Tox
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ac acı dalayar, tox toxu yalayar. Azərbaycan atalar sözləri/A
- Ac ağlayır, tox gülür. Vyetnam atalar sözləri
- Ac deyər doymaram, tox deyər acmaram. Azərbaycan atalar sözləri/A
- Ac doğrayar, tox yeyər. Azərbaycan atalar sözləri/A
- Ac elə bilər hamı acdır, tox elə bilər hamı toxdur. Azərbaycan atalar sözləri/A
- Ac əlinə düşəni yeyər, tox ağzına gələni deyər. Azərbaycan atalar sözləri/A
- Ac gəzməkdən tox ölmək yaxşıdır. Türk atalar sözləri
- Ac it gəlmiş, tox itin dalın yalayar. Azərbaycan atalar sözləri/A
- Ac nə yeməz? Tox nə deməz? Azərbaycan atalar sözləri/A
- Acı dindirmə, toxu tərpətmə. Azərbaycan atalar sözləri/A
- Acın imanı olmaz, toxun amanı. Azərbaycan atalar sözləri/A
- Aclığında eldən yeyər, toxluğunda eldən deyər. Azərbaycan atalar sözləri/A
- Aclıqdan kimsə ölməz, ölən toxluqdan ölər. Azərbaycan atalar sözləri/A
- Aclıqdan quduranı saxlamaq olar, toxluqdan quduranı saxlamaq olmaz. Azərbaycan atalar sözləri/A
- Afrikaya dərman göndərməyə qərar vermişdik; lakin hamısının üzərində "tox qarınla" yazırdı. Çarlz Bukovski
B
[redaktə]- Balıq balığı yeyib tox olar. Rus atalar sözləri
- Bir ac qudurğan olar, bir tox. Azərbaycan atalar sözləri/B
D
[redaktə]- Dik gəzən - tox gəzər. Türkmən atalar sözləri
- Dünyada hamıdan tox olan, qiyamətdə hamıdan ac olacaq. Məhəmməd peyğəmbər
E
[redaktə]- Elə qoşulanın - könlü tox, eldən ayrılanın - baxtı yox. Özbək atalar sözləri
F
[redaktə]- Füqaranın gözü tox olar. Azərbaycan atalar sözləri/F
G
[redaktə]- Gözü - könlü tox aza da təşəkkür edər. Fin atalar sözləri
- Gözü tox olanın könlü də tox olar. Azərbaycan atalar sözləri/G
X
[redaktə]- Xəsisin özü tox olur, gözü - ac. Qırğız atalar sözləri
K
[redaktə]- Köpəyin qarnı tox gərək. Azərbaycan atalar sözləri/Ümid, arzu və istək
Q
[redaktə]- Qarnı tox olan, qayğısız olar. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
- Qarnı tox olanın qulağı eşitməz. Malayal atalar sözləri
- Quşlar nə əkir, nə biçir - tox da dolanır. Rus atalar sözləri
M
[redaktə]- Mədəsi tox yatan qarışıq yuxular görər. Assuri atalar sözləri
- Mərdin gözü tox olar, Azərbaycan atalar sözləri/M
Ö
[redaktə]- Öz ruhunu qorumağa təpəri çatmayan adam qoy qabaqcıl baxışları ilə öyünməsin, akademik və ya xalq artisti, əməkdar xadim və ya general olması ilə lovğalanmasın, qoy öz-özünə beləcə də desin: mən qoyunam və qorxağam, təki qarnım tox, başım salamat olsun. Aleksandr Soljenitsın
- Özgə evdə tox olmaq olar, rahat - yox. Monqol atalar sözləri
T
[redaktə]- Toxun acdan nə xəbəri?! Azərbaycan atalar sözləri/T
- Tox acın halını qanmır, kasıb varlıya inanmır. Rus atalar sözləri
- Tox adam işini fikirləşər, ac - çörəyini. Rus atalar sözləri
- Tox at yorulmaz. Tatar atalar sözləri
- Tox it ac bəydən yaxşıdır. Azərbaycan atalar sözləri/T
- Tox qarnını qaşıyanda acın sümükləri sızıldar. Əfqan atalar sözləri
- Tox qırğı ələ qonmaz. Gürcü atalar sözləri
- Tox molla ac qurddan pisdir. Gürcü atalar sözləri
- Tülkü qurddan tox yaşayır. Rus atalar sözləri
Z
[redaktə]- Zənginlər çox tox olur, ancaq doymuş olmur. Pyer Büast