Qadın
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ah-uf etmək nadir halda olsa belə kişiyə, çığır-bağır etmək isə qadına yaraşmaz. Əgər belə bir hadisə baş verərsə, yəni qadın güclü və müdrik ərinə qışqırarsa, bunu öz gərginliyini gücləndirmək məqsədi ilə edə bilər. Bu eynilə atletin, qaçanın, yumruq döyüşçüsünün yarışarkən qışqırması kimidir. Bunu qorxudan yox, bədənlərini gərginləşdirib daha güclü olmaq üçün edirlər. Mark Tulli Siseron
- Ailə kişi üçün bir malikanə, qadın üçün isə bir istehkamdır. Lev Tolstoy
- Ağıllı qadın ərini xoşbəxt, ağılsızı isə bədbəxt edir. (Trinstan Bernard)
- Ağıllı qadın heç vaxt öz üstünlüklərindən sui-istifadə etmir; kişiyə sahib olmaq üçün miskin və axmaq olmaq lazımdır. Onore de Balzak
- Ağıllı qadın kişiyə dedikləri hər sözə şəkər qatır və kişinin dedikləri hər sözdən duzu yığışdırır. Ərəb atalar sözləri
- Ağlamaq qadının tələsidir. Mövlana Cəlaləddin Rumi
- Ağlatdığın bir qadının göz yaşlarını ya o anda silərsən ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan. Anton Çexov
- Ana instinkti sayəsində qadın birinci dərəcəli kişinin yüz səhmindən bir səhminə malik olmağı, ikinci dərəcəli kişiyə aid bütün səhmlərə malik olmaqdan üstün tutur. Corc Bernard Şou
- Ana olmamış qadın onun taleyinə yazılmış ən möhtəşəm şansı qaçırmış qadındır. Erix Mariya Remark
- Aşiq olmayanlar, mükəmməl bir kişinin sıravi bir qadın üzündən nə üçün iztirab çəkdiyini anlaya bilməzlər. Marsel Prust
B
[redaktə]- Başqa cəhətləri bilmirəm, amma qisas və eşqdə qadın kişidən qat-qat üstündür. Fridrix Nitsşe
- Bəli, həyatın yarısı və üstəlik, ən gözəl yarısı - qadını ehtirasla sevməyən insan üçün qadın gizli qalır. Stendal
- Bəsit qadın; gözəl olmağı ağıllı olmaqdan üstün tutur. Çünki bəsit kişidə zəkanı anlayacaq baş yox, gözəlliyi görəcək göz var. Anton Çexov
- Bəşəriyyətin və planetimizin xilası qadının əlindədir. Qadın öz əhəmiyyətini, Dünya Anasının böyük missiyasını dərk etməlidir; o, bəşəriyyətin taleyi üçün məsuliyyət daşımağa hazır olmalıdır. Helena İvanovna Roeriç
- Bir başqa insanla olan münasibətlərimizdə ən ciddi səhvin mənbəyi xeyirxahlıq və o insanı sevməkdir. Bir gülümsəməyə, bir çiyinə aşiq oluruq. Bu qədər kifayətdir; sonra ümid və ya kədər dolu uzun saatlar boyunca bir insan mal edirik, bir şəxsiyyət yaradırıq. Və ardıyca aşiq olduğumuz adamla görüşəndə qarşımıza nə qədər qəddar həqiqətlər çıxsa da, həmin təbəssüm, həmin çiyin sahibindən xeyirxah insan görüntüsünü, bizi sevən qadın tipajını heç cür ayıra bilmərik; gəncliyindən bu yana tanıdığımız bir insan qocalsa da gəncliyini ondan ayrı düşünə bilmədiyimiz kimi. Marsel Prust
- Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik. Marsel Prust
- Bir kişi bir qadına məktublar yazdığında bunu irəlidə o qadını başdan çıxarmaq üçün yaşayacağı mühiti hazırlamaq üçün edər. Bu qadın bu məktubları gizliədirsə, bunu bu gün göstərdiyi ağız möhkəmliyinin gələcəkdə yaşayacağı macəranı güvən altına alması üçün edər. Bunları üstəlik bir də saxlasa bu, gələcəkdəki macəranı bir eşq olaraq düşünməyə hazır olduğunu göstərər... Milan Kundera
- Bir kişi bir qadınla ancaq onu sevmədiyi müddətcə xoşbəxt ola bilər. Oskar Uayld
- Bir kişi incə bir qadının qəlbində baş verənlər haqqında demək olar ki, ağlabatan bir şey deyə bilməz. Cilvəli qadın isə başqa məsələ: hissiyyatlılıq və şöhrətpərəstlik bizə də xasdır. Stendal
- Bir kişi qadına vurulsa, onun üçün hər şeyi edər, bircə sevgisinə sadiq qalmaz. Oskar Uayld
- Bir kişi və ya qadının nə şəkildə yetişdiyini bir döyüşdəki hərəkətlərindən anlaya bilərsiniz. Corc Bernard Şou
- Bir kişinin bir qadına aşiq olması kifayətdir ki, dünya necə varsa, elə də olsun. Volter
- Bir kişinin qadını sevməsi yetərli oldu ki, dünya olduğu kimi olsun. Volter
- Bir qadın deyəcəyi çox şey olduğu halda susursa, kişi artıq bütün şansını itirmişdir. Pablo Neruda
- Bir qadın dünyada istənilən kişi ilə mazaqlaşa bilər, başqa insanlar onu görmədiyi təqdirdə. Oskar Uayld
- Bir qadın kimi ölkəm yoxdur. Bir qadın kimi ölkəmin olmağını istəmirəm. Bir qadın kimi bütün dünya mənim ölkəmdir. Virciniya Vulf
- Bir qadın kişinin yanında gözlərini bağlayırsa aşiq Olur, kişi gözlərini bağlayırsa, qadın alver edir. Bob Dilan
- Bir qadın otuz yaşına çatanda arxasıyla üzü arasında seçim etməlidir. Koko Şanel
- Bir qadın sevdiyi kişinin başqa qadın tərəfindən xoşbəxt edildiyini görməkdənsə, onu can verərkən görməyi seçər. Onore de Balzak
- Bir qadın sizi milyoner edə bilər, təbii ki siz trilyonersinizsə. Bob Dilan
- Bir qadın ya sevər, ya da nifrət edər, ortası yoxdur. (F.Bixter)
- Bir qadına aşiq olduqda əslində etdiyimiz şey, əhvalımızı onda əks etdirməkdir; buna görə də vacib olan qadının dəyəri deyil, əhvalın dərinliyidir; adi bir gənc qızın bizdə yaratdığı hisslər sayəsində mənliyimizin ən özəl, ən şəxsi, ən uzaq, ən əsas tərəfləri şüur üzünə çıxa bilər; mükəmməl bir şəxsiyyətin söhbətləri və hətta əsərlərini heyranlıqla seyr etməyin bizə verdiyi zövq bunu edə bilməz. Marsel Prust
- Bir qadına etməməli olduqlarını söyləmək ona nələr edə biləcəyini göstərməkdir. İspan atalar sözləri
- Bir qadının içindəki mələyi bir kişi kəşf edər, amma o mələyin bütün məsumluğunu yox edəcək olan yenə kişidir. ( A.Huxley)
- Bir qadının diqqəti həmişə pis sədası yayılan kişidə olur. Çünki, sevgi onu düzəldər deyə düşünür. Aqata Kristi
- Bir qadının üzü güləndə bir kişinin cibi aglayır. Oskar Uayld
- Bir sevgilisi olan qadın mələkdir, iki sevgilisi olan qadın şeytandır, üç sevgilisi olan qadın isə əsl qadındır. Viktor Hüqo
- Bir yerə ki, on qadın yığışdı, ora dönəcək məhkəmə otağına. Benqal atalar sözləri
- Bir zamanlar kişinin üstün olduğuna inanırdım. Sonra evləndim və həyat yoldaşım bu inancımı məhv elədi. Cak Lemmon
- Biz bir qadının sevgisinə əmin olduqda bizi onun gözəllik dərəcəsi maraqlandırır. Əksinə, onun sevgisinə şübhə edəndə onun üzü barədə düşünmürük. Stendal
- Bu dünyada hər kəs özü üçündür. Qələbə qoçaqlara məxsusdur. Eqoizm hər şeydir. Dövlətə, şöhrətə hərislikdən doğan eqoizm, sevgi və qadın nəvazişindən irəli gələn eqoizmdən üstündür. Gi de Mopasson
- Bütün indiki və gələcək bədbəxtliklər və kosmik kataklizmlər böyük dərəcədə qadının tabeliyindən və alçaldılmasından irəli gəlir. Mənəviyyatın dəhşətli tənəzzülü, bəzi xalqların xəstəlikləri və degenerasiyası da qadının kölə asılılığının nəticəsidir. Qadın ən böyük insan imtiyazından - yaradıcı düşüncədə və qurucu işdə tam iştirakdan məhrumdur. O, təkcə bərabər hüquqlardan deyil, bir çox ölkələrdə kişilərlə bərabər təhsildən də məhrumdur. O, Kosmik Qanun və Hüquqla onun tamhüquqlu üzvü olduğu ictimai və dövlət həyatının qurulmasında öz bacarıqlarını ifadə etməyə icazə verilmir. Amma qul qadın dünyaya ancaq qul verə bilər. “Böyük ana, böyük oğul” atalar sözünün kosmik, elmi əsası var. Oğullar daha çox analarının, qızların isə atalarının ardınca getdiyi kimi, kosmik ədalət böyükdür! Qadını alçaltmaqla, kişi özünü alçaldır! Bu, bu gün insan dühasının azlığını izah edir. Helena İvanovna Roeriç
- Bütün zəkamı, qabiliyyətimi, şöhrətimi, əsərlərimi axşam evə vaxtında gəlib gəlməyəcəyimlə maraqlanan bir qadın üçün fəda edə bilərəm. Corc Bernard Şou
- Bütün ziddiyyətlər qadının ürəyində cəmləşir. Volter
C
[redaktə]- Cinsiyyət orqanlarını kişilərin daha rahat yaşamalarına xidmət edən odun parçası kimi görməyi rədd edən qadınları aktiv, pozğun, həyasız və yaxud lezbiyan olma təhlükəsi gözləyir. Lezbiyan bədəni adi qadın bədəninə nisbətən daha təhlükəli və cazibədardır, çünki bu bədən avtoerotizmə və klitordan gələn zövqə qarşı daha həssas olub, özünü doğrultmaq üçün daha münasibdir. Ziqmund Freyd
Ç
[redaktə]- Çılpaq qadın paltar geyinmiş qadından daha az təhlükəlidir. Çünki, paltar geyinmiş qadın hər şeyi məharətlə gizlədərək, eyni zamanda hər şeyi də nümayiş etdirir. Onore de Balzak
D
[redaktə]- Darıxdırıcı qadınla yaşamaqdansa, qocasıyla yaşamaq daha asandır. Düzdür, bəzən onları boğub öldürürlər, amma nadir hallarda tərk edirlər. Corc Bernard Şou
- Dinc həyat sürən qadın ömrü boyu müharibə görməmiş ölkə kimidir. Corc Eliot
- Dünyada bir qadın üçün, hər hansı bir kişini təsiri altına aldığını bilməsi qədər zövqlü bir şey yoxdur. Onore de Balzak
- Dünyada heç bir kişi qadın "ovu" qədər qiymətli, uzun müddətli, daha vacib iş görə bilməz. Corc Bernard Şou
- Dünyada keçmiş sevgilidən daha yad biri ola bilməz. Sevgi izahları sevmir. Ona hərəkətlər lazımdır. Qadına ya sitayiş etməlisən, ya da getməlisən. Qalan hər şey – yalandır. Erix Mariya Remark
- Dünyadakı ən kövrək şey – qadın sevgisidir. Bir səhv addım, söz, baxış və heç nəyi geri qaytara bilmirsən. Erix Mariya Remark
E
[redaktə]- Evli qadın kənizdir və onu taxtda əyləşdirməyi bacarmaq lazımdır. Onore de Balzak
Ə
[redaktə]- Ədəbli qadın o qadındır ki, məşuqu ona gözdən salmağa qorxur. Onore de Balzak
- Əgər kişi ilə qadın eyni yaşdadırlarsa, qadın kişidən daha böyük görünər. Çünki birlikdə olan müddət ərzində qadın 10 ilin əzabını çəkmiş olur. Corc Bernard Şou
- Əgər qadın başqasına aiddirsə, o 5 dəfə daha artıq arzu ediləndir. Erix Mariya Remark
- Əgər qadın bir kişini gerçəkdən sevərsə, onun gözündə dünyadakı bütün kişilər tam olaraq anlamını itirər. Oskar Uayld
- Əgər qadın əsəbiləşirsə, deməli o həm haqsızdır, həm də haqsız olduğunu bilir. Erix Mariya Remark
- Əgər qadın xəyanət edirsə, məntiqli səbəb axtarmaq lazım deyil. İş məntiqdə deyil, demək ki, hisslərdədir. Koko Şanel
- Əgər qadın sizi sevirsə, hər şeyi, hətta cinayəti bağışlayar. Yox, əgər sevmirsə, o zaman yaxşılığınızı belə görməyəcək. Onore de Balzak
- Əgər qadın tənbəldirsə, onun bu mərəzini yalnız sevgi sağalda bilər. Jan de Labrüyer
- Əgər qadının məşuqu olmaq mümkünsə, heç kim onun dostu olmayacaq. Onore de Balzak
- Əllər qadının vizit vərəqəsi, boyun şəxsiyyət vəsiqəsi, sinə isə xarici pasportudur. Koko Şanel
- Ən qədim deyim var: "Qadınlara hörmət edildiyi və qorunduğu yerdə firavanlıq hökm sürür və tanrılar sevinər." Yeni Dövr …. qadının intibahını gətirəcək. Maitreya Epoxası Dünya Anasının Epoxasıdır. Hindistan qadınlarının sürətli yüksəlişini müşahidə etmək diqqətəlayiqdir. Orada nazir və digər məsul vəzifələrdə çalışan qadınları görmək olar. Hindistanın bir çox qadınları əla natiqdirlər. Hindlilər qadınları asanlıqla seçirlər, çünki onlar arvadlarının sağlam düşüncəsinə inanırlar. Amma təbii ki, qadının azad edilməsinin əleyhdarları da var. Hindistanda qadınların hökumətin başında olduğu bəzi dominionlarda bir çox yeniliklər, məbədlərin aşağı kastalar üçün açıq olduğu, universitetlərin qurulduğu, həmçinin muzeylər, laboratoriyalar, xəstəxanalar Avropa xəttinə uyğun qurulmuşdur. Helena İvanovna Roeriç
- Ərinə gülən qadın, artıq onu sevmir. Onore de Balzak
- Əsl kişi iki şey istəyər: təhlükə və oyun. Bu səbəbdən də ona ən təhlükəli oyuncaq kimi qadın lazımdır. Fridrix Nitsşe
- Əslində qadın kişinin onu bəyənən baxışlarından çox, həmcinsinin qısqanclıq dolu baxışlarını görəndə gözəl olduğuna əmin olur. Pablo Neruda
- Ətir görünməz olsa da, unudulmaz və bənzərsiz aksessuardır. Qadının gəlişindən xəbər verir və gedəndən sonra onu xatırladır. Koko Şanel
- Ətir qadın haqda daha çox informasiya daşıyır, nəinki imza. Koko Şanel
- Ətir vurmayan qadının gələcəyi yoxdur. Koko Şanel
G
[redaktə]- Gecə saatlarında kişi ilə qadının dostluğu çox zəifləyir. Onore de Balzak
- Geyim qadının ön sözüdür, bəzən də bütöv kitabdır. Nikola Şamfor
- Gözəl, amma abırsız qadın çürümüş balıqçı toru kimidir. Ralf Uold Emerson
- Gözəl qadın gözə, yaxşı qadın isə ürəyə xoş görünür. Birincisi bər-bəzək, ikincisi isə xəzinədir. Napoleon Bonapart
- Gözəl qadın insanın gözlərinə, gözəl xasiyyətli qadın isə ruhuna dinclik gətirir. Volter
- Gözəl qadının taleyidir ki, hara gedir getsin söhbət mövzusu olur. Oskar Uayld
- Gözəl quş əldə gəzər, gözəl qadın dildə gəzər. Türk atalar sözləri
- Güləyən qadınla ağlağan uşağa etibar eləmə. Teluqu atalar sözləri
H
[redaktə]- Haqq-hesabla evlənmək-qadının qarşısında sürünmək, anasının dabanlarını yalamaq, hətta donuza murdar görünən eybəcərlikləri yerinə yetirmək deməkdir. Belə nikahda siz özünüzü çirkabların axıdılmasında istifadə edilən boru kimi hiss edəcəksiniz. Onore de Balzak
- Hansısa qadın sizi gözəlliyi ilə valeh edibsə, amma heç cür onun nə geyindiyini xatırlaya bilmirsinizsə – deməli o, qüsursuz geyinibmiş. Koko Şanel
- Heç bir kişi, heç olmasa bir qadın anatomiyasını öyrənməyincə evlənməməlidir. Onore de Balzak
- Həddindən artıq qocalan qadın kişilərin xoşuna gəlmək üçün Allaha müraciət edir. Onore de Balzak
- Hələ təsdiq olunmamış və qadın ruhuyla bağlı 30 il davam edən araşdırmalarıma qarşı, mənim də təsdiq etməyi bacarmadığım çox vacib bir sual var: Qadın nə istər? [1] Ziqmund Freyd
- Həmişə eyni qadını sevməyin mümkün olmadığını söyləmək, məşhur bir musiqiçinin fərqli melodiyalar çalması üçün fərqli skripkaya ehtiyacı olacağına inanmaq qədər mənasızdır. Onore de Balzak
- Hər bir aşpaz qadın dövləti idarə etməyə qabildir. Vladimir İliç Lenin
- Hər hansı bir hiylə qadın hiyləsi ilə müqayisədə heç nədir. İncil
- Hər iki mənşə balanslaşdırılmış olsaydı, bugünkü terror və cinayətlər mümkün ola bilərdimi? Bəşəriyyətin və planetimizin xilası qadının əlindədir. Qadın öz əhəmiyyətini, Dünya Anasının böyük missiyasını dərk etməlidir; o, bəşəriyyətin taleyi üçün məsuliyyət daşımağa hazır olmalıdır. Həyat verən ananın övladlarının taleyini yönləndirmək hüququ var. Qadının, ananın səsi bəşəriyyətin liderləri arasında eşidilməlidir. Ana uşağına ilk şüurlu fikirləri təklif edir. Onun bütün istək və qabiliyyətlərinə istiqamət və keyfiyyət verir. Ancaq mədəniyyət haqqında heç bir fikri olmayan ana insan təbiətinin yalnız aşağı ifadələrini təklif edə bilər. Ancaq təhsilə can atarkən qadın yadda saxlamalıdır ki, bütün təhsil sistemləri yalnız yüksək bilik və mədəniyyətin inkişafı üçün vasitədir. Əsl düşüncə mədəniyyətini ruh və qəlb mədəniyyəti inkişaf etdirir. Yalnız belə birləşmə o böyük sintezi verir ki, onsuz insan həyatının kosmik təkamülündə həqiqi əzəmətini, müxtəlifliyini və mürəkkəbliyini dərk etmək mümkün deyil. Buna görə də, biliyə can atarkən, qadın İşıq Mənbəsini və Ruhun Rəhbərlərini - həqiqətən, bəşəriyyət şüurunu yaradan o böyük Ağılları xatırlasın. Bu Mənbəyə, bu aparıcı Sintez Prinsipinə yaxınlaşmaqla, bəşəriyyət həqiqi təkamülün yolunu tapacaqdır. Helena İvanovna Roeriç
- Hər kişi həyatında mütləq bir qadını ömürlük sevər və hər qadın mütləq bir kişiyə ömür boyu əzab çəkdirər… (Paulo Coelho)
- Hər qadına sahib olmağa çalışan adam bir qadına həsrət qalar, bir qadına sahib olan adam hər qadını özünə heyran buraxar. (Goldinq )
- Həyatda bir dənə də kişi tapılmaz ki, qadının təkcə ruhu və mahiyyətiylə uzun müddət kifayətlənə bilsin. Jorj Sand
- Həyatın məşəqqətlərinə dözmək üçün onları mütləq bir qadınla bölüşmək lazımdır. Anatol Frans
- Hıçqıraraq ağlayan bir qadının göz yaşları, ağladan adamın başına gələcəklərinin altına atılacaq imzadır. Çarlz Bukovski
İ
[redaktə]- İki cür qadın vardır: Çirkin və boyalanmış. Oskar Uayld
- İki mömin qadının dostluğu, açıq şəkildə düşmənçilk edən on yaramazın pisliyindən daha pisdir. Onore de Balzak
- İlk arvadı sənə Allah, ikinci qadını insanlar, üçüncüsünü isə şeytanlar göndərər. Yapon atalar sözləri
- İnsanları yüksəldən iki böyük xüsusiyyət vardır; kişinin mərd, qadının namuslu olması. Napoleon Bonapart
- İnsanlığın və planetimizin xilası qadının əlindədir… Ana övladına ilk şüurlu fikirləri təklif edir. Onun bütün istək və qabiliyyətlərinə istiqamət və keyfiyyət verir. Ancaq mədəniyyət haqqında heç bir fikri olmayan ana insan təbiətinin yalnız aşağı ifadələrini təklif edə bilər. Ancaq təhsilə can atarkən qadın yadda saxlamalıdır ki, bütün təhsil sistemləri yalnız yüksək bilik və mədəniyyətin inkişafı üçün vasitədir. Əsl düşüncə mədəniyyətini ruh və qəlb mədəniyyəti inkişaf etdirir. Yalnız belə birləşmə o böyük sintezi verir ki, onsuz insan həyatının kosmik təkamülündə həqiqi əzəmətini, müxtəlifliyini və mürəkkəbliyini dərk etmək mümkün deyil. Buna görə də, biliyə can atarkən, qadın İşıq Mənbəsini və Ruhun Rəhbərlərini — o böyük Ağılları xatırlasın ki, həqiqətən insanlıq şüurunu yaratmışdır. Bu Mənbəyə, Sintezin bu aparıcı Prinsipinə yaxınlaşmaqla, bəşəriyyət həqiqi təkamülün yolunu tapacaqdır. Helena İvanovna Roeriç
- 20 illik məhəbbət macərası yaşayan qadın xarabalığa bənzəyər, 20 illik evlilik həyatı isə onu ictimai binaya çevirər. Oskar Uayld
K
[redaktə]- Kar bir kişiylə kor bir qadın ən xoşbəxt cütlükdür. Danimarka atalar sözləri
- Kişi evin beyni, qadın isə ürəyidir. Volter
- Kişi xoşlandıqdan sonra tanıyar, qadın tanıdıqca xoşlanar. Milan Kundera
- Kişi ilə qadının dostluğu keçmiş, yaxud gələcək sevgililərin münasibətidir! Gi de Mopasson
- Kişi istənilən qadınla xoşbəxt ola bilər, onu sevmədiyi təqdirdə. Oskar Uayld
- Kişi qadına şillə vurarsa kişi günahkardır, qadın kişiyə şillə vurarsa yenə kişi günahkardır. Çarlz Bukovski
- Kişi və qadının yalnız bir ortaq nöqtəsi var: hər ikisi kişi məclisini üstün tutur. Oskar Uayld
- Kişilər qadınlar haqqında nə qədər pis düşünsələr də, istənilən qadın onlar haqqında daha pis düşünür. Nikola Şamfor
- Kişilərin bütün dəlilləri bir qadının fikrinə dəyməz. Volter
- Kişini analiz və müzakirə etmək olar, qadına isə məftun olmaq lazımdır. Oskar Uayld
- Kişini müharibə etmək üçün bacarıqlı, qadını nəsil artıran kimi görmək və onların birlikdə ayaqları ilə yox, başları ilə rəqs etmələrini istəyirəm. Fridrix Nitsşe
- Kişinin xoşbəxtliyi: “Mən istəyirəm”. Qadının xoşbəxtliyi: “O istəyir”. Fridrix Nitsşe
- Kişinin və qadının tərbiyəsi mübahsiə zamanı özlərini necə aparmaları ilə yoxlanılır. Corc Bernard Şou
- Kişiyə oxşamağa çalışan qadın arvada oxşar kişi kimi eybəcərdir. Lev Tolstoy
Q
[redaktə]- Qadın- Allahın ikinci səhvidir. [2] Fridrix Nitsşe
- Qadın ana olandan sonra kamilləşir. Onore de Balzak
- Qadın bənnadır, kişi fəhlə. Azərbaycan atalar sözləri
- Qadın biliciləri nadir hallarda optimizmə meyillidirlər. Corc Bernard Şou
- Qadın bilməyənə nəfs, bilənə nəfəs kimidir. Şəms Təbrizi
- Qadın böyük qüvvədir. Ay xala, yavaş daaa... Əhməd haradadır? (film, 1963)
- Qadın dünyanın ən gözəl və ən qiymətli varlığıdır. Konfutsi
- Qadın elə bir mələkdir ki, bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir. Avreli Avqustin
- Qadın elə bir mövzudur ki, onu nə qədər müzakirə etsən də həmişə yenidir. Lev Tolstoy
- Qadın evi şam kimi işıqlandırır. Alfred Hausman
- Qadın evin açarı kimidir, gərək onu itirməyəsən. Yapon atalar sözləri
- Qadın ən çox kimə nifrət edir? Dəmir maqnitə belə deyirdi: “Mən ən çox sənə ona görə nifrət edirəm ki, məni özünə tərəf çəkə bilirsən, amma arxanca aparmağa gücün çatmır”. Fridrix Nitsşe
- Qadın geyinən, çərənləyən və soyunan insan məxluğudur. Volter
- Qadın gözəlliyi cəhalətdən irəli gəlmir. Stendal
- Qadın haqqında ancaq kişilərlə danışmaq lazımdır. Fridrix Nitsşe
- Qadın heç getməyəcəkmiş kimi sevər, amma yeri gələr heç sevməmiş kimi gedər. J. Crange
- Qadın hər şeyi bağışlayar, amma çox vaxt bağışladığını xatırlayır. Simona de Bavuar
- Qadın həlli analıq adlanan bir tapmacadır. Fridrix Nitsşe
- Qadın hər ehtiyacını qarşılayacaq tək kişi istər, kişi tək ehtiyacını qarşılayacaq hər qadını. Fyodor Dostoyevski
- Qadın hər şeyi fitrədən bilir, kişi kitablardan öyrənir. Qautama Budda
- Qadın, hər şeyi görən gözü belə aldadar. Fyodor Dostoyevski
- Qadın həyat yoldaşını daha az sevməli, daha çox anlamalıdır. Kişi isə həyat yoldaşını daha çox sevməli, daha az anlamalıdır. Oskar Uayld
- Qadın həyatı sevgi, duyğu, dözüm və fədakarlıqdan yoğrulub. Onore de Balzak
- Qadın - həyatın bütün mərhələlərində kişinin xilaskarıdır. Qadın Yer üzərində gözəllik, lətafət nümunəsidir, o, həyatın fəlakətli və ağır dəqiqələrində kişinin təsəllivericisidir, onun sevinci və iftixarıdır. Vissarion Belinski
- Qadın hökmdarlıq edir, amma idarə etmir. Delfina Jirarden
- Qadın xarakterində bir qul, bir də zülmkar gizlənir. Ona görə də onun dostluq etmək bacarığı yoxdur. Qadına ancaq sevgi xasdır. Fridrix Nitsşe
- Qadın xasiyyətli kişilər insanlığa ən zəhərli həcvləridir. Vissarion Belinski
- Qadın xoşbəxt olanda onun haqqında çox şey demək olmur. Amma bədbəxt olanda nə qədər şey danışmaq olar... Erix Mariya Remark
- Qadın ilk dəfə sevəndə ancaq sevgilisini, daha sonra isə sevgisini sevir. Fransua de Laroşfuko
- Qadın ilk öpüşdə nələr qazanacağını bilə bilməz, amma son öpüşdə nələr itirdiyini bilər. Onore de Balzak
- Qadın, insanın kölgəsi kimidir; qovsanız qaçar, qaçsanız qovar. Nikola Şamfor
- Qadın istənilən milyarder kişini milyonçu edə bilər. Çarlz Çaplin
- Qadın istərsə, qayaları belə yarıb keçər. Yapon atalar sözləri
- Qadın instinkti böyük insanların uzaqgörənliyinə bərabərdir. Onore de Balzak
- Qadın kimonosunun qolu qurumaz. (Kimononun qolu ilə adətən göz yaşını silirlər). Yapon atalar sözləri
- Qadın kişi bərabərliyi heç bir zaman təmin edilə bilməz. Çünki tərk edilən bir qadının canı, kişidən daha çox ağrıyar. Milan Kundera
- Qadın kişilər haqda düşündüyü müddətcə, heç kim qadının fikirləşməyinə qarşı çıxmır. Virciniya Vulf
- Qadın kişinin ruhunu oyatmalı, xoş ehtiraslar alovlanlandırmalı, kişinin yüksək və böyük işlərə cəhd etmək hissini gücləndirməlidir. Qadının təyinatı məhz budur və o, böyük və müqəddəs bir təyinatdır. Vissarion Belinski
- Qadın kobudluğu, nifrəti, ikrahı bağışlayır, lakin istehzanı heç vaxt unutmur.[3]Etyen Rey
- Qadın kölgə kimidir; onu izləyəndən qaçar, özü önündəkinin arxasınca düşər. Ərəb atalar sözləri
- Qadın qəlbi ilə düşünür, kişi isə başı ilə sevir. Vissarion Belinski
- Qadın qoxusunu yalnız tənhalıqda ətrafa yayan bir çiçəkdir. Ərəb atalar sözləri
- Qadın ləyaqəti haqqında mühakimə etmək lazım gəldikdə onu gözəlliyini itirənə qədər gözləmək lazımdır. Miq Liber
- Qadın ləyaqətinin ölçüsü onun sevdiyi kişi ola bilər. Vissarion Belinski
- ...Qadın namus haqqında az şey bilir. Qoy həmişə onu sevdiklərindən daha güclü sevmək onun şərəfinə çevrilsin və heç vaxt sevgidə ikinci olmayın. Fridrix Nitsşe
- Qadın nifrət edəndə kişi ehtiyatlı olmalıdır. Çünki qəlblərinin dərinliklərində kişi qəzəbli, qadın isə pisdir. Fridrix Nitsşe
- Qadın olsam, həyat qadını olardım. Çarlz Bukovski
- Qadın ömürdən şirin və ölümdən acıdır. Süleyman
- Qadın özbaşına nə gül qönçəsidir, nə də tikan. İyləməsini bilsən gül, tutmasını bilməsən, tikan olar. Refik Halit Karay
- Qadın öz ərini yalnız bir yolla islah edə bilər: onu tamamilə bezdirib həyata olan bütün həvəsini öldürməklə. Oskar Uayld
- Qadın öz qızından on yaş gənc görünürsə, o, mükəmməlcəsinə hər şeylə təmin olunur. Oskar Uayld
- Qadın öz yaşını doğum tarixindən deyil, evləndikdən sonra hesablayır. Con Lokk
- Qadın saçı fili bağlayıb saxlayacaq qədər möhkəmdir. Yapon atalar sözləri
- Qadın sevgi uğruna hər şeyə hazırdır, hətta sevişməyə də, kişi isə sevişmək uğruna hər şeyi fəda etməyə hazırdır, hətta sevməyi də! P. Koelho
- Qadın sevgidə arfaya oxşayır. O, sirlərini yalnız onu yaxşı çalana verir. Onore de Balzak
- Qadın sevgidən ağıllanır, kişi başını itirir. Erix Mariya Remark
- Qadın sənə 7 uşaq bəxş etsə də, ürəyini ona açma. Yapon atalar sözləri
- Qadın – sizin üçün metaldan hazırlanmış mebel deyil, o – çiçəkdir. O, işgüzarlıq istəmir. Ona işıqlı, xoş sözlər lazımdır. Onun üçün bütün ömrü boyu çalışmaqdansa, ona hər gün xoş sözlər demək yaxşıdır. Erix Mariya Remark
- Qadın sözləri ilə deyil, gözləri ilə danışır əslində buna görə onları başa düşmək üçün dinləmək yetməz, yalnız izləmək lazımdır. Fyodor Dostoyevski
- Qadın təbiətə bənzər – bir gün bir üzünü, o biri gün digər üzünü göstərər, ətrafındakı insanlara isə bir gün bütünlüklə onun haqqında hər şeyi biləcəyi barədə ümid verər. Deni Didro
- Qadın uşaqları kişidən daha yaxşı başa düşür, amma kişilərdə uşaqlıq hissi qadınlardan daha çoxdur. Fridrix Nitsşe
- Qadın üçün tam səmimi olmaq, çılpaq gəzməyə bərabərdir. Stendal
- Qadın ürəyi elə bir uçurumdur ki, onun dərinliyini ölçmək qeyri-mümkündür. Jan Lafonten
- Qadın ürəyi - bahar havası Yapon atalar sözləri
- Qadın üzərinə yazı yazarkən qələmi göy qurşağına batırıb, mürəkkəbi kəpənək qanadlarının tozu ilə qurulayacaqsınız. Deni Didro
- Qadın üzərində hər şeyin fırlandığı vintdir. Lev Tolstoy
- Qadın var arpa unundan aş elər; Qadın var buğda ununu daş elər. Türk atalar sözləri
- Qadın vəzifəcə, qəlbi və qanı ilə bir anadır. Ana sevgisi qədər müqəddəs və təmənnasız sevgi yoxdur. Hər cür bağlılıq, hər cür sevgi, ehtiras onunla müqayisədə ya zəifdir, ya da təmənnalıdır. Vissarion Belinski
- Qadın yaxşı bəzənmiş masadır ki, ona kişi yeməkdən öncə və yeməkdən sonra müxtəlif baxır. Onore de Balzak
- Qadın yalnız özünün yaş sirri kimi bir sirr saxlaya bilər. Volter
- Qadın yanına gedirsənsə, özünlə qamçı götür. Fridrix Nitsşe
- Qadın zəhərdir; onun iki xoş saatı var: birincisi sevgi, ikincisi ölüm yatağında. Pallad
- Qadın zərif şüşə kimidir. Onun möhkəmliyini yoxlamağa çalışmayın, hər an sına bilər. Miqel de Servantes
- Qadına ətir tapşırma. Ərəb atalar sözləri
- Qadına heç nəyi başa salmaq lazım deyil, ancaq hərəkət etmək lazımdır. Erix Mariya Remark
- Qadına hərdən itaət etmək lazımdır ki, onun üzərində hökmranlıq edəsən. Viktor Hüqo
- Qadına inanan, özünü aldadar. İnanmayan da qadını aldadar. Çin atalar sözləri
- Qadına nəinki zəruri insan, eləcə də zəmanəmizin alicənab insanı üçün sevgi imkanının başlıca şərti kimi baxmaq və hörmət etmək lazımdır. Gözəl nəşr edilmiş boş kitabı görmək xoş olmadığı kimi, həyatın bütün maddi nemətlərindən istifadə edən boş adamı görmək də bir o qədər xoşagəlməzdir. Vissarion Belinski
- Qadında hər şey bir tapmacadır. Və bu hər şeyin hamiləlik adlanan bir cavabı var. Fridrix Nitsşe
- Qadındır evi tikən, qadındır evi yıxan. Türk atalar sözləri
- Qadını Allah bəzəmişdir. Allahın bəzədiyindən necə qaçmaq olar? Mövlana Cəlaləddin Rumi
- Qadını Allah gözəl yaradır, şeytan isə onu sevdirir. Viktor Hüqo
- Qadını danışmağa məcbur etmək üçün min üsul var, ancaq onu susmağa məcbur edən üsul yoxdur. Giyom de Buşe
- Qadını idarə etməyi bacaran dövləti də idarə edər. Onore de Balzak
- Qadını sevməkdən xilas olmağın yolu onunla müntəzəm olaraq yatmaqdır. Təxəyyüllə azadlıq vermək olmaz. Erix Mariya Remark
- Qadını tanımaq istəsən, qadından soruş. Abxazlar
- Qadını dirçəldən, onu uçurumun dibinə qədər düşməkdən qoruyaraq həyata yenidən bağlanmasını təmin edən yeganə qüvvə eşqdir. Fyodor Dostoyevski
- Qadınımı borca al, amma avtomobilimi əsla. Çarlz Bukovski
- Qadının ağlı cibində deyil, başında olmalıdır. Onore de Balzak
- Qadının ağlı gözəlliyində, kişinin gözəlliyi ağlındadır. Ərəb atalar sözləri
- Qadının biri əla, ikisi - bəla. Türk atalar sözləri
- Qadının bişirdiyi yeməyi tərifləsən, onu xoşbəxt etmiş olarsan. Deyl Karnegi
- Qadının çöhrəsi ərinin necə olduğunu, kişinin köynəyi isə arvadının necə olduğunu göstərir. Yuqoslav atalar sözləri
- Qadının çatışmayan cəhətlərini bilmək istəyirsənsə, onun rəfiqələrinin yanında onu təriflə. Bencamin Franklin
- Qadının ən böyük cəvahiratı onun namusudur. Anatol Frans
- Qadının ən böyük düşməni səbirsizlikdir. Çarlz Fransis Rixter
- Qadının gözəlliyi uşaq əlindəki silah kimidir – həm onun özü, həm də ətrafdakılar üçün təhlükədir. Ərəb atalar sözləri
- Qadının həmişə üç cür yaşı olur: biri görünən yaş, digəri həqiqi yaş, üçüncüsü də onun özünə verdiyi yaş. Alfons Karr
- Qadının həyat tələbi tezliklə ərə getmək, kişinin tələbi isə bacardığı qədər gec evlənməkdir. Corc Bernard Şou
- Qadının həyatı sevgi, duyğu, dözüm və fədakarlıqdan yoğrulub. Onore de Balzak
- Qadının hökm etdiyi yerlərdə işdən çox, istəklər vacibdir. Esxil
- Qadının xasiyyəti pul yoxkən, kişinin xasiyyəti isə pul çoxkən aydınlaşır. Corc Bernard Şou
- Qadının intusiyası kişinin əminliyindən daha dəqiqdir. Kiplinq
- Qadının qəlbi məzar kimidir, girən bir də çıxmaz. Kişi qəlbi dükan kimidir, girən-çıxanın hesabı olmaz. Virciniya Vulf
- Qadının qırx çırağı var, biri sönsə, o birini yandırar. Azərbaycan atalar sözləri
- Qadının saxladığı yeganə sirr yaşıdır. Lev Tolstoy
- Qadının sevmədiyi kişiyə heç vaxt yazığı gəlməz. Aleksandr Düma
- Qadının sizdən məsləhət istəməsi o demək deyil ki, sizin məsləhətinizə ehtiyacı var, o, sadəcə, özünə həmsöhbət axtarır. Onore de Balzak
- Qadının yalnız gözəl və gənc olduğuna görə öz taleyini onun taleyi ilə bağlamaqdan təhlükəli heç nə yoxdur. Vissarion Belinski
- Qadının yalnız son sevgisi kişinin ilk sevgisi ilə müqayisə edilə bilər. Onore de Balzak
- Qadının zahiri gözəlliyi müvəqqəti, daxili gözəlliyi isə daimidir. Emil Zolya
- Qadınla bağlı faciəli olan şey nə onlarla, nə də onlarsız yaşana bilinməməsidir. Corc Bayron
- Qadınla keçirilmiş vaxtı itirilmiş vaxt saymaq olmaz. Andre Morua
- Qadınla kişinin arasında dostluq ola bilməz! Ehtiras, sevgi, düşmənçilik, səcdə ola bilər, ancaq heç bir dostluq ola bilməz. Oskar Uayld
- Qadınla mübahisə etmək mümkün deyil. Ən pis halda ona hirslənmək olar. Erix Mariya Remark
- Qadınsız bizim həyatımızın başlanğıcı köməkdən, ortası – həzzdən və sonu təsəllidən məhrum olardı. Nikola Şamfor
- Qadınsız ev məzar kimidir. Onore de Balzak
- Qadınsız evdə hörümçəklər tor qurar. Azərbaycan atalar sözləri
- Qısqanclıq kişidə zəiflik, qadında isə güc mənbəyidir. Anatol Frans
- Qoy qadın hələ yaradılmamış dünyada fəzilətin işıqlandırdığı qiymətli daş kimi saf və zərif bir oyuncaq olsun. Fridrix Nitsşe
- Qoy sevən qadından kişi qorxsun. Çünki, o sevərkən hər şeyi qurban verməyə hazırdır və onun üçün başqa bir şeyin qiyməti olmur. Fridrix Nitsşe
M
[redaktə]- Mən bir qadın kimi mənə aşiq olan kişiləri qəbul etmirəm. O axmaqlıq edir və təhlükəli olur. Məni qadın kimi sevən, yaxud özünü aşiq kimi göstərən kişilərlə hər cür əlaqəni kəsirəm. Birincisi ona görə ki, onlar məni bezdirir. İkincisi, onlardan hər an adama cuma biləcək quduz itlərdən qorxduğum qədər qorxuram. Ona görə də mən onları sağalana qədər mənəvi karantində saxlayıram. Gi de Mopasson
- Mən xoşbəxtəm ki, mən kişi deyiləm, yoxsa qadınla evlənməli olardım. Anna De Stal
- Mənə elə gəlir ki, qadın heç vaxt kişiyə onu sevdiyini deməməlidir. Qoy onun parıldayan gözləri desin bunu. Erix Mariya Remark
- Müstəsnalığın bayağılığa bu formada kölə olmağının bir çox nikahlarda qayda olduğu qənaətinə gəlmək üçün, əksini düşünmək kifayətdir: Elə üstün keyfiyyətlərə malik bir qadın var ki, sarsağın birinin onu ovsunlamasına, onun ən incə sözlərini amansızca qınamasına icazə verir və ən mənasız hoqqabazlıqları qarşısında, sevginin sonsuz tolerantlığıyla özünü itirir. Marsel Prust
N
[redaktə]S
[redaktə]- Sadə kişi, bütün qadınlara gözəlsən deməyi seçər. Sadə qadın buna inanır, çətin qadın gülər və keçər. Həyat dəvam edər. Çarlz Bukovski
- Sevən bir qadın üçün sevdiyi kişinin üzü, ona dənizin dənizçiyə göründüyü kimi görünür. Onore de Balzak
- Sevən qadından kişi ehtiyatlanmalıdır. Çünki, belə vəziyyətdə qadın hər cür qurban verməyə hazırdır və onun gözündə bütün başqa şeylərin heç bir dəyəri olmur. Fridrix Nitsşe
- Sevən qadının fədakarlığı ölçüyə gəlmir. Alfons Dode
- Sevgi… qadını daha itigözlü edir. Erix Mariya Remark
- Səni tam anlayan qadınla qarşılaşmaq çox təhlükəlidir. Bu adətən evliliklə bitir. Oskar Uayld
- Siz bilirsinizmi, qadın marağı nə qədər böyükdür? O, demək olar ki, kişi marağına uduzmur. Oskar Uayld
Ş
[redaktə]- Şüurlu qadın sevgisində bir anilik, bir ildırım, işıq yanında bir qaranlıq vardır. Fridrix Nitsşe
T
[redaktə]- Təbiət bəzənməyi sevən və öz paltarının altından bədəninin bir hissəsini, sonra digər hissəsini göstərəcək öz pərəstişkarlarına onu nə vaxtsa bilmək ümidi verən qadın kimidir. Deni Didro
- Təhsilə can atarkən qadın yadda saxlamalıdır ki, bütün təhsil sistemləri yalnız yüksək bilik və mədəniyyətin inkişafı üçün vasitədir. Əsl düşüncə mədəniyyətini ruh və qəlb mədəniyyəti inkişaf etdirir. Yalnız belə birləşmə o böyük sintezi verir ki, onsuz insan həyatının kosmik təkamülündə həqiqi əzəmətini, müxtəlifliyini və mürəkkəbliyini dərk etmək mümkün deyil . Buna görə də, biliyə can atarkən, qadın İşıq Mənbəsini və Ruhun Rəhbərlərini - həqiqətən, bəşəriyyət şüurunu yaradan o böyük Ağılları xatırlasın. Bu Mənbəyə, Sintezin bu aparıcı Prinsipinə yaxınlaşmaqla, bəşəriyyət həqiqi təkamülün yolunu tapacaqdır. Helena İvanovna Roeriç
- Tutqunun müddəti, qadının başlanğıcdakı müqaviməti ilə mütənasibdir. Onore de Balzak
U
[redaktə]- Uzun müddət qadının müqavimətini dəf edən kişi daha çox qadının fəzilətini yox, özünün əzmkarlığını qiymətləndirir. Gi de Mopasson
Ü
[redaktə]- Ürəyinin səsini yox, ağlını rəhbər tutan qadın əsl ictimai infeksiyadır: o, ehtiraslı və sevən qadının üstünlüklərinə yox, çatışmamazlıqlarına malikdir. Belə qadın rəhmsiz, sevgisiz, fəzilətsiz, cinssiz olur. Onore de Balzak
Y
[redaktə]- Yaxınlaşan böyük dövr qadının yüksəlişi ilə sıx bağlıdır. Bəşəriyyətin ən yaxşı günlərində olduğu kimi, gələcək dövr yenə qadına əbədi yol yoldaşı və iş yoldaşı olan kişi ilə bərabər layiqli yerini təklif edəcəkdir. Helena İvanovna Roeriç
- Yaxşı bir qadın bir kişini təsirləndirər, ağıllı bir qadın onda maraq yaradar, gözəl bir qadın ovsunlayar, anlayışlı bir qadın isə ona sahib olar. (Helen Rovland)
- Yaxşı bir qadının qarşınıza çıxacağına inanmayın. Çünki yaxşı qadın yoxdur. Çarlz Bukovski