Məzmuna keç

Kitablar



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bəzi kitabları dadmaq, bəzilərini elə-belə udmaq olar, amma az miqdarda kitabı yaxşı çeynəmək və həzm etmək lazımdır. Frensis Bekon
  • Bir cəmiyyətin mədəniyyət, incəsənət və fəlsəfəsini öyrənmək üçün o cəmiyyətin kitablarını oxuyub öyrənməliyik. Samuel Smayls
  • Bir insanın dəyəri oxuduğu kitablarla ölçülür. Herbert Spenser
  • Bir insanın xarakteri onun kimlərlə oturub-durması, kitabsevərin xarakterini isə onun oxuduğu kitablar əsasında öyrənmək olar. Samuel Smayls
  • Biz artıq ərəblərin məskunlaşdığı bu ölkəyə gəldik və burada bir ivrit, yəni yəhudi dövləti qururuq. Ölkənin xeyli ərazilərində biz ərəblərdən torpaqlar aldıq. Ərəb kəndlərinin yerində yəhudi kəndləri salınmışdı. Siz bu ərəb kəndlərinin adlarını belə bilmirsiniz və mən sizi qınamıram, çünki bu coğrafiya kitabları artıq yoxdur; nəinki kitablar, ərəb kəndləri də yoxdur. Nahalal Mahalul yerində, Gevat - Cibta yerində, Sarid - Haneifs yerində və Kefar Yehoshua - Tel Şaman yerində yüksəldi. Bu ölkədə tikilmiş elə bir yer yoxdur ki, orada keçmiş ərəb əhalisi olmasın. Moşe Dayan
  • Böyük ideyalar və nəcib arzular mənbəyi olan sanballı kitablar, orijinal əsərlər oxumağa çalışın. Nikolay Çernışevski
  • Bu, bütün xristian sivilizasiyamızın oxumağı öyrəndiyi, Qərb mədəniyyəti dünyasının əxlaq, incəsənət və ədəbiyyat anlayışını götürdüyü kitablar kitabıdır (İncil haqqında) Pol Klodel
  • Bu ziddiyyətli məqsədlərdən iki bir-birinə zidd olan təhsil sistemləri yaranır. Biri ictimai və çoxları üçün ümumi, digəri özəl və məişətdir. Əgər xalq təhsilinin nə demək olduğunu bilmək istəyirsinizsə, Platonun Cümhuriyyətini oxuyun. Kitabları sadəcə adlarına görə mühakimə edənlər bunu siyasət haqqında risalə kimi qəbul edirlər, lakin bu, təhsil haqqında indiyə qədər yazılmış ən gözəl risalədir. Məşhur hesablamalara görə, Platon İnstitutu xəyali və real olmayan hər şeyi müdafiə edir. Öz tərəfimdən mən Likurqun sistemini sadəcə olaraq yazmağa vadar etsəydi, onu daha qeyri-mümkün hesab edərdim. Platon yalnız insanın qəlbini təmizləməyə çalışırdı; Likurq onu təbii yolundan çevirdi. İctimai institut yoxdur və ola da bilməz, çünki nə ölkə var, nə də vətənpərvər. Sözlərin özü dilimizdən silinməlidir. Səbəbin hazırda bizə aidiyyatı yoxdur, bilsəm də açıqlamaqdan çəkinirəm. "Yaşamaq nəfəs almaq deyil, hərəkət etməkdir; bu, orqanlarımızdan, hisslərimizdən, qabiliyyətlərimizdən, varlığımızın hisslərini bizə bəxş edən bütün hissələrimizdən istifadə etməkdir" Jan Jak Russo
  • Bütün boş vaxtınızı qəzetlə keçirməyin, ona ayıracağınız vaxtın yarısını sizə yeni şeylər öyrədəcək kitablara ayırın. Deyl Karnegi
  • Çox oxuyan yox, faydalı kitablar oxuyan əsl alim ola bilər. Aristipp
  • Dəyərli kitablar əbədi yaşamaq üçün doğulur. Samuel Smayls
  • Dəyərli kitabları oxuyan dəyərli insanlarla görüşmüş kimi olur. Rene Dekart
  • Dünyada yaxşı kitablar çoxdur. Amma bu kitablar onları oxumağı bacaranlar üçün yaxşıdır.[1] Dmitri Pisarev
  • Dünyanın əxlaqsız adlandırdığı kitablar, dünyanın özünün utanclarını göstərən kitablardır. Oskar Uayld
  • Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin. Bəhmənyar əl-Azərbaycani
  • Elə kitablar var ki, onların yalnız dadına baxmaq lazımdır, elələri var ki, onları, ən yaxşısı, udmaq lazımdır, nəhayət, yalnız bir parasını çeynəməyə və yenidən həzm etməyə dəyər, başqa sözlə, bəzi kitabı yalnız qismən, digərini səy göstərmədən və nəhayət, bir parasını bütünlüklə və diqqətlə oxumaq lazımdır. Frensis Bekon
  • Elmlər kitabın yox, kitablar elmin nəticəsi olmalıdır. Frensis Bekon
  • Əgər insanların bildikləri bütün şeyləri qələmə alsanız, qalın kitablar, hələ də bilmədiklərini yazsanız, daha qalın kitablar alınar. Jül Vern
  • Əgər, yalnız başqalarının oxuduqları kitabları oxuyursuzsa, o zaman elə onların düşündükləri kimi düşünəcəksiniz, əlavə heç nə. Haruki Murakami
  • Əxlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər! Oskar Uayld
  • Ən dəyərli kitablar insanı çox düşündürən kitablardır.[2] Teodor Parker
  • Ən yaxşı kitablar sizə artıq bildiklərinizi söyləyən kitablardır. Corc Oruell
  • Görsəniz ki, dostunuz qalmayıb, kitablara üz tutun. Con Drayden
  • Həyatımız qısa, vaxtımız məhdud olduğu üçün yalnıız dəyərli kitabları oxumalıyıq. Yeqor Rozen
  • İnsanlar ölür, kitablar yaşayır. Jül Klareti
  • İnsanlar pis idi, kitablara sığındım... Cəmil Məric
  • İnsanların aynası kitablardır. Oldos Haksli
  • İsgəndərin zülmətdə tapa bilmədiyini ağ kağız üzərinə qara mürəkkəblə yazılmış kitablarda tapmaq olar. Hümam Təbrizi
  • Kitab bir limandır mənim üçün. Kitablarda yaşadım və kitablardakı insanları küçələrdəkindən daha çox sevdim. Cəmil Məric
  • Kitab nəşri hər bir ölkənin, hər bir xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi, ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk növbədə ancaq kitab vasitəsilə təhsil almış, elmlərə yiyələnmiş, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq. Ona görə də, hər birimiz kitablara borcluyuq. Həm kitabları yazıb-yaratmaq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir. Heydər Əliyev
  • Kitablar arzular doğurur və onları yaşadır. Kitablar insanı düşünməyə sövq edir, ona müstəqil fikir yürütməyi öyrədir.[3] Stanislav Strumilin
  • Kitablar başqa aləmləri seyr etmək istəyənlər üçündür. Mark Tven
  • Kitablar bəşəriyyətin yeganə qalıcı yaddaşıdır. Anri Berqson
  • Kitablar bizə dünya haqqında çox az şey öyrədir. Oliver Qoldsmit
  • Kitablar bizə zamana səyahət etməyə, əcdadlarımızın müdrikliyinə toxunmağa imkan verir. Kitabxana bizi Təbiətdən əzab-əziyyətlə götürülmüş fikir və biliklərlə, indiyə qədər mövcud olmuş ən böyük ağıllarla, bütün planetdən və bütün tariximizdən götürülmüş ən yaxşı müəllimlərlə birləşdirir, bizi yorulmadan öyrədir və bizi ruhlandırır. insan növünün kollektiv biliyinə öz töhfəmizi verək. Düşünürəm ki, sivilizasiyamızın sağlamlığı, mədəniyyətimizin təməlləri haqqında məlumatlılığımızın dərinliyi və gələcəyə olan qayğımız kitabxanalarımızı nə qədər yaxşı dəstəklədiyimizlə yoxlana bilər. Karl Saqan
  • Kitablar bizi ötən əsrlərin mənəvi varisi edir. Nəcəf bəy Vəzirov
  • Kitablar bizim ocaqlarımızdakı od kimidirlər: biz onları kimdənsə götürür, ocağımızı qalayır, sonra başqalarına ötürürük. Nəticədə onlar hamının malına çevrilir. Volter
