Məşğul
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Allahın varlığı barədə qoy din xadimləri tədqiqat aparsınlar: sən insan qəlbinin dərkliyi ilə məşğul ol. Pifaqor
- Avara adamlar nadir hallarda məşğul insana qonaq gedirlər. Qaynar qazana milçəklər yaxınlaşmır. Ziqmund Freyd
B
[redaktə]- Baha satmaq, adam aldatmaq, dava-dalaş salmaq, çirkin işlərlə məşğul olmaq, arsızlıq, rüsvayçılıq, həyasızlıq, şikayətbazlıq, camaatın vaxtını almaq, xalqı işdən qoymaq kimi yollar ilə ələ gətirilən mal nə qədər çox olsa da, ondan qaçmaq vacibdir, belə murdar çirkablara bulaşmış gəlir nə qədər az olsa da, onu daha əziz, daha təmiz, daha bərəkətli saymaq lazımdır. Nəsirəddin Tusi
- Balaca Adolf Hitlerin fotosunu böyüdüb iş otağıma qoymuşam: necə də məsum bir çocuq! Onunla xüsusi məşğul olmaq lazımdır ki, böyüyəndə Fürer olmasın. Rahid Ulusel
- Başqa fənlərlə məşğul olmaq tədqiqata, təlimata və elmə əsaslanır. Şair isə öz gücünü təbiətdən alır. O, öz ağlının gücü ilə ruhlanır və sanki ilahi bir ruhla qidalanır. Mark Tulli Siseron
- Başqalarının səhv və pislikləri ilə özünü məşğul edib ruhunu qaraltma. Ən əvvəl pisliklərdən təmizlənəcək bir insan varsa, o da sən özünsən. Ralf Uold Emerson
- Bir an elmlə məşğul olmaq, bir an kitaba, yazıya baxmaq, altmış il ibadət etməkdən xeyirlidir. Məhəmməd
- Bir dövlət içərisində gəncliyin təhsil və tədrislə məşğul olmasından daha böyük və daha müqəddəs bir xidmət düşünülə bilməz. Siseron
- Bir işlə məşğul olanda, deməyə bir şey olanda danışırlar. Avaralıqda isə fasiləsiz danışmaq tələbatı yaranır. Jan Jak Russo
- Bir müddət siyasi intriqa ilə məşğul olan şəxs daha onsuz yaşaya bilmir,bütün qalan şeylər onun üçün maraqsız görünür. Jan de Labrüyer
- Bir ölkədə spirtli içkilərə qadağa qoyulsa, orada cinayətlərin sayı azalar və polisin başqa işlərlə məşğul olmağa daha çox vaxtı qalar. [1] Ellen Molton
- Bir uşağın bir yetkinə hər zaman öyrədə biləcəyi üç şey var: Səbəbsiz yerə xoşbəxt olmaq, hər zaman məşğul ola biləcək bir şey tapmaq və əldə etmək istədiyi şeyə var gücü ilə çalışmaq. Paulo Koelyo
- Böyük adam balaca işlərlə məşğul olmaz. Yapon atalar sözləri
- Böyük adamın fikirləri ilə məşğul olmaq ən maraqlı elmdir. Aleksandr Puşkin
- Böyük dünyəvi hadisələr, inqilablar və s. siyasi partiyalar tərəfindən həyata keçirilir... Partiya ümumi məqsədləri həyata keçirdiyi halda, partiyadan kənarda olanlar öz xüsusi, şəxsi mənafelərini güdürlər... Partiya öz əsas məqsədinə çatan kimi onun hər bir üzvü də öz şəxsi mənafeyi qeydinə qalmağa başlayır, bununla da o, öz həmkarları ilə ziddiyyətə girmiş olur və partiyada parçalanma baş verir, bu da daha böyük hərc-mərcliyə səbəb olur... İctimai fəaliyyətlə məşğul olanların çox az hissəsi yalnız öz ölkəsinin mənafeyi haqqında düşünür. Bencamin Franklin
- Bugün insanlar özlərindən qorxurlar. Onlar bütün öhdəliklərdən ən yüksəkdə duranını unudublar, özünün öz qarşında olan öhdəlik hissi! Əlbəttə, onlar xeyriyyəçiliklə məşğul olurlar, acları doyururlar, dilənçiləri geydirirlər. Ancaq onların öz ruhları ac qalır, ac və çılpaq. Oskar Uayld
