Üç
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağılla hərəkət etmək üçün insanın üç yolu var : birinci ən nəcib yol - düşüncə, ikinci ən asan yol- təqlid, üçüncü ən acı yol - təcrübədir. Konfutsi
- Allah haqqında bilik üç növdən ibarətdir: teoloji, fəlsəfi və mistik. Teoloji bilik tövhid və ya birləşmə ilə əlaqədardır. Fəlsəfi bilik ağıl vasitəsilə əldə edilən son həqiqət anlayışı ilə məşğul olur. Mistik bilik Allahın zatını bilməkdir. Buna övliyalar müşahədədən sonra və ya nurlu qəlblərində Allah üzərində düşünməklə nail olurlar. Əbülfəz Zun-nun Misri
- Allah üç şər-xəta yaratdı: keşiş, şeytan və keçi. Rus atalar sözləri
B[redaktə]
- Biliyə üç yol aparır: ən asanı – təqlid, ən çətini – təcrübə, ən şərəflisi – düşüncədir. Konfutsi
- Bir adam səni üç dəfə aldadıbsa - axmaqsan, bir çökəyə üç dəfə düşübsənsə - korsan. Adıgey atalar sözləri
- Bir evə üç nəfər üçün azar gəldi, hamı baxdı nökərin gözünə. Nökər dedi: "biri - mən, bəs qalanları". Kürd atalar sözləri
Ç[redaktə]
- Çalışmaq bizi bu üç şeydən qurtarar: Can sıxıntısından, pis vərdişdən, yoxsulluqdan. Volter
D[redaktə]
- Danışarkən üç şeyə diqqət yetirmək lazımdır: başqası danışanda sözünü kəsməmək, danışmaq növbəsi çatanda susmamaq, danışarkən əl-qol atmamaq. Konfutsi
- Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz. Ezop
- Dünyada üç şey gizlədilməz: duman, eşq , pulsuzluq. Ərəb atalar sözləri
- Dünyada üç şey saxlana bilməz: eşq, tüstü və pulsuzluq! Çin atalar sözləri
- Dünyada üç şey təhlükəlidir: bıçaq uşaq əlində, hakimiyyət axmaq əlində və tərif yaltaq dilində. Monqol atalar sözləri
- Dünyada üç yazıq var: taxtdan salınmış hakim, var-yoxdan çıxmış varlı və dəlilər içinə düşmüş ağıllı. Monqol atalar sözləri
E[redaktə]
- Ey Kumeyl, könüllər qablara bənzər; ən xeyirli qab isə içindəkini ən yaxşı qoruyandır. Məndən eşitdiyin sözü yadında saxla. Insanlar üç qismdir: Rəbbə mənsub olan alim, qurtuluş yolunda elm axtaran və adəti pislik olanlar; hər çağıran şəxsə bilmədən uyanlar, hər yelə qapılıb gedən kişilərdir. Onlar nə elm işığıyla işıqlanmışlar, nə də qüvvətli bir müdafiəyə söykənmişlər.
Ey Kumeyl, elm maldan xeyirlidir; elm səni qoruyar, sən isə malı qoruyursan. Mal verməklə azalar, elm isə öyrətməklə çoxalar. Ey Ziyad oğlu Kumeyl, bilik əldə etməyin yolu adətən dindir ki, Allaha onunla yol tapmaq olar. Insan taəti onunla əldə edər; ölümündən sonra da xeyir və yaxşılıqda yad olunar. Elm hakimdir, mal isə hökm altında olandır, məğlubdur. Əli
Ə[redaktə]
- Ən çox da üç şey yorar insanı... Bağışlamaq, içi yanarkən susmaq və olmayacağını bildiyi halda xəyal qurmaq. Çak Palanik
G[redaktə]
- Günahlar barəsində yalnız üç fərziyyə mövcuddur: Onlar ya Allah tərəfindəndir (Əlbəttə, bu belə deyil). Belə olan halda, Allaha bəndəni etmədiyi şeyə görə əzab vermək yaraşmaz. Yaxud, həm Allah və həm də bəndənin – hər ikisinin tərəfindəndir (Əlbəttə, belə də deyil). Bu halda da, güclü şərikin zəif şərikinə zülm etməsi rəva deyil. Yaxud da bəndənin özü tərəfindəndir (Əlbəttə, bu belədir). Belə olduqda, Allah onu bağışlasa öz böyüklük və comərdliyinə görə bağışlamış, cəza versə bəndənin öz günahına görə cəzalandırmışdır.[1]