  • Kitablar cansız əşyalara tamamilə aid edilə bilməz: onlarda həyat gücü var və bu güc həmin kitabları yaratmış ruhun özü kimi təzahür və hərəkət edir. Con Milton
  • Kitablar da dost kimidir, az fəqət yaxşı seçilmiş olmalıdır. Coyl Harris
  • Kitablar da dostlar kimi seçilməlidir. Jül Klareti
  • Kitablar heç vaxt solmayacaq çiçəklərdir. Coyl Harris
  • Kitablar həyatım, təcrübələrim isə müəllimimdir. Avreli Avqustin
  • Kitablar insan düşüncəsinin incilərini toplayaraq nəsillərə ötürür. Bir ovuc toz halına gələcəyik, ancaq dəmir və daş abidələri kimi kitablar əbədi olaraq qorunur. Musa Aybək
  • Kitablar insanların yolunu işıqlandırır. Çin atalar sözləri
  • Kitablar, itmiş başların abidələridir. Uilyam Davenant
  • Kitablar kamil beyinlərin gələcək üçün mumyalanmış formasıdır. Con Milton
  • Kitablar karlara səslənən dilsiz dostlardır. Holland atalar sözləri
  • Kitablar qocalıqda ən yaxşi dost, cavanlıqda ən yaxşı rəhbərdirlər. Samuel Smayls
  • Kitablar mənim sevgili dostlarım, gerçək yol göstərənimdirlər. Çünki ikiüzlülük etməzlər. Alfons Dode
  • Kitablar mənim üçün tacdan qiymətlidir. Uilyam Şekspir
  • Kitablar necə də çoxmuş!?. Zaman necə də azmış! Frenk Zappa
  • Kitablar olmasaydı çoxdan ümidsizliyə qapılmışdım. Artur Şopenhauer
  • Kitablar olmasaydı, mən səfalət və alçaqlıq içində qərq olardım. Maksim Qorki
  • Kitablar onu yazan insanların ətrini daşıyır. Viktor Hüqo
  • Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq. Kitab insan ruhunun müqəddəs yazısıdır. Kitabı sevin, çünki o sizə insanları sevməyə öyrədəcək və fikirlərinizi aydınlaşdırmaqda köməkçi olacaq. Maksim Qorki
  • Kitablar sadəcə ilham vermək üçündür… Ralf Uold Emerson
  • Kitablar sayəsində yaşadım. Maksim Qorki
  • Kitablar səssiz müəllimlərdir. Peter Hille
  • Kitablar səssiz ustadlardır. Macar atalar sözləri
  • Kitablar sivilizasiyanın nümunəsidir. Kitabsız ədəbiyyat, tarix itər. Həyati incəliklər olan lirika, psixoloji və elmi biliklər mənasız olar. Henri Toro
  • Kitablar sizi əsrlər əvvəl dünyadan köçmüş dahilərlə görüşdürür. Rene Dekart
  • Kitablar soyuq, amma etibarlı dostlardır. Viktor Hüqo
  • Kitablar yaşadıqca “keçmiş” anlayışı olmayacaq. Bulver Lütton
  • Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir. Frensis Bekon
  • Kitabları iki qrupa ayırmaq mümkündür: günün kitabı və bütün zamanların kitabı. Con Ruskin
  • Kitabları sevirsənsə bütün həyatın boyunca məsud olacaqsan. Jül Klareti
  • Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır. (Rey Bredberi)
  • Kitablarım mənə kifayət edəcək qədər böyük bir krallıqdır. Uilyam Şekspir
  • Kitabların düşmənləri insanlarınkı ilə eynidir: atəş, nəm, zaman və içindəkilər. Pol Valeri
  • Kitabların xüsusi cazibəsi var; kitablar bizə həzz verir: bizimlə danışır, yaxşı məsləhətlər verir, bizim üçün canlı dost olurlar. Françesko Petrarka
  • Kitabların yandırıldığı yerdə insanlar da yandırılır. Henrix Heyne
  • Qanunlar nə vaxtsa ölür, kitablar isə heç bir vaxt. [4] Eduard Bulver-Litton
  • Qədim kitabların füsünkar təbiəti şərabı andırır. A.S.Qrin.
