərəfə ən güclü qalxışından sonra ən güclü uçuş Heyvan Qəzəbi tərəfinə yönəlir. Ruh yelləncəyini insanlıq tərəfə qaldırmaq istəyi və bundan da daima nəticə kimi çıxan heyvanlıq tərəfə uçuş — möcüzəvi və eyni zamanda qanlı zolaq kimi bütün bəşər tarixindən keçir. Görürük də ki, elə həmin o son dərəcə qızğın dövrlərdəki güclü və hərəkətlərdə gerçəkləşən Ruh və Ədalət tərəfə qalxışlar bizə xüsusilə qorxunc gəlir — ardınca misli görünməmiş qəddarlıq və şeytani pisliklərin gəlişinə görə Mark Levi
  • Aşıq Ələsgər yaradıcılığı gözəlliklə, bu qeyri-adi sözün geniş, fəlsəfi mənasında, müdrikliklə, bəşər idrakının kamilliyi ilə çalxalanan dərin, sirli-sehrli, müəmmalı, möcüzəli, tilsimli bir ümmandır! Bu ümmanın dərinliklərinə baş vurduqca hətta poeziyanı az-çox bilən, onu sevən insan Ələsgər dühasının düşüncə, fikir tərzinin poetik-fəlsəfi ifadəsini bütövlüklə başa düşmək qarşısında aciz qalır.[1] Ələddin Allahverdiyev
  • Azərbaycan qadınları tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olmuşlar. Xalqımızın əsrlər boyu təşəkkül tapmış zəngin milli mədəni sərvətlərinin hifz edilməsində və ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində onların misilsiz xidmətləri vardır. Heydər Əliyev
  • Barıt son zamanların ixtirasıdır. Müharibə isə, çox təəssüf ki, bəşər tarixi qədər qədimdir. Jül Vern
  • Bədbəxtliklərimizin ən azı üçdə ikisi insan səfehliyindən, bəşəri bədxahlığından, kin və axmaqlığın, idealizmin, dogmatizmin, dini və ya siyasi bütlər naminə təbliğat aparan qeyrətin o böyük motivatorları və bəraətvericilərindən qaynaqlanır. Oldos Haksli
  • Bəşər alicənablığının ən yüksək nümunəsi başqalarının işlədiyi günahın cəzasını çəkməkdir. Səfillər (Viktor Hüqo)
  • Bəşər düşüncəsinin və təcrübəsinin saysız xəzinələri min illər ərzində toplanaraq sözdə əbədi yaşayır. Mixail Şoloxov
  • Bəşər gələn əsrə raketlə gedir, amma bizimkilər motoskiletlə gedir. Baba Pünhan
  • Bəşər övladı üç sağalmaz xəstəliyə qurban gedir: yeməyə ehtiyac, yuxu ehtiyacı və diqqətə ehtiyac. Anri de Monterlan
  • Bəşər övladı yaranışdan əxlaqlıdır, onun əxlaqını cəmiyyət pozur. Teodor Fontane
  • Bəşər övladının biliyi ancaq hərəkətə keçdiyində çoxalır. Hərəkətə keçmək üçün düşünmək biliyi durğunlaşdırmaqdan başqa işə yaramır. Karlos Kastanyeda
  • Bəşər övladının ən təhlükəli nümayəndəsi evi və dostu olmayan tək qadındır. Cəmiyyətin bu zərərsiz varlığı bir çox cinayətlərin dəyişməz səbəbidir. Artur Konan Doyl
  • Bəşər övladının xoşbəxtliyi üçün hər şeyi qurban verməyi öyrədən gözəl ideyaları insanlara aşılamaq sənəti böyük sənətdir. Stendal
  • Bəşər şeytansız olmaz. Azərbaycan atalar sözləri/B
  • Bəşər tarixində yalnız iki cərəyan var: mühafizəkarları yaradan tənbəllik və inqilabçılar yaradan paxıllıq. Jül de Qonkur
  • Bəşər tarixinin formalaşması saysız-hesabsız müxtəlif cəsarət və inam əməllərindəndir. Bir insan hər dəfə bir ideal üçün ayağa qalxdıqda və ya başqalarının vəziyyətini yaxşılaşdırmaq üçün hərəkət edəndə və ya ədalətsizliyə qarşı çıxanda kiçik bir ümid dalğası göndərir və milyonlarla müxtəlif enerji mərkəzlərindən bir-birini keçərək və bu dalğaların zülm və müqavimətin ən qüdrətli divarlarını süpürə bilən bir cərəyan kimi formalaşmasına təkan verir. Robert Kennedi
  • Bəşəri olanlara nifrət, milliliyin gücünü bilməməkdən və duymamaqdan yaranır. Aleksandr Blok
  • Bir kosmik gəmidə Yerin ətrafında fırlandığımda, ilk dəfə planetimizin nə qədər gözəl olduğunu gördüm. Bəşər övladı, gəlin bu gözəlliyi qoruyaq və inkişaf etdirək, onu yox etməyək. Yuri Qaqarin
  • Biz bəşər övladı üçün zamanın başlanğıcındayıq. Problemlərlə mübarizə aparmağımız əbəs deyil. Ancaq gələcəkdə on minlərlə il var. Bizim məsuliyyətimiz əlimizdən gələni etmək, bacardığımızı öyrənmək, həll yollarını təkmilləşdirmək və onları ötürməkdir. Riçard Feynman
  • Bu dəyər miqyasını kim və necə əlaqələndirəcək? Bəşəriyyət üçün yaxşı və pis əməllər, dözülməz olanlar üçün bu gün fərqləndirilən bir şərh sistemini kim yaradacaq? Bəşəriyyətə nəyin həqiqətən ağır və dözülməz olduğunu və dərini yalnız yerli olaraq nəyin otardığını kim izah edəcək? Kim qəzəbi daha yaxın olana yox, ən dəhşətlisinə yönəldər? Kim belə bir anlayışı öz insan təcrübəsinin hüdudlarından kənara köçürməyə müvəffəq ola bilər? Başqalarının uzaq sevincini və kədərini, özünün heç vaxt yaşamadığı ölçüləri və aldatmaları dərk etməyi fanat, inadkar bir insan məxluquna təlqin etməyə kim müvəffəq ola bilər? Təbliğat, məhdudiyyət, elmi sübut - hamısı faydasızdır. Ancaq xoşbəxtlikdən dünyamızda belə bir vasitə var! Yəni sənətdir. Yəni ədəbiyyatdır. Onlar bir möcüzə göstərə bilərlər: insanın yalnız şəxsi təcrübədən öyrənmək kimi zərərli xüsusiyyətinə qalib gələ bilərlər ki, başqa insanların təcrübəsi ondan əbəs yerə keçsin. İnsandan insana, Yerdəki qısa sehrini başa vurduqca, sənət bütün yükləri, rəngləri, həyat şirəsi ilə tanış olmayan, ömürlük təcrübənin bütün ağırlığını köçürür; o, naməlum bir təcrübəni bədəndə canlandırır və ona özümüz kimi sahib olmağımıza imkan verir. Və daha çox, daha çox; həm ölkə, həm də bütün qitələr bir-birinin səhvlərini əsrlərlə davam edə biləcək vaxt fasilələri ilə təkrarlayır. Onda düşünmək olardı ki, hər şey çox aydın olacaq! Amma yox; bəzi xalqların artıq yaşadıqları, nəzərdən keçirdikləri və rədd etdikləri birdən-birə başqaları tərəfindən ən son söz olaraq kəşf edilir. Yenə də özümüzün heç vaxt yaşamadığımız təcrübənin yeganə əvəzedicisi incəsənət, ədəbiyyatdır. Onlar gözəl bir qabiliyyətə malikdirlər: dil, adət, sosial quruluş fərqlərindən kənarda, bir xalqın həyat təcrübəsini digərinə çatdıra bilirlər. Təcrübəsiz bir xalqa onilliklər boyu davam edən sərt milli sınaqları çatdıra bilər, ən yaxşı halda bütün bir xalqı lazımsız, ya səhv, hətta fəlakətli kursdan xilas edə, bununla da bəşər tarixinin döngələrini cilovlaya bilərlər. Aleksandr Soljenitsın
  • Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Heydər Əliyev
  • Bütün bəşər tarixinin ilk müddəası, əlbəttə ki, canlı insan fərdlərinin mövcudluğudur. Karl Marks
  • Din bəşər övladının iyrənc xəstəliyi, siyasət isə onun bədənində xərçəngdir. Anri de Monterlan
  • Elm tarixi, bütün bəşər ideyalarının tarixi kimi, məsuliyyətsiz arzuların, inadkarlığın və səhvlərin tarixidir. Lakin elm səhvlərin sistematik şəkildə tənqid edildiyi və kifayət qədər tez-tez vaxtında düzəldildiyi çox az insan fəaliyyətindən biridir - bəlkə də yeganədir. Buna görə deyə bilərik ki, elmdə tez-tez səhvlərimizdən nəticə çıxarırıq və nə üçün orada irəliləyiş əldə etmək barədə aydın və məntiqli danışa bilərik. Karl Popper
  • Ədalət - haqqın təsəllisi, zülmün tənəzzülü, bəşər ruhunun feyz mənbəyi, insanlığın ən çox istədiyi və ən çox da uzaqlaşdırıldığı dəyərdir. Füyuzat jurnalı
  • Əgər istəsən də, öz həyatını bəşəri həyatdan kənarda tuta bilməzsən. Sən onda, onun üçün yaşayırsan. Ayaqlar, əllər, gözlər bir-biri üçün yaradıldığı kimi, biz də bir-birimiz üçün yaradılmışıq. Mark Avreli
  • Əsl bəşəri məhəbbət olmadan əsl vətən məhəbbəti ola bilməz. Anatol Frans
  • Həqiqi, bəşəri məhəbbət hissi şıltaqlığ və ya ürəyin nazı üzərində deyil, ancaq bir-birini insanlıq ləyaqətinə hörmət üzərində qurula bilər. Vissarion Belinski
  • Hər qüvvətə üstün gəlir аncаq qоrxusuz bəşər,
    Cаhаn igid ərlərindir, qоrxаn gözə çöp düşər… Hüseyn Cavid
  • Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!.. Əli bəy Hüseynzadə
  • Hürriyyətdən əl çəkən insan insanlıq həsrətindən, bəşəri haqq və vəzifələrdən imtina etmiş sayılır. Jan Jak Russo
  • Xristianlığın özəyi və ən dərin ruhu Brahmanizm və Buddizm ilə eynidir: onların hamısı bəşər övladının sadəcə varlığından qaynaqlanan ağır günahını öyrədir. Artur Şopenhauer
  • Xurafat bəşər övladının ən pis bəlalarından biridir. Jan Jak Russo
  • İmperiyaların tarixi əzab tarixidir. Elm tarixi insanın böyüklüyü və bəşər səadətinin tarixidir. Buna baxmayaraq, insanlar öz dağıdıcılarını xeyirxahlarından daha çox xatırlayırlar. Eduard Gibbon
  • İnsanın özü bəşər övladlarının yaratdığı möcüzələrin ən böyüyüdür. Avreli Avqustin
  • İntibahın ən ümdə səbəblərindən biri xalqın keçmişinə yalan və mübaliğədən, mənfəət və ehtiraslardan, şəxsi məqsəd və istəklərdən uzaq, tarix və mədəniyyəti ehtiva edən (yalansız doğru bir elmlə bələd olmaqdır. Elə bir elm ki, keşmişdə qüsurlu olduğunu görüb ondan çəkinək, ətalətə sürüklədiyini görüb imtina edək, cəhalət saçdığını görüb düzəltməyə çalışaq... Ali nümunələr, əlverişli həyat tərzi, milli sivilizasiya, bəşəri intibah və tərəqqi gördükdə onunla təmsil olunaq, millətin ləyaqət və əzəmətinin qurucuları, xalq və bizim xeyrimiz üçün çalışan qabaqcıllarının izi ilə gedək. Əmin ər-Reyhani
  • Kainatın sonsuz dönüşü bəşər övladını çətin sınaqlarla üz-üzə qoyur və bu sınaqlar da bizi olduğumuz insan edir. Karlos Kastanyeda
  • Kommunizm həm proletariatın tam ideoloji sistemi, həm də yeni ictimai sistemdir. Hər hansı digər ideologiyadan və hər hansı digər ictimai sistemdən fərqli olaraq, kommunizm bütün bəşər tarixində ən mükəmməl, ən qabaqcıl, ən inqilabi və ən rasional sistemdir. Feodalizmin ideologiyası və sosial sistemi indi yalnız tarix muzeyində özünə yer tapır. Mao Tszedun
  • Mərd igidin qaydasıdır dünyanı var istəmək,
    Bir bəşərin şad gününü mərdimazar istəməz. Aşıq Şəmşir
  • Mətbuat elmi, siyasi və bəşəri informasiyanı çoxaldır, bu isə insanların zehninin işıqlanmasına səbəb olur. Mətbu sistemi geniş olan millətin zehni, fikri də işıqlı olur. İnkişaf etmiş millət o millətdir ki, onun mətbuatı azaddır, ciddidir.[2] Məhəmməd Əmin Rəsulzadə
  • Məgər insan bu dünyada millətçilik ab-havasına meyl etmədən, ruhunu dini təriqətçilik rənginə boyamadan yaşamaq iqtidarında deyil? Bəşər qardaşını onun dini inancına iftira yaxmadan, şiə damğası vurmadan, öz təəssübkeşliyi ilə öyünmədən, özünün dini və yaxud siyasi səylərini şişirtmədən qəbul edə bilməz? Əmin ər-Reyhani
