Məzmuna keç

Peşman



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bəli.. Bəlkə ümidim qalmadı gələcəyimdən; Amma əsla peşman deyiləm keçmişimdən. Nazim Hikmət
  • Bir insan səhər doğru yolda isə, axşam saatlarında da elə qalacaq və bundan peşman olmayacaq. Konfutsi
  • Bu gün insanların çoxu bir növ sürünən sağlam düşüncədən ölür və çox gec olanda insanın heç vaxt peşman olmadığı yeganə şeyin səhvləri olduğunu kəşf edir. Sokrat
  • Bu günə qədər yaşadığım heç bir şeydən heç vaxt peşman olmadım. Deniz Seki
  • Demədiyim sözdən heç vaxt peşman olmamışam, lakin çox olub ki, dediyimdən qan və torpaq içində yatmışam.Əbdürrəhman Cami
  • Əgər siyasətə daxil oldunuzsa, pul haqqında unudun. Və yaxud tərsinə. Pulun siyasətlə görüşü kibritin dinamitlə görüşünə bənzəyir. Hər an partlayış baş verə bilər. Həmişə özümə deyirəm ki, dünyaya işləmək üçün yox, həzz almaq üçün gəlmişik. Bütün zamanınızı işə sərf edirsinizsə, tezliklə buna peşman olacaqsınız. Yalnız axmaqlar rəqiblərinə aqressiya ilə yanaşırlar. Əgər ətrafa düşmən kimi yanaşırsınızsa, əmin olun, onlar elə düşmənə çevriləcəklər. Rəqabət şahmat oyunu kimidir. Uduzdunsa, növbəti raundu oyna. Əlbəyaxa olmaq vacib deyil. Sahibkar üçün düşmən yoxdur. Bunu anladınsa, kimsə səni dayandıra bilməyəcək. Depressiyaya düşüb həyatdan şikayətlənmək alkoqolizm kimi bir şeydir. Nə qədər çox içirsinizsə, vəziyyət bir o qədər pisləşir.[1] Cek Ma
  • Ən çox peşman olduğum şey; peşman olacağam deyə edə bilmədiklərim və toxuna bilmədiklərimdir. Uilyam Şekspir
  • Ən pis şeylərə əvvəlcədən hazır olmaq lazımdır ki, sonra peşman olmayasan. Jül Vern
  • Gedən sevgilinin getdiyi yerdə axtardığını tapmayıb “darıxdım” deməyi darıxdığından deyil, it kimi peşman olduğundandır. Əziz Nesin
  • Gələcəkdə peşman olmaq istəmirsənsə, öz ailəni təhsildən məhrum etmə. Aleksandr Puşkin
  • Həqiqəti dediyiniz üçün heç vaxt peşman olmamalısınız. Həqiqət bizi işıqlandırır və cəsarətli olmağımıza kömək edir. — Aldo Moro
  • Həyatda yalnız etmədiyin şeyə görə peşman olursan. Jan Kokto
  • İnsan istəsə, peşman olmağa vaxt tapa bilər. Nikkolo Makiavelli
  • İnsanlar bir dəfə peşman olduqları işlərdən nə üçün bir də peşman olsunlar? Nuşirəvan Adil Xosrov
  • İntiqam alıb peşman olmaqdansa, əfv edib peşman olmaq daha yaxşıdır. Cəfər Sadiq
  • İstəklərimiz yerinə yetirilsəydi, çox vaxt peşman olardıq. Ezop
  • Kahinlər deyirlər ki, Allahlar insanı yaratdıqlarına görə peşman oldular. Biz də onlara eyni cavab veririk: insan da allahları yaratdığına görə peşman olub. Pifaqor
  • Kifayət qədər nəvaziş görən qadınların heç nəyə ehtiyacı olmur, heç nədən peşman olmurlar. Çünki, şəhvət hər şeyi əvəz edir, hər şeyə məlhəm olur, hər şeydən təsəlli tapır. Gi de Mopasson
  • Qəzəbinə hakim olmasan, heç nədən başına iş açıb peşman olarsan. Konfutsi
  • Qisas alan adam bəzən etdiyi hərəkətə görə peşman olar, bağışlayan adam isə heç vaxt. Aleksandr Düma (ata)
  • Mən dediyim sözlərə görə peşmançılıq çəkmişəm, amma susduğuma görə bir dəfə də peşman olduğum yadıma gəlmir. Sir Publili
  • Məzardakıların peşman olduqları şeylər üçün dünyadakılar bir-birlərini qırırlar. Muhəmməd Qəzzali
  • Mühafizəkar keçmişə ümidlə baxan və gələcəyə peşman olan insandır. Leonard Levinson
  • Peşman deyiləm, inciyəm bir az, amma kədərlənmirəm. Çünki gedəndə yeni bir şey öyrəndim: Artıq hər sevirəm deyənə inanmıram. Camal Sürəya
  • Peşman deyilsəm niyə günah çıxardım. Xaç atası (film, 1972)
  • Peşman olmuş bir günahkarın göz yaşları yüz möminin duasından daha artıq sevinc gətirir. Viktor Hüqo
  • Pislik etmədən peşman olmağın ən yaxşı yolu, yaxşılıq etməkdir. Klemens Brentano
  • Səni peşman edən və üzr istəməyə məcbur edən sözləri deməkdən çəkin. İmam Hüseyn
  • Tanrılar, mənim tanrılarım! Gecədə yer üzü necə də kədərlidir! Bataqlıqların üstündəki dumanlar necə də sirlidir. Bu dumanlarda dolaşan, ölümdən əvvəl çox əziyyət çəkən, yaxud gücü çatmayan yükü daşıyaraq yer üzündə uçan hər kəs bunu bilir. Bunu tükənmiş adam bilir. Və peşman olmadan yer üzünün dumanlarını, bataqlıqlarını və çaylarını tərk edir və yalnız ölümü bilən yüngül bir ürəklə ölümün qucağına qərq olur. Mixail Bulqakov
  • Tez mühakimə edən, sonra uzun müddət peşman olur. ABŞ atalar sözləri
  • Tez nahar edənlə tez evlənən peşman olmaz. Lak atalar sözləri
  • Ümumiyyətlə, stresdən qaçmaq üçün filmlərimə baxmamağa çalışıram. Onları illər sonra da görəndə, kəsilməli olan səhnələri xatırlayanda peşman oluram və daim bir şeyi dəyişdirmək istəyirəm.

İstinadlar

[redaktə]
  1. Leyla Əliyeva. Çinli milyarderin ərəb nağılı - Alibaba. publika.az, 13.09.2014  (azərb.)