  • Mən kitabları deyil, kitablar məni yaratdılar. Mişel de Monten
  • Mənə oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız, Söyləyim: ANAmdır. Avraam Linkoln
  • Mənəvi gərginlik olmasaydı, biz ruhani anlayışa malik olmazdıq. Sahib olduğumuz ruhani fikir, yəqin ki, kitablardan və ya insanların danışdıqlarını eşitməkdən gəlir. Biz buna mənəvi ideyalarımız və ideallarımız deyirik. Biz həyatımızı bunlarla bağlı yaşayırıq, lakin mənəvi gərginlik fikrinə çox da əhəmiyyət vermirik. Biz haradan bilirik ki, bu mənəvi ideyalar və ideallar sadəcə illüziya deyillər? Biz illüziyanı yalnız mənəvi gərginliyin qurulması nəticəsində yaranan mənəvi dərrakədən tanıya bilərik. Mənəvi gərginlik insanların əksəriyyətində həyatı boyu davamlı olmur. Bu, bizə verilən bir şey deyil və bir dəfə ona sahib olsaq, ona sahib oluruq. Davamlı olaraq bükülməyə ehtiyacı olan bir saata bənzəyir... Ruhani batareyalar da sarılır və meditasiyanın dəyəri budur ... Bencamin Xrem
  • Məni maraqlandıran yeganə kitab Bumkenin Psixiatriya dərsliyidir. Məncə, bu kitabda bir insan haqqında bilmək üçün lazım olan hər şey var. Deyirlər: İncili oxu, burada kitablar kitabı var. Əvvəlcə Bumkeni oxumayan, Müqəddəs Kitabı necə başa düşə bilər? ("Ödənişli Kitabxana", 1949) Bon Luis Pol
  • Öyrənin və oxuyun. Ciddi kitablar oxuyun. Qalanı həyatın işidir. Fyodor Dostoyevski
  • Öz əsərlərində yaşayanlar ölmürlər. C.Bovuo
  • Rus dilinin gözəlliyini, zənginliyini və gücünü əsrlər əvvəl yazılmış kitablardan öyrənmək olar. Bu kitablar qaydaları bilməyən və nə vaxtsa yaranacağını ağıllarına belə gətirməyən insanlar tərəfindən yazılmışdı. Mixail Lomonosov
  • Ürəyində həll edilmədən qalan hər şey üçün səbirli ol. Suallarınla özünü sevməyə çalış, kilidli otaqlar və xarici dildə yazılmış kitablar kimi. Cavabları indi axtarma. Hal-hazırda cavablar sənə verilə bilməz, çünki sən hələ onlarla yaşaya bilməzsən. Bu, hər şeyi yaşama məsələsidir. Hal-hazırda sənin sualı yaşamağın lazımdır. Bəlkə gələcəkdə nə vaxtsa, fərqinə belə varmadan, bir gün özünü, cavabını yaşayarkən tapacaqsan. Robin Şarma
  • Vaxtında kitabları qarışdırdım. Filosofların həyat haqqında dediklərini başa düşmək istədim. Bəziləri hər şeyi qara kimi görürdülər. "Biz heç kim deyilik və sıfıra çatmayacağıq, dünyada müvəqqəti həyat zamanı sevinc və xoşbəxtlik üçün yer yoxdur" dedilər. Digər kitabları oxumuşam, ağıllı adamlar bunları yazıblar. Deyirdilər: "Sona sıfır gəldiyindən, nə olursa olsun, heç olmasa yaşadığımız müddətcə şən və nəşəli olaq." Mən öz xarakterim baxımından həyatın ikinci mənzərəsini bəyənirəm, ancaq aşağıdakı həddlərdə: Bütün insanlığın öz şəxsiyyətində olduğunu görən kişilər kasıbdırlar. Aydındır ki, həmin insan bir şəxsiyyət olaraq yox olacaqdır. Yaşadıqları kimi məmnun və xoşbəxt olmalı olan şey özü üçün deyil, özündən sonra gələnlər üçün çalışmaqdır. Fərasətli bir adam yalnız bu şəkildə hərəkət edə bilər. Həyatda tam zövq və xoşbəxtlik yalnız gələcək nəsillərin şərəfinə, varlığına, xoşbəxtliyinə xidmət edə bilər.[5] Mustafa Kamal Atatürk
  • Yaxşı kitablar çox yaxşı, pis kitablar da çox pisdir. Ralf Uold Emerson
  • Yaxşı kitablar həqiqi dostlarımızdır. Frensis Bekon
  • Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir Rene Dekart
  • Yaxşı kitabları bu gün oxuyun, sabah vaxtınız olmaya da bilər. İsaak Barrou
  • Yaxşı kitabları öldürmək yaxşı insanı öldürmək kimi bir şeydir; insanı öldürən kəs Tanrı mislində olan şüurlu canlını öldürmüş olur, yaxşı kitabı məhv edən şəxs isə Tanrının doğruçu, həqiqi mislində olan zəkanın özünü öldürmüş olur.[6] Con Milton
  • Yaxşı yazan müəlliflərin əsərlərini oxuyarkən, yaxşı danışmağa adət edirlər. Volter
  • Yetişən zəkaları kitablarla bəsləməyən xalqlar məhvə məhkumdur. Ovidi

İstinadlar

[redaktə]
  1. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.256
  3. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  4. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.252
  5. Romanya Dışişleri Bakanı Antonescu İle Konuşma. Atatürk 20 mart 1937-ci ildə Ankara Palasda, Rumıniyanın xarici işlər naziri Viktor Antoneskuya bunları dedi.
  6. Hikmət Hacızadə. Demokratiya:gediləsi uzun bir yol. Bakı, 2002. səh.28