Məzmuna keç

Xəsis



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axmağın əlinin altında ağıllı, gücsüzə tabe olan qüvvətli, xəsisə möhtac olan səxavətli yazıq sayılar. Qabusnamə
  • Amerika xalqı üçün Yer kürəsinin ən zəngin dövlətlərindən biri olan hökumətimizin həm də yer üzündəki ən xəsis dövlətlərdən biri olduğuna inanmaq çox çətindir. Cimmi Karter
  • Az şey verməyimiz xəsis olduğumuz demək deyil. Haiti atalar sozləri
  • Bayağı, xəsis və hörmətsiz zənginlərin istedadları ayırd etmək üçün aydın ruhu yoxdur. Andre Mari Şenye
  • Fədakarlığa və mübarizəyə inamımın gücləndiyini hiss edirəm. Rahatlıq və şəxsi maraqların xəsis xırdalıqlarından yapışan varlığa nifrət edirəm. Düşünürəm ki, insan pisləşməyə başladığı, ömrünün ən parlaq anını işıqlandıran alovun zəiflədiyi yaşdan artıq yaşamamalıdır. Fidel Kastro
  • Fikir bütün xəzinələrin açarıdır. O, bizə xəsis adamın bütün sevincini bəxş edir. Onore de Balzak
  • Fil keçsin üstündən tapdalayaraq,
    Xəsis adamlara əl açma ancaq.
    Mərd olmaq yaxşıdır dünyada hər an,
    Mərdlik ilə çatar arzuya insan. Xosrov və Şirin (Nizami)
  • Həzzi gücləndirmək məharəti ona qarşı xəsis olmaq bacarığından irəli gəlir. Jan Jak Russo
  • İnvestorlar yadda saxlamalıdırlar ki, həvəs və məsrəf onların düşmənləridir. Əgər onlar [bazarda] iştiraklarının vaxtını təyin etmək istəyirlərsə, başqaları acgözlük etdikdə qorxmalı və başqaları qorxduqda xəsis olmalıdırlar. Uorren Baffett
  • Kasıb yetimlərə və ehtiyacı olanlara səxavətli olun. Rəbbimizin liberal olduğu adam xəsis olmamalıdır. Bir gün Cənnətdə bu həyatda özümüzə verdiyimiz qədər rahatlıq və sevinc tapacağıq. İqnati Loyola
  • Kərəm olmaz müxənnəsdə, xəsisdə. Aşıq Ələsgər
  • Qəddar və zalım ağadan, xəsis, yaxşını-pisi bilməyən, nankor adamdan uzaq durmaq lazımdır. Çanakya
  • Qənaətcil adam əbəs yerə pul xərcləmək istəmir, xəsis isə heç nəyə pul xərcləmək istəmir.[2] Jan Batist Sey
  • Qızılın nə olduğunu məhək daşı, xəsisin kim olduğunu isə dilənçi bilir. Sədi Şirazi
  • Sevgi qəlbin elə bir vəziyyətidir ki, hətta ən axırıncı xəsis də onun uğrunda hər şeyini verməyə hazırdır. Alla Puqaçova
  • Sərvət xəsis adam üçün faydasızdır, çünki xəsis sərvətə yalnız keşik çəkməklə məşğul olur. Pol Anri Holbax
  • Uğurlu oğurluq etmək üçün zirək və xəsis olmaq lazımdır. Xüsusi ilə də xəsislik daha çox zəruridir. Çünki, kiçik bir oğurluq üstündə işiniz məhkəməlik ola bilər. Saltıkov-Şedrin
  • Unutmayın, demokratiya heç vaxt uzun sürmür. Tezliklə özünü israf edir, tükəndirir və öldürür. Hələ heç vaxt intihar etməyən demokratiya olmayıb. Demokratiyanın aristokratiya və ya monarxiyadan daha az boş, daha az qürurlu, daha az eqoist, daha az iddialı və ya daha az xəsis olduğunu söyləmək əbəsdir. Bu, əslində doğru deyil və tarixin heç bir yerində görünmür. Bu ehtiraslar bütün insanlarda, sadə hökumətin bütün formalarında eynidir və nəzarət edilmədikdə, saxtakarlıq, zorakılıq və qəddarlığın eyni nəticələrini yaradır. Con Adams
  • Üçü son dərəcə dözülməzdir: qürurlu kasıb, bürokratik qoca və xəsis varlı. Talmud

İstinadlar

[redaktə]
  1. Buludxan Xəlilov. Dil-söz çələngi. Bakı, “Elm-təhsil” nəşriyyatı, 2012,
  2. Aforizmlər. Bakı, 2013. səh.131.