- Bu içində olduğun andakı ömürü bir fürsət bil və onunla məşğul ol. Nə keçmişə kədərlən, nə gələcəkdən qorx. Mövlana Cəlaləddin Rumi
- Bu müzəffər xalqın (türklərin) yalnız tarixçiləri çatışmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yaysınlar… Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub əbədi məğlubedilməzliyinə inanıb, keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır. Şarl Lui Monteskyö
- Bu termini tam mənası ilə götürsəniz, əsl demokratiya heç vaxt olmayıb və olmayacaq. Çox sayda adamın idarə etməsi və az sayda insanların idarə olunması təbii qaydalara ziddir. Xalqın daima yığıncaqlar keçirməsini və ya ictimai işlərlə məşğul olmasını təsəvvürə gətirmək olmur. Çox asanlıqla görmək olar ki, o, bunun üçün hər hansı komissiya yarada bilməzdi ki, idarəetmə forması da dəyişməsin. Jan Jak Russo
- Bütün hallarda rəzalətlərdən, onunla məşğul olanlardan qaçmaq lazımdır, kiçik səhvlərə göz yummamalı, onların təkrarına qətiyyən yol verməməlidir, çünki belə kiçik qəbahətlər yavaş-yavaş böyük cinayətlərə səbəb olar. Nəsirəddin Tusi
- Bütün qadınlar istəyirlər ki, yalnız onlarla məşğul olsunlar. Onore de Balzak
- Bütün ömrü boyu ancaq bir neçə əməliyyatla məşğul olan adamın öz əqli istedadını inkişaf etdirməyə və ya öz dərrakəsini işlətməyə fürsət və ehtiyacı olmur… Belə bir şəxs o qədər kütləşir, cahilləşir ki, insanlar arasında ondan küt və cahilinə rast gəlmək olmaz. Karl Marks
Ç
[redaktə]- Çox insan, həddən artıq tələblər, çox şey; səlahiyyətli, məşğul, tələsik insanlar - Bu, sadəcə olaraq yaşamaq deyil. Anna Morrou Lindberq
D
[redaktə]- Dindarlığım işlərimin irəliləməsinə mane olmadı, mənə böyük bir güc təmin etdi. Bəzi işlərimdə günlərlə, aylarla, hətta illərcə çalışdıqdan sonra müvəffəqiyyətli ola bilmədim. Ağılımın çatdığı qədər məşğul oldum, müvəffəqiyyətli ola bilmədim. "Allah belə istədi" dedim və rahatladım. Vəhbi Qoç
- Doğrudan da, ən aktual, ən vacib vəzifə uşaq və gənclərin təhsilidir... Adətən təhsili tərbiyə ilə qarışdırmaq adətdir, lakin artıq başa düşmək vaxtıdır ki, məktəb təhsili əksər hallarda qurulduğu kimi, təkcə gəncliyin əxlaqi tərbiyəsinə töhfə vermir, əksinə hərəkət edir. Anglo-Sakson ölkələrində məktəblər əsasən gənclərin əqli inkişafının zərərinə olan fiziki inkişafı ilə məşğul olurlar. Amma idmana hədsiz həvəs xarakterin kobudlaşmasına, zehni degenerasiyaya və yeni xəstəliklərə gətirib çıxarır. Düzdür, müasir ailə şəraitində evdə təhsilin vəziyyəti o qədər də yaxşı deyil. Ona görə də uşaq və gənclərin mənəvi baxımdan ağır və sahibsiz vəziyyətinə ən ciddi diqqət yetirməyin vaxtı çatıb. Bir çox uca məfhumlar vərdişdən tamamilə çıxıb, ən vulqar rahatlıq və statusa asanlıqla nail olmaq üçün gündəlik düsturlarla əvəzlənib...Təhsil proqramı həyatın özü qədər genişdir. Təkmilləşdirmə imkanları tükənməzdir...Biz bütün məktəb təhsilinə yeni yanaşma və yenidənqurma ərəfəsindəyik... Elmin bütün sahələrində yeni kəşflərin kəmiyyəti və sürəti o qədər sürətlə artır ki, tezliklə müasir məktəb təhsili dövrün yeni nailiyyətləri və tələbləri ilə ayaqlaşa və onlara cavab verə bilməmək; bütün təhsil sistemində yeni üsullar işlənib hazırlanmalı olacaq. Helena İvanovna Roeriç
