Yeddi
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Adam acıqlananda quyuya atıla bilər, ancaq yeddi qat artıq acıq oradan çıxmağa kömək edə bilməz. Malayal atalar sözləri
- Atalar sözündə deyildiyi kimi , danışmazdan əvvəl dili yeddi dəfə çevirib, sonra susmaq lazımdır. Anri Fransua Renye
B[redaktə]
- Bir adama şübhə eləməmiş yeddi dəfə yoxla. Yapon atalar sözləri
- Bir ana duası yeddi kişi qarğışını heç edər. Kürd atalar sözləri
- Bir ananın yeddi uşağa çəkdiyi qayğı, yeddi uşağın bir anaya çəkdiyi qayğıdan çox olur. Rus atalar sözləri
- Bir ata yeddi oğulu dolandırdı, yeddi oğul bir atanı dolandırmadı. Azərbaycan atalar sözləri/Valideyn və övlad
- Bir dəfə aldadıb yeddi gün peşman olacaqsan. Vyetnam atalar sözləri
- Bir şey etməzdən əvvəl yeddi dəfə düşünün. Filippin atalar sözləri
- Borclu olduğumuz kreditorlar yeni günə başlayan an, biz artıq açıq dənizdə bizim üçün təhlükəsiz bir məsafədə idik. Yeddi quldur bu vaxta qədər qara bayraq altında üzənlərin ən xoşbəxtləri idi. Rual Amundsen
C[redaktə]
- Cahillər üçün də həqiqətin mənası yeddi kilidin arxasında gizlənir. İbn Sina
Ç[redaktə]
- Çayır dedi: yeddi il leylək yuvasında qaldım, yerə düşüb yenə atamın vətənini itirmədim. Azərbaycan atalar sözləri/Ç
D[redaktə]
- Daxma qoxusu yeddi nəsil dağılmaz. Fin atalar sözləri
- Dostundan ayrılan yeddi il ağlar, vətənindən ayrılan bütün ömrü boyu. Özbək atalar sözləri
- Dövlətli kasıblayanda yeddi il ondan dövlətli iyi gəlir, kasıb dövlətlənəndə yeddi il ondan kasıb iyi gəlir. Kürd atalar sözləri
Ə[redaktə]
- Əgər insan zarafatı başa düşmürsə, deməli, hər şey məhv oldu. Bilin: insanın alnı yeddi qarış olsa belə, bu əsl ağıl deyil. Anton Çexov
H[redaktə]
- Hər dəfə qar yağanda onun əsas elementləri daim altıbucaqlı ulduz şəklini alır. Xüsusi bir səbəbi olmalıdır və təsadüfdürsə, niyə beş və ya yeddi guşəli ulduz olmasın? İohann Kepler
- “Hikmət”in yeddi növü var: birinci, zəka; ikinci, dərk sürəti; üçüncü, zehin aydınlığı; dördüncü, öyrənmə asanlığı (diqqət); beşinci, ağıl gözəlliyi; altıncı, hafizə; yeddinci, hazırcavablıq. Nəsirəddin Tusi
İ[redaktə]
- “İnsan yeddi yaşında necədirsə, yetmişində də odur!” deyirlər. Ancaq yeddisində nədirsə, on yeddisində, iyirmi yeddisində o deyil. Məsələn, yeddisində qorxaq olana, on yeddisində bir cəsarət gəlir, qanı qaynayır. Amma qırxdan sonra damarlar qalınlaşdıqca əvvəlki qorxaqlıq yenə deşiyindən burnunu göstərir. Reşat Nuri Güntekin
- İnsanların hərəkət və əməllərinə yeddi amil təsir edir: şans, təbiət, məcburiyyət, vərdiş, ağıl, istək, ehtiras. Aristotel
- İtin quyruğu yeddi il qəlibdə qaldı, düzəlmədi ki düzəlmədi. Gürcü atalar sözləri
K[redaktə]
- Kişi yeddi dəfə yıxılar, səkkiz dəfə qalxar. Monqol atalar sözləri
Q[redaktə]
- Qardaşlığımız öz yerində, keçinin qiyməti yeddi yüz dinardır. Fars atalar sözləri
- Qərib it yeddi məhəllədən qovular. Azərbaycan atalar sözləri/Q
- Qəzəb xəstəliyinin nəticəsi yeddi növdür: birinci, “peşmançılıq”, ikinci, “dünya və axirət cəzası”, üçüncü, “dostların inciməsi”, dördüncü, “rəzillərin tənəsi”, beşinci, “düşmənlərin tənbehi”, altıncı, “məzacın pozulması”, yeddinci, “bədənin birdən sarsılması”, çünki “dəlinin tutması bir saatlıq olar” (deyiblər). Nəsirəddin Tusi
M[redaktə]