H[redaktə]
- Hər kəsin üç şəxsiyyəti var; ortaya çıxardığı, sahib olduğu, sahib olduğunu sandığı. Alfons Karr
İ[redaktə]
- İlk arvadı sənə Allah, ikinci qadını insanlar, üçüncüsünü isə şeytanlar göndərər. Yapon atalar sözləri
- İş bizi üç bəladan: avaraçılıqdan, qəbahətdən və ehtiyacdan xilas edir. Volter
Q[redaktə]
- Qadının həmişə üç cür yaşı olur: biri görünən yaş, digəri həqiqi yaş, üçüncüsü də onun özünə verdiyi yaş. Alfons Karr
M[redaktə]
- Mühakimə üç dövlət qüvvəti arasında ən zəifidir. Aleksandr Hamilton
P[redaktə]
- Pullu insanlar üç cürdür: pulunun köləsi olanlar, pulunun dostu olanlar və pulunun ağası olanlar. Deyl Karnegi
S[redaktə]
- Sake qədəhinin birincisini insan içir, ikincisini sake içir, üçüncüsü insanı içir. (Sake düyü arağı) Yapon atalar sözləri
Ü[redaktə]
- Üç arvad bir yerə yığılsa, bazar olar. Yapon atalar sözləri
- Üç baş bir yerdə olar Mondzu ağlı (Mondzu - müdriklik allahı). Yapon atalar sözləri
- Üç cür alçaq olur: alçaqlıqlarnı böyük xeyirxahlıq hesab edən sadəlöhv alçaqlar, öz alçaqlıqlarından utanan, lakin onu əldən qoymayan alcaqlar və əsl alçaqlar. Fyodor Dostoyevski
- Üç daşınma, bir yanğına əvəzdir. Yapon atalar sözləri
- Üç dərdə çarə yoxdur: tənbəllikdən doğan yoxsulluğa, həsəddən doğan düşmənçiliyə, qocalıqdan doğan xəstəliyə. Ərəb atalar sözləri
- Üç gün ac qal, dördüncü gün oğurlayacaqsan. Koreya atalar sözləri
- Üç gün dilənən adətkar olar. Yapon atalar sözləri
- Üç gün dilənən heç vaxt tərgitməz. Yapon atalar sözləri
- Üç günlük bonza*. (*Bonza -Asiya ölkələrində məbəddə əsas kahin) Yapon atalar sözləri
- Üç il xəstə yat - ən istəkli oğlun da sözünə baxmayacaq. Koreya atalar sözləri
- Üç kimsə vardır ki, sıxıntı çəkməz – xəstə, oruclu və yolçu. İbrahim Bin Ədhəm
- Üç qız – müflislik. Yapon atalar sözləri
- Üç növ insan qəzəbdən uzaq olmalıdır: dövlət məmurları, müştərilər və dul qadınlar. Çin atalar sözləri
- Üç növ yalan vardır, bəsit yalan, quyruqlu yalan və statistik yalan. Bencamin Dizraeli
- Üç növ yalançı var: xam yalançı, and içən yalançı və heç vaxt yalan söyləmədiyini iddia edən yalançı. Nikola Şamfor
- Üç şey adama məhəbbət gətirər: mədənilik, təvazökarlıq, mülayimlik. Ərəb atalar sözləri
- Üç şey adamda məhəbbət oyadır: inam, təvazökarlıq və səxavət. Ərəb atalar sözləri
- Üç şey adamın gözünü işıqlandırar: yaxşı arvad, ağıllı oğul, mehriban qardaş. Ərəb atalar sözləri
- Üç şey ömrü uzadır, geniş ev, bərk qaçan atvə sakit arvad. Ərəb atalar sözləri
- Üç şeyin çoxluğu və üç şeyin azlığı adama ziyandır: çox danışmaq və az bilmək, çox xəyal etmək və az iş görmək, çox xərcləmək və az qazanmaq. İspan atalar sözləri
- Üç yaşında qəlbi necədirsə, yüz yaşında da elədir. Yapon atalar sözləri
- Üç yaşlının adəti səksən yaşına qalar. Koreya atalar sözləri
Z[redaktə]
- Zəkanın kamilliyi üç şeydədir: təvazökarlıq, doğru-dürüstlük və az danışma. Cəfər Sadiq
İstinadlar[redaktə]
- ↑ Biharul-Ənvar, c.78, səh.323, hədis 23