Məzmuna keç

Yemək



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Balıq yemək üçün suya girmək gərək. Rus atalar sözləri
  • Bədənin qidası yemək, ağlın qidası elmdir. Ərəb atalar sözləri
  • Bəziləri mədələri üçün yemək, digərləri də yeməkləri üçün mədə axtararlar. Corc Bernard Şou
  • Böyük imperiya - böyük piroq kimidir. Qıraqlardan yemək daha asanddır! Bencamin Franklin
  • Bütün insanlar şeylərin səbəblərindən xəbərsiz olaraq doğulurlar və hamısının özləri üçün faydalı olanı axtarmaq istəkləri var. Bunun birinci nəticəsi budur ki, insanlar öz istəklərindən xəbərdar olduqları üçün özlərini azad hesab edirlər və onları tanımadıqları üçün onları bu istək və arzuya sövq edən səbəbləri yuxuda belə görmürlər. İkinci nəticə odur ki, insanlar hər şeyi bir məqsəd naminə, məhz can atdıqları mənfəət naminə edirlər. Buradan belə nəticə çıxır ki, onlar həmişə baş verənlərin yalnız son səbəblərini (causae finales) tapmağa çalışırlar və onlara göstərilən zaman sakitləşirlər, əlbəttə ki, əlavə şübhələr üçün heç bir əsas olmadan. Onları başqasından öyrənməyə imkanları yoxdursa, özlərinə üz tutub görməkdən başqa çarələri yoxdur. Belə hallarda özləri, adətən, hansı məqsədləri rəhbər tuturlar; beləliklə, onlar mütləq digərini özləri mühakimə edirlər. Bundan əlavə, onlar öz daxilində və xaricində faydalarının həyata keçirilməsinə böyük töhfə verən bir çox vasitə tapdıqları üçün, məsələn: görmə üçün gözlər, çeynəmək üçün dişlər, yemək üçün bitki və heyvanlar, işıqlandırma üçün günəş, balıqları bəsləmək üçün dəniz və s., deməli, onlar bütün təbii şeylərə öz mənfəətləri üçün vasitə kimi baxırlar. Onlar bilirlər ki, bu vasitələri özləri hazırlamırlar, özləri tapırlar və bu, onlara inanmağa əsas verir ki, bu vasitələri onların istifadəsi üçün hazırlayan başqa biri var. Əslində, əşyalara vasitə kimi baxaraq, bu şeylərin özlərini belə etdiyini düşünə bilməzdilər. Ancaq özlərinin adətən özləri üçün hazırladıqları vasitələrə bənzətməklə, gərək belə bir nəticəyə gəliblər ki, insan azadlığı bəxş edilmiş hansısa təbiət hökmdarı və ya hökmdarları var ki, onlar üçün hər şeyin qayğısına qalıb, hər şeyi onların istifadəsi üçün yaradıb. Bu hökmdarların xarakteri, heç vaxt bu barədə heç nə eşitmədikləri üçün, özləri mühakimə etməli oldular. Nəticə etibarı ilə onlar belə hesab edirdilər ki, Tanrılar hər şeyi insanların xeyrinə təşkil edir ki, insanlar onlara bağlansınlar və onlara ən yüksək ehtiramları bəxş etsinlər. Benedikt Spinoza
  • Cavanlığın sirri ürək açıqlığında, yavaş yemək və öz yaşını deməməkdədir. Lus Boll
  • Çox yemək, çox içmək, bahalı, dəbli paltar geyməyi onun gözündən salmalı; qarınqululuq, əyyaşlıq, modabazlıq və başqa bu kimi xasiyyətlərin onun qəlbinə yol tapmasına imkan verilməməlidir. Başa salmaq lazımdır ki, bəzək-düzəkli paltarlar qadınlar üçündür, ağıllı kişilər, böyük adamlar həmişə sadə geyinirlər. Nəsirəddin Tusi
  • Çox yemək qəlbdə qəsavət (daşürəklilik) yaradır. Məhəmməd peyğəmbər
  • Əgər onlar acdırlarsa onlara yemək verin, əgər onların çılpaqdırlarsa onları geyindirin, əgər onlar xəstədirlərsə onları hərgün ziyarət edin, əgər onlar evsizdirlərsə onlara bir ev verin. Tereza Ana
  • Əgər siz gününüzə kofeinsiz başlayırsınızsa, həmişə şən olursunuzsa, ağrılara, nasazlıqlara məhəl qoymursunuzsa, öz problemlərinizlə insanları narahat etmirsinizsə, şikayət etmirsinizsə, hər gün eyni yeməyi yeyirsinizsə və buna görə minnətdarsınızsa, sevdiyiniz insanın sizə baxmağa vaxtı olmayanda onu başa düşürsünüzsə, sizin heç bir günahınız olmadığı halda sevdiyiniz insanın ittihamlarını qulaqardına vura bilirsinizsə, tənqidi sakit qəbul edə bilirsinizsə, kasıb dostunuzla, zəngin dostunuzla eyni cür rəftar edirsinizsə, yalandan və aldatmadan uzaq dura bilirsinizsə, stresslə dərmansız mübarizə apara bilirsinizsə, özünüzü içkisiz yaxşı hiss edirsinizsə, dərmansız yuxuya gedə bilirsinizsə, səmimi olaraq dəri rənginə, dini inanclara, cinsi oriyentasiyaya və siyasətə qarşı qərəziniz olmadığını söyləyirsinizsə, deməli siz itinizin inkişaf səviyyəsinə çatmışınız. Uinston Çörçill
  • Əmək olmaz - yemək olmaz. Türk atalar sözləri
  • Əməksiz yemək olmaz. Azərbaycan atalar sözləri/Ə
  • Gülər üz - yeməkdən qiymətlidir.
  • Halal çörəyi küçədə də yemək olar. Tatar atalar sözləri
  • Hər hansısa bir şənlikdə ağıllı şəkildə yemək lazımdı, ancaq tam doymaq olmaz. Yaxşı danışmaq xoş olar, ancaq dahi təsiri bağışlamaq mütləq deyil. Uilyam Somerset Moem
  • Hər tikəni yemək olar, hər sözü demək olmaz. Kürd atalar sözləri
  • Necə ki, insan ağzında yediyinin dadını yox etməmək üçün heç bir şey yemək istəməz, o da son gördüyü görüntünü itirməmək üçün yeni bir şeyi görmək istəmirdi əslində. Əlif Şəfəq
  • Ot olub yeyilməkdənsə, diş olub yemək yaxşıdır. Viktor Hüqo
  • Süfrənin on iki qaydası var ki, hər bir müsəlman onları bilməlidir: Onların dördü vacib, dördü sünnə (müstəhəbb) dördü isə ədəbə riayət etməkdir. Vacib olan dördü: mərifət, razılıq, Allahın adını dilə gətirmək və şükr etmək; sünnə olan dördü: yeməkdən əvvəl əlləri yumaq, bədənin sol tərəfi üstündə oturmaq, üç barmaqla yemək və barmaqları yalamaq; ədəbə görə olanlar isə - qarşında olanı yemək, tikəni kiçik götürmək, yeməyi yaxşı çeynəmək və camaatın üzünə az baxmaqdan ibarətdir."[1] İmam Həsən
  • Uşaqlarla oynamağı və söhbət etməyi sevirəm... onlara yemək vermək və nağıl danışıb yatızdırmaq...ailədən uzaq olmaq mənim həyatımın acısıdır.. həyat. Mən evdə istirahət emtəyi, sakit oxumağı, dibçəklərdən gələn gözəl ətirləri qoxmağı, ailəmlə bir masada əyləşmək və yoldaşımla uşaqları gəzdirməyi çox sevirəm. Belə sadə şeylərdən zövq ala bilmirsinizsə sizin həyatınız dəyəri əlinizdən alınıb və siz bunu gündəlik işinizdə hiss edirsiniz. Nelson Mandela

İstinadlar

[redaktə]
  1. Vəsailuş-Şiə, c. 16, səh.539, hədis 1
  2. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
  3. Atalar sözü. (İkinci nəşri). Toplayanı, tərtib edəni və nəşrə hazırlayanı Əbülqasım Hüseynzadə. Bakı: Yazıçı, 1982, səh.19