- Mən altı yaşında aşpaz, yeddi yaşda isə Napoleon olmaq istəyirdim və sonralar mənim iddialarım getdikcə artmağa başladı. Salvador Dali
- Mən həqiqətimi yeddi möhür və qırx qıfıl arxasında gizlətdim ki, pis insanlar bu həqiqətdən şər üçün istifadə etməsin. İbn Sina
- Mənə tək kişi və ya qadın göstər, mən də sənə bir müqəddəs göstərim. Mənə iki ver və onlar aşiq olacaqlar. Mənə üç ver və onlar "cəmiyyət" dediyimiz füsunkar şeyi icad edəcəklər. Mənə dörd ver və onlar bir piramida quracaqlar. Mənə beş ver, birini küs edəcəklər. Mənə altı ver və onlar qərəzi yenidən kəşf edəcəklər. Mənə yeddi ver, yeddi ildən sonra müharibəni yenidən kəşf edəcəklər. Ola bilsin ki, insan Allahın surətində yaradılıb, lakin insan cəmiyyəti Onun əks sayının surətində yaradılıb və həmişə evə qayıtmağa çalışır. Stiven Edvin Kinq
- Miletli Fales, şübhəsiz ki, müdrikliyi ilə məşhur olan bu yeddi adamın ən əhəmiyyətlisi idi - və əslində o, yunanlar arasında həndəsənin ilk kəşfçisi, təbiətin ən etibarlı müşahidəçisi, ulduzların ən bilikli şagirdi idi: bir neçə sətirlə o, çox böyük şeylər kəşf etdi, fəsillərin uzunluğunu, küləklərin əsməsini, ulduzların yolunu, ildırımın heyrətamiz gurultusunu, bürclərin əyri kursunu, günəşin illik qayıdışını; yüksələn ayın böyüməsini, azalan ayın azalmasını və batan ayın maneələrini kəşf edən o idi. Apuley
- Mollanın qarnı yeddi qoyunun dərisindən tikilib. Tatar atalar sözləri
P[redaktə]
- Padşahın ayağı dəyən yerdə yeddi il ot bitməz. Azərbaycan atalar sözləri/P
S[redaktə]
- Səadət torpağı tərk edəndə su enir yerin yeddi qatına. Qaraqalpaq atalar sözləri
- Səxavət ona deyilir ki, mal-dövlətin sərf edilməsi necə lazım, necə layiqdirsə, elə də yerinə yetirilsin və sona qədər bu cür də davam etdirilsin. Səxavətin özünün də bir çox növləri vardır. Onlardan bəziləri haqqında aşağıda izahat veriləcəkdir. Lakin “səxavət” cinsinə daxil olan fəzilətlər səkkizdir: birinci, kərəm, ikinci, əliaçıqlıq, üçüncü, əfv, dördüncü, mürüvvət, beşinci, xeyirxahlıq, altıncı, yardım, yeddinci, pay, səkkizinci, üzüyumşaqlıq. Nəsirəddin Tusi
- Sifətin ağ olmağı yeddi ayıbı gizləyər. Yapon atalar sözləri
Ş[redaktə]
- “Şücaət” cinsinə daxil olan növlərin miqdarı on birdir: birinci, nəfsin ağayanalığı, ikinci, qoçaqlıq, üçüncü, alicənablıq, dördüncü, mətanət, beşinci, helm, altıncı, nəfsin sakitliyi (təmkin), yeddinci, hünər, səkkizinci, dözümlülük, doqquzuncu, təvazökarlıq, onuncu, qeyrət, on birinci, riqqət. Nəsirəddin Tusi
T[redaktə]
- Tənbəl üçün həftədə yeddi bayram olur. Alman atalar sözləri
U[redaktə]
- Ulaq yeddi cür üzmək bilir, amma suyu görəndə hamısı yaddan çıxır. Kürd atalar sözləri
Y[redaktə]
- Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib. Ernest Heminquey
- Yarından ayrılan yeddi il ağlar, elindən ayrılan ölüncə ağlar. Türkmən atalar sözləri
- Yeddi arxın suyunu bir arxa calayır. Azərbaycan atalar sözləri/Y
- Yeddi ayda bir qarış, bir ayda yeddi qarış. Azərbaycan atalar sözləri/Y
- Yeddi dəfə ölç, bir dəfə kəs Rus atalar sözləri
- Yeddi düşün, bir danış. Monqol atalar sözləri
- Yeddi ictimai günah: prinsipsiz siyasət, işsiz var-dövlət, vicdansız ləzzət, xaraktersiz bilik, əxlaqsız ticarət, insanlıqsız elm, qurbansız ibadət. Mahatma Qandi
- Yeddi kilsə tikmə, yeddi uşaq yetişdir. Çuvaş atalar sözləri