- Dünya daha təhlükəsiz, daha şirin, daha ağıllı və daha gözəl bir məkana çevrilməmişdən əvvəl bütün xalqlar özlərini hesaba almalı və öz psixoloji zəiflikləri və kompleksləri ilə məşğul olmağa başlamalıdırlar. Hər bir xalq sağlam psixi sağlamlığı hədəfləməli və sağlam, psixoloji məqsədləri həyata keçirməyə çalışmalıdır. Beynəlxalq birliyə nail olmaq lazımdır və bu, təkcə qarşılıqlı etimada deyil, həm də düzgün dünya məqsədlərinə və həqiqi psixoloji anlaşmaya əsaslanmalıdır. Alisa Beyli
- Dünya səni başıboş saxlamağa çalışır. Bank ödənişləri və faizlərdən başlayaraq möcüzə-dieatalara kimi – təhsilsiz insanlardan pul çırpıb təmizləmək və onları idarə etmək çox asandır. Təhsillə bacardığınız qədər məşğul olun – varlı, azad və xoşbəxt olmaq üçün. Culian Smit
- Düşüncələrini və həyatını yaxşılaşdırmaq üçün zamanın olmadığını söyləmək, benzin almaq üçün dayanmağa zamanın olmadığını, çünki avtomobili sürməklə məşğul olduğunu söyləmək kimi bir şeydir. Bu axır-əvvəl səni yarı yolda qoyacaq. Robin Şarma
- Düşünmək ən çətin işdir. Məhz bu səbəbdən çoxları onunla məşğul olmur. Henri Ford
E
[redaktə]- Elmlə məşğul olmadan dünyanın sirlərini necə öyrənə bilərsən. Moris Meterlink
- Evlilik, bir qala kimidir. Çöldəkilər oraya girmək üçün, içindəkilər də çölə çıxmaq üçün məşğul olar dayanarlar. Tai atalar sözləri
- Evliliyi çıxsaq, hər xanımın ən çox xoşladığı şey vaxtaşırı uğursuz məhəbbətdən əzab çəkməkdir. Bu onun fikirlərini məşğul edir və rəfiqələrinin gözündə ona maraq qatır. Ceyn Ostin
- Ey qadın! Sən öz ev işlərinlə məşğul olanda əl-ayaq səslərin xırdaca daşlar arasından axan dağ irmağının nəğməsi kimi xoşdur. Rabindranat Taqor
Ə
[redaktə]- Əgər bir gün yolunuzu azarsanız bir uşağın gözlərinin içinə baxın. Çünki bir uşağın bir yetişginə hər zaman öyrədərəcəyi üç şey vardır: 1. Səbəbsiz yerə xoşbəxt olmaq... 2. Hər zaman məşğul olabiləcək nəsə bir şey tapmaq... 3. Əldə etmək istədiyi şey üçün var gücüylə savaşmaq... Paulo Koelyo
- Əgər fiziki işlərlə məşğul olsanız və normal rejimə əməl etsəniz, müxtəlif xəstəliklərdə dərman qəbul etməyə ehtiyac qalmaz. İbn Sina
- Əgər insan ona yad, məsələn, incəsənətlə məşğul olub rəssam ola bilmirsə, sonda məmur olur. Elmin, teatrın, rəssamlığın ətrafında məmur libası geyinib parazitlik edən nə qədər belə insan var! Həyatı anlamayan, ona uyğunlaşmayan adam üçün də eyni hallar baş verir və belə adamın məmur olmaqdan başqa çarəsi qalmır. Anton Çexov
- Əgər kişilər qızların tək qalanda nə ilə məşğul olduqlarını bilsəydilər, o zaman heç kim, heç vaxt evlənməzdi. O.Henri
- Əgər mənim qarşımda hansısa bir yorucu vəzifə dururdusa, mən ona təkrar-təkrar qayıdır və onu etməyənə qədər sakitləşmirdim. Beləliklə, mən günlərlə, səhərdən axşama qədər onlarla məşğul olurdum. Əvvəlcə bu, meyllərə və arzulara qarşı güclü əqli səy tələb edirdi, lakin illər keçdikcə bu ziddiyyət zəiflədi və nəhayət, mənim iradəm və istəyim eyni oldu. Bu gün də belədir və mənim bütün uğurlarımın sirri bundadır. Nikola Tesla
- Əmək, əmək. Mən əməklə məşğul olanda özümü xoşbəxt hiss edirəm. Lev Tolstoy
- Əməklə məşğul olmayan bir adam həqiqi xoşbəxtlik ləzzətinin nə olduğunu heç vaxt anlaya bilməz. Henrix Heyne
- Ərim kimya professorudur və çox məşğul bir insandır. Onilliklər boyu bərabərlik uğrunda mübarizə apardıqdan sonra, ondan yalnız gündəlik həyatımı dolduran hadisələrdə məni müşayiət edə bilməsi üçün qurban tələb etməyim ədalətli olmazdı. Angela Merkel
F
[redaktə]- Fəlsəfə ilə məşğul olmanın artıq gec və ya çox tez olmasını demək, xoşbəxt olmanın artıq gec və ya tezdir demək kimi bir şeydir. Epikür
- Fiziki işlərlə məşğul olmayan insan tez-tez xəstələnir. Çünki, hərəkət etməyən insanın bədən üzvləri zəifləyir. İbn Sina
G
[redaktə]- Gerçək şair öz eşqi, öz xoşbəxtliyi və ağrısıyla məşğul olmaz. Şeirlərində xalqının nəbzini tutmalıdır. Nazim Hikmət
- Gözəlliyin və sağlamlığın vəhdəti üçün elm və incəsənət sahəsində təhsillə bərabər bütün ömrü boyu fiziki çalışmalar və gimnastika ilə də məşğul olmaq tələb olunur. Platon
H
[redaktə]- Heç bir fəlsəfi məqsəd olmadan empirik elmlərlə yalnız onların özləri üçün məşğul olmaq gözsüz sifət kimidir. Artur Şopenhauer
- Həqiqətən yalnız aşağı, kobud və çirkli ağıl daima özünü məşğul edə bilər və özünün maraqlanmaq fikrini qadın bədəninin gözəlliyi ətrafına fırlanmağa göndərər. Cordano Bruno
- Həmişə vaxtı olmayan şəxslər, adətən, konkret işlə məşğul olmurlar. Qeorq Kristof Lixtenberq
- Hər zaman nəsə bir fəaliyyətlə məşğul olmağa çalışın. Məşğuliyyət, kainatın ən ucuz və ən effektiv müalicə üsullarından biridir. Deyl Karnegi
- Həyatımızda ən yaxşı mükafat dəyəri olan işlə məşğul olmaq imkanıdır. Teodor Ruzvelt
- Hökmdar işgüzar formada olması üçün yorulmadan fiziki işlə məşğul olmalıdır. Yalnız belə olan halda o, tabeçilyində olanların rəğbətini qazana bilər. Çanakya/Hökmdar
X
[redaktə]- Xırda işlərin arasında özün də xırdalanırsan. Böyük işlərlə məşğul olanda böyüməyə başlayırsan. Yohann Volfqanq Göte
- Xoşbəxt edə bilməyəcəksənsə, məşğul da etməyəcəksən. Özdəmir Asaf
- Xoşbəxtliyin və müdrikliyin sirri məşğul olduğun işi sevməkdir. Oldos Haksli
İ
[redaktə]- İdeyanıza inanın və ən yaxşısı olun: İdeyanıza mütləq inanmaq lazımdır. Gördüyün işə inanmırsansa və ya onunla fəxr etmirsənsə, bu işlə məşğul olmağın heç bir mənası yoxdur. Riçard Brenson
- İnsan tez-tez səhv edir. Üstəlik, bütün ömrü boyu yalnız səhv etməklə məşğul olur. Gi de Mopasson
- İnsanı məhv etmək üçün çox az şey tələb olunur: onu sadəcə inandırmaq lazımdır ki, onun məşğul olduğu iş heç kəsə gərək deyil. Fyodor Dostoyevski
- İnsanlar maddi istehlakla məşğul olduqlarından, öz əsas mahiyyətlərini unudublar. Maddi olan hər şey insanı depressiyaya salır. Erix Fromm
J
[redaktə]- Jurnalist heç vaxt öz üstünlüyü, nüfuzu, mülahizələrinin dəyəri barədə yüksək fikirdə olmamalıdır. Çünki, onun məşğul olduğu fəaliyyət özü-özlüyündə həsr etdiyi adamın qüruru üçün xoşagəlməz hadisədir və əgər jurnalist şüurlu şəkildə həmin adama narahatlıq yaratsaydı və onu haqsız olmağa məcbur etmiş olsaydı, tamamilə haqlı olmazdı. Mixail Lomonosov