  • Məqsədin böyüklüyü, vasitələrin kiçikliyi və heyrətamiz nəticələr bəşər dühasının üç meyarıdırsa, o, tarixdəki istənilən böyük insanı Məhəmmədlə müqayisə etməyə cəsarət edə bilər.? Ən məşhur insanlar yalnız silahlar, qanunlar və imperiyalar yaratdılar. Onlar, ümumiyyətlə, gözləri qarşısında tez-tez dağılan maddi güclərdən başqa bir şey qurmadılar. Bu adam təkcə orduları, qanunları, imperiyaları, xalqları, sülalələri deyil, o zamanlar məskunlaşan dünyanın üçdə birində milyonlarla insanı köçürdü; və daha çox qurbangahları, tanrıları, dinləri, ideyaları, inancları və ruhları köçürdü. Filosof, natiq, həvari, qanunverici, ideyalar qalibi, rasional inancları bərpa edən... İyirmi yerüstü imperiyanın və bir mənəvi imperiyanın qurucusu – yəni Məhəmməddir. İnsanın böyüklüyünün ölçülə biləcəyi bütün meyarlara gəlincə, soruşa bilərik ki, ondan böyük insan varmı? Alfons de Lamartin
  • Məsuliyyət - həyata dərinlik qazandıran, idrak səviyyəsini sonsuzluğa götürən və bəşəri həqiqətlərin sadəcə zahiri qismiylə məşğul olmasından daha çox, mahiyyətini yaşadan səmavi dəyərdir. Füyuzat jurnalı
  • Millət və məzhəb ayrılığı olmayaraq bəşəri sevirəm. Yusif Vəzir Çəmənzəminli
  • Mövhumat - bəşər nəslinin ən dəhşətli düşmənidir. Volter
  • Müharibə bəşər övladına ləkə gətirən pislikdir. Fransua Fenelon
  • Ölüm cəzası bəşər övladının ən böyük rüsvayçılığıdır: gəlin adamı asaq ki, başqaları bizim dürüstlüyümüzə inansın. Şarl Pino Düklo
  • ... Siz öz illüziyalara dair baxışınızı mənimkilərlə qarışdırmayın. Siz dini illüziyaları var gücünüzlə müdafiə etməlisiniz. Əgər bu səhv fikirlərinizdən zərrə qədər şübhələnsəniz - bu, çox yüksək ehtimaldır - onda bütün həyatınız alt-üst olar. Bu zaman ümidsizliyə qapılmaqdan başqa çarəniz qalmaz. Sivilizasiyadan, bəşərin gələcəyindən, bir sözlə, hər şeydən ümidinizi üzərsiniz. Mənsə sizin kimi məhbus deyiləm. Mən və mənimkimilər azaddır. Çünki biz uşaqlıq arzularımızın çox önəmli bir hissəsindən imtina etməyə hər an hazırıq. Məhz buna görə də bəslədiyimiz ümidlərin illüziyaya çevrilməsinə asanlıqla dözürük. Ziqmund Freyd
  • Tanrı bəşər övladına iki kitab bəxş etdi. Birində əzəmətini, digərində iradəsini göstərdi. Birinci kitab Onun yaratdığı görünən dünyadır. O dünya ki, onun binalarının nəhəngliyinə, gözəlliyinə, ahəngdarlığına baxan insan ona verilən anlayışa uyğun olaraq Tanrının qüdrətini qəbul etsin. İkinci kitab isə Müqəddəs Ayələrdən ibarətdir. Bu kitabda bizim xilasımız üçün Yaradanın iltifatı göstərilmişdir. Mixail Lomonosov
  • Vətənpərvərliyin tərbiyəvi əhəmiyyəti çox böyükdür. O elə bir məktəbdir ki, burada bəşəri hisslər aşılanır. Saltıkov-Şedrin

İstinadlar

[redaktə]
  1. Ələddin Allahverdiyev. Milli-mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmiş dahi sənətkar. “Xalq qəzeti”, № 063 (29605), 30.03.2021, səh.6
  2. Nəsiman Yaqublu - "Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası" - Bakı Kitab Klubu. 2013. səh. 504 səh.
  • Yaxşı kitab müəllifin bəşər nəslinə hədiyyəsidir. Çingiz Aytmatov
  • Yunan və Latın dillərini məktəblərinizdən qovaraq, siz şagirdlərinizi öz nəsilləri və ondan əvvəlki nəsillə məhdudlaşan dar maraqlarla məhdudlaşdıracaqsınız və sanki bəşər övladı dünyaya 1500-cü ildə gəlibmiş kimi çoxəsrlik təcrübəni kəsəcəksiniz. Tomas Arnold

İstinadlar

[redaktə]