Haqlı
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adətən, mən haqlı olanda hirslənirəm. Çörçill isə haqlı olmayanda hirslənir. Nəticədə biz biri-birimizə tez-tez hirslənirdik. Şarl de Qoll
- Ağıllı adamın min qərarından biri səhv olar, axmaqın min qərarından biri haqlı olar. Çin atalar sözləri
- Ağlımızın günahı ucbatından biz duyğu orqanlarımızın bizə təlqin etdiklərini təhrif edirik. Nə qədər ki, hisslərimiz təkamülü, dünyanın gərdişini, baş verən dəyişmələri göstərir, bizi aldatmır… Lakin Heroklit bu fikrində həmişə haqlıdır və dünya durduqca da haqlı olacaqdır ki, gerçəklik yalnız bir fiksiyadır. “Xəyali” dünya yeganə dünyadır: “gerçək” dünya isə nağıldan başqa bir şey deyildir. Fridrix Nitsşe
B
[redaktə]- Bir yanlışı haqlı çıxarmağa çalışmaq onu ikiqat daha böyüdür. Fransız atalar sözləri
C
[redaktə]- Camaatın gözündə səhvi olan qalib general həmişə haqlı, hərəkət tərzi düzgün olsa da, məğlub general həmişə haqsız olur. Volter
- Cəsarət haqlı olaraq xüsusiyyətlərin ən əhəmiyyətlisi heab olunur, çünki o, digər xüsusiyyətlər üçün yapışdırıcı rolunu oynayır. [1]. Uinston Çörçill
Ç
[redaktə]- Çətin olan dostların haqlı olduqları zaman deyil, səhv etdikləri zaman onlarla birlikdə olmaqdır. Andre Malro
- Çirkinin ağzındakı gözəl söz acizin ağzındakı haqlı söz qədər boş və lazımsızdır. Rəşad Nuri Güntəkin
- Çox danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl etdiyi hekayət və rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışıb qurtarmasına imkan yaratmalıdır. Başqasından soruşulana cavab verməməli, ümumidən edilən sualda camaatı qabaqlayıb hövləki irəli düşməməlidir. Biri cavab verməklə məşğul isə, daha qabil cavab verməyə qadir olsa da, səbr etməli, o, sözünü qurtardıqdan sonra öz cavabını verməlidir, lakin əvvəlkinə tənə etməməlidir. Onun yanında iki adam söhbət edirsə qarışmamalı, ondan gizlidirsə gizlin qulaq asmamalıdır; özləri müraciət etməsələr söhbətə qoşulmamalıdır. Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, nə yavaşdan, mülayim səslə sözünü deməlidir. Danışdığı məsələ qəlizdirsə, aydın misallarla izah etməyə çalışmalıdır, başqa hallarda qısa və yığcam danışmalıdır. Yabançı kəlmələr işlətməməli, qondarma ibarələr düzəltməməli, ona deyilənlərə axıra qədər qulaq asmamış cavab verməməli, deyəcəyi fikri beynində bişirməmiş dilinə gətirməməli, ehtiyac olmadan sözü təkrar etməməlidir; ehtiyac üzündən təkrar lazım olduqda tərəddüd göstərməməlidir. Nalayiq sözlər işlətməməli, dilini söyüşə öyrətməməli, zərurət üzündən ayıb kəlməyə ehtiyac yarandıqda onu obrazlı, məcazi ibarələrlə anlatmalı, şux və zərif ifadələrdən qaçmamalı, hər məclisə münasib danışmağı bacarmalıdır. Söz vaxtı əl-qolunu işə salmamalı, qaş-gözünü oynatmamalıdır. Belə hərəkətləri yalnız danışılan əhvalat tələb etdikdə nəzakətli və gözəl bir tərzdə göstərmək olar. Yalan, doğru üstündə məclisdə höcət etməməli; yalvar-yaxar təsir etməyən adama yalvarmamalı, münaqişə və mübahisədə rəqibin haqlı olduğunu gördükdə üstünlüyü ona verməlidir. Avam, uşaq, arvad, divanə və sərxoş adamların söhbətindən bacardıqca uzaq gəzməlidir. Başa düşməyən adama incə və üstüörtülü söz deməməli, danışıqda nəzakətli olmalı, heç kəsin işini, sözünü, hərəkətini pis şəkildə onabuna çatdırmamalı, qorxulu şayiələr yaymamalıdır. Nəsirəddin Tusi
D
[redaktə]- Demokratiya çoxluğun həmişə haqlı olduğunu deməklə qınanır. Amma tərəqqi deyir ki, azlıq həmişə haqlıdır. Gilbert Çesterton
- Doğru olan, haqlı olandır. Aleksandr Pop
- Dostluq, dostların haqlı olduqları zaman deyil, haqsız olduqları zaman onların yanında olmaqdır. Andre Malro
E
[redaktə]- Ehtirasları icazəli və qadağan edilən ehtiraslara bölən haqlı deyil. Bir insan onlara hakim olduqda bütün ehtiraslar yaxşı, tabe olduqda isə pisdir. Jan Jak Russo
- Eyni gücə malik iki insandan haqlı olanı güclüdür. Pifaqor
Ə
[redaktə]- Ədalət mübahisə mənbəyi olmuşdur. Gücü asanca görmək olur, o, təkzibedilməzdir. Elə buna görə güclünü haqlı deyil, haqlını güclü hesab etmək mümkün deyil. Blez Paskal
- Əgər düşmənə məlum olmayan gizli mənbələrimiz olarsa, bu mənbələr vətəndaşlarımızın sarsılmaz qətiyyətindən, bizim haqlı olmağımızdan və Allahın bizi tərk etməyəcəyinə dair əminliyimizdən ibarət olmalıdır. Corc Vaşinqton
- Əgər hər zaman tək danışacaqsansa, hər zaman da haqlı olacaqsan. Onore de Balzak
- Əgər insanların sənin haqlı sözünə inanmadığına əminsənsə, bu sözü heç dilinə gətirmə. Çanakya
G
[redaktə]- Güc yiyəsi haqlı deyil, düz yiyəsi haqlıdır. Rus atalar sözləri
- Gücün haqlı olduğu yerdə, haqqın gücü olmaz. Yapon atalar sözləri
- Günah öz düşüncəsini yaymaqla olar. Halbuki mən sadəcə susdum. Belə susduğuma görə heç bir qanun məni, ədalətə görə, haqlı olaraq cəzalandıra bilməz. Tomas Mor
H
[redaktə]- Haqlı çıxmaq istəyən və güclü bir çənəsi olan adam daim haqlı çıxar. Yohann Volfqanq Göte
- Haqlı olan əsla öldürməyəndir. Bu o deməkdir ki, o, Tanrı ola bilməz. Alber Kamyu
- Haqlı olma ehtiyacı, sıravi insanlara məxsusdur. Alber Kamyu
- Haqlı olmaq, haqlı olduğunu bilmək, bir insanı bir ordu içində belə güclü edər. Əhməd Hamdi Tanpınar
- Haqlı olmayan güclü zalım, gücü olmayan haqlı isə çarəsizdir. Blez Paskal
- Haqlı var haqsız çıxar,haqsız var haqlı çıxar. Azərbaycan atalar sözləri/H
- Haqsız bir məsələdə zirvə olmaqdansa, haqlı bir məsələdə zərrə olmağı üstün tuturam. Əbülfəz Elçibəy
- Haqsız vasitələr tələb edən məqsəd haqlı məqsəd deyil. Karl Marks
- Həkimlik haqlı olaraq mühafizəkardır. Çünki insan həyatı amansız təcrübələr üçün uyğun material deyil. Ziqmund Freyd
- Həmişə haqlı olan insandan daha yorucu bir şey yoxdur. Aqata Kristi
- Hər bir hökumətin, hər bir ölkənin zəruri hallarda güc tətbiq etmək hüququ var. Məsələn, birlik naminə. Məhv etmədən qura bilməzsiniz. Bir ölkə qurmaq üçün Stalin güc tətbiq etmək və öldürmək məcburiyyətində qaldı. Mao Tse-tung güc tətbiq etmək və öldürmək məcburiyyətində qaldı. Dünyanın bütün tarixini dolandırmadan yalnız son iki hadisəni qeyd etmək. Bəli, qanlı bir basqının haqlı və haqlı olduğu hallar var. Zülfiqar Əli Bhutto
- Hətta komiklərin də istehzalarını qəbul etmək lazımdır: əgər onlar haqlıdırlarsa, bu bizi düzəldəcək, haqlı deyillərsə, bunun bizə bir aidiyyatı yoxdur. Sokrat
- Hökumət səhv edəndə haqlı olmaq təhlükəlidir. Volter
X
[redaktə]- Xoşbəxtlik haqlı olanı haqsız olandan seçə bilmək sayəsində mümkün olur. İbn Sina
İ
[redaktə]- İnsan heç vaxt tam haqlı, nə də tam günahkar olmur. Nikolay Qoqol
- İnsan həyatının bir sahəsində haqsızlıq edib, digər sahəsində haqlı ola bilməz. Həyat bölünməz bir bütündür. Mahatma Qandi
J
[redaktə]- Jurnalist heç vaxt öz üstünlüyü, nüfuzu, mülahizələrinin dəyəri barədə yüksək fikirdə olmamalıdır. Çünki, onun məşğul olduğu fəaliyyət özü-özlüyündə həsr etdiyi adamın qüruru üçün xoşagəlməz hadisədir və əgər jurnalist şüurlu şəkildə həmin adama narahatlıq yaratsaydı və onu haqsız olmağa məcbur etmiş olsaydı, tamamilə haqlı olmazdı. Mixail Lomonosov
K
[redaktə]- Kiçikkən anama qəbiristanlıqdan qorxuram deyəndə "ölüdən yox, diridən qorx" demişdi. Zamanla anladım ki; anam yenə haqlıydı. Camal Sürəya
- Könül insanı ömrünü hədər verməz, ürəyini ucuz satmaz, ədəb tacını başından salmaz. Könül insanının həmişə üzü yerdə, qəlbi göydədir. Haqlı olanda da döyüşməyi bacarar. Döyüşə təkcə biləyi ilə yox, elmi ilə, ürəyi ilə çıxar... Şeyx Ədabali
Q
[redaktə]- Qədim insanlar tacirlər və oğrular üçün ümumi bir allah müəyyən etməklə nə qədər haqlı imişlər. Aleksandr Düma (oğul)
M
[redaktə]- Meşşan sahibkarlar prozaik müsbət insanlardır.Onların sevimli qaydası: hər kəs özündə, hər kəs özü üçün. Onlar vətəndaş qanununa görə haqlı olmaq istəyirlər, bəşəriyyət və əxlaq qanunlarını eşitmək istəmirlər. Vissarion Belinski
- Mən bacardığım hər şeyi sona qədər edəcəyəm. Əgər sonda haqlı olaramsa, o zaman məni tənqid edənlərin və qeybətimi qıranların sözləri bir qara qəpiyə dəyməz. Amma haqlı olmamağım ortaya çıxarsa, mələklərin xoru mənə şan-şöhrət mahnısı oxusa belə, bu heç nəyi dəyişməz. Avraam Linkoln
- Mən kapitalın haqlı tələblərinə qarşı deyiləm; Mən düşmən bayrağını çiçəkləndirmək istəməkdən uzağam; lakin mən hesab edirəm ki, kütlələrin də nəzərə alınmalı olan hüquqları var. Otto fon Bismark
- Müdrik insan öz ədalətini sakit və qəzəbsiz müdafiə edər. Axmaq haqlı olanda qışqıraraq onu müdafiə edir, olmayanda təhqirlər yağdırır. Karl Veber
N
[redaktə]- Nə bədənin gücü, nə də pul yox, haqlı olmaq və hərtərəfli müdriklik insanları xoşbəxt edir. Demokrit
O
[redaktə]- 17 yaşım olanda oxuduğum ifadə təxminən belə səslənirdi: Hər gününü sanki sonuncu gün kimi yaşayırsansa, nə vaxtsa sən haqlı olacaqsan. Bu fraza mənim yaddaşıma həkk oldu. O vaxtdan ötən 33 il ərzində hər səhər mən güzgüdə özümə baxaraq danışıram: Əgər bu gün həyatımın son günü olsa, ürəyimdən keçəni edərdimmi? Cavablarım bir neçə gün müddətində mənfi olduqda, mən anlayırdım ki, nəyisə dəyişdirmək lazımdır. Stiv Cobs
Ö
[redaktə]- Özümü sevəndən sonra, hər zaman haqlı olmaq məqsədindən uzaqlaşdım və o gündən çox az səhv edirəm. Bu gün bilirəm ki, buna — Təvazökarlıq deyilir. Çarli Çaplin
R
[redaktə]- Rut haqlı idi: Madam həqiqətən bizdən qorxurdu. Başqaları hörümçəkdən qorxduğu kimi. Biz buna hazır deyildik. Planı götür-qoy edəndə qarşımıza hörümçək rolunda özümüzü necə hiss edəcəyik tipli sual qoymamışdıq. Kazuo İşiquro
S
[redaktə]- Sən haqlı olmayanda əsl dost sənin yanındadır. Sən haqlı olanda isə hər kəs sənin yanında olacaq. Mark Tven
- Sənin haqlı və ya haqsız olmağın qətiyyən vacib deyil. Vacib olan sənin haqlı olanda nə qədər pul qazanmağın və səhvə yol verəndə nə qədər pul itirməyindir. Corc Soros
- Siyasət haqlı olmaq deyil, düzgün davranışdır. Konrad Adenauer
- Sizi, əziz dostum, qulların idxalını dayandırdığınız üçün dövlətinizin qanunu və bunun əbədi olaraq qarşısını almağa çalışaraq haqlı olaraq qazandığınız şöhrətə görə təbrik edirəm. Bu iyrəncliyin sonu olmalıdır və onu tələsdirənlər üçün cənnətdə daha üstün bir kürsü var. Tomas Cefferson
- Sizin həmsöhbətiniz bəlkə də haqlı deyil. Amma əgər o özünü haqlı sayırsa, onu buna görə qınamayın. Deyl Karnegi
- Susan adam həmişə haqlı çıxacaq. Monqol atalar sözləri
Ü
[redaktə]- Üzr istəmək – o demək deyil ki, sən haqsızsan, qarşındakı haqlı. Bu, sizin münasibətinizin başqa şeylərdən daha dəyərli olduğunu göstərir. Erix Mariya Remark
V
[redaktə]- Vicdanın, qanunlardan fərqli olaraq, dövlətdə haqqı yoxdur; çünki bir insan öz vicdanına müraciət edərsə, birinin vicdanı, digərinin vicdanı ola bilər. Vicdanın haqlı olması üçün haqq olaraq tanıdığı şeyin bu qədər obyektiv olması lazımdır ... Georq Vilhelm Fridrix Hegel
İstinadlar
[redaktə]- ↑ Brayan Treysi."Uğurun 100 qanunu". Bakı, 2014, səh.135