K
[redaktə]- Kiçik işlərlə məşğul olsanız, böyük işlərdə uğur qazana bilmərsiniz. Konfutsi
Q
[redaktə]- Qadın olmaq çətin işdir. Çünki, hər qadın kişi deyilən varlıqla məşğul olmaq məcburiyyətindədir. Jozef Konrad
- Qadınların nə hündür kişilər xoşuna gəlir, nə balaca boy, nə kök, nə arıq, nə gözəl, nə eybəcər, o kişilər xoşlarına gəlir ki, onlarla məşğul olmaq istəsin. Anna Axmatova
L
[redaktə]- Ləzzətlə yemədiyin yemək usandırıcı olduğu kimi, ehtirasla məşğul olmadığın elm də hafizəni korlayır: o udduğunu mənimsəmək iqtidarında olmur. Leonardo da Vinçi
M
[redaktə]- Məgər tək xoşbəxt olan xoşbəxtdir? Bütün səylərini yalnız özünün xoşbəxt olmasına yönəldən və məqsədinə çatıb daha heç nə istəməyən adamı təsəvvürünüzə gətirin. Axı o zaman onun bütün ruhu gec-tez yıxılacaq bir hisslə, bir qorxu ilə məşğul olardı. Heç nə arzu etməyən, yalnız nədənsə qorxan xoşbəxtdirmi? Denis Fonvizin
- Mən başa düşmürəm ki, niyə qeybətlə məşğul olurlar. Əgər kiməsə pislik etmək istəyirsənsə, onun haqqında hər hansı bir həqiqəti söyləmək kifayətdir. Fridrix Nitsşe
- Mən başqalarının bağbanlıqla məşğul olduğu kimi ədəbiyyatla məşğulam. Jorj Sand
- Mən bizneslə məşğul olduğumu düşünmürəm. Mən pullarımı digər insanların idarə etdiyi kompaniyalara qoyuram. Bu isə o deməkdir ki, mən əslində tənqidçiyəm. Sözün əsl mənasında mən bu baxımdan dünyada ən çox əməkhaqqı ödənilən tənqidçiyəm. Corc Soros
- Mən düşünürəm ki, əgər hər hansı bir iş görürsünüzsə və bu, sizdə yaxşı alınırsa, o zaman yeni bir işlə məşğul olmaq lazımdır. Stiv Cobs
- Mən elm və vətən naminə atanın iradəsinə qarşı çıxmağı günah hesab etmirəm. Mən bütün həyatımı buna həsr etmişəm ki, ömrümün sonuna kimi cahillərə və elm əleyhdarlarına qarşı mübarizə aparım. 20 ildən artıqdır ki, bu işlə məşğul oluram, gəncliyimi buna həsr etmişəm və qocalığımda da belə edəcəyəm. Mixail Lomonosov
- Mən zehni və fiziki əməyi sınaqdan keçirdim. Kainatda olan bütün pulları mənə versələr belə, otuz gün dalbadal bellə işləməyə razı olmazdım. Amma hər cür, hətta ən ağır zehni əməklə pulsuz məşğul olar və çox razı qalardım. Mark Tven
- Məsuliyyət - həyata dərinlik qazandıran, idrak səviyyəsini sonsuzluğa götürən və bəşəri həqiqətlərin sadəcə zahiri qismiylə məşğul olmasından daha çox, mahiyyətini yaşadan səmavi dəyərdir. Füyuzat jurnalı
- Məşğul insanların qadınlara baxmağa vaxtları yoxdur. Aleksandr Düma (ata)
- Mömin, insanlara qarşı üzündən sevincli olduğunu göstərər. Lakin özü qəmlidir. Peyğəmbər əfəndimiz; "Möminin sevinci üzündədir. Halbuki ürəyi qəmlidir" buyurmaqdadır. Möminin təfəkkürü, düşünməsi, ağlaması çox, gülməsi azdır. Təbəssümü ilə ürəyindəki hüznü gizləyər. Çöldə dolanaşacağını təmin etməklə məşğul olur kimi görünər, ürəyi Rəbbini xatırlamaqla məşğuldur. Uşaq-muşağı ilə məşğul olur kimi görünər, ürəyi Rəbbi ilədir. Əbdülqədir Geylani
- Mürəkkəb cəhlin əlacı. Bu cəhlin mahiyyəti ondan ibarətdir ki, nəfsin elmdən xəbəri olmadığı halda elə bilər ki, həqiqətən, alimdir və məşğuliyyəti də elmdir. Heç bir rəzilət bundan daha təhlükəli və dəhşətli ola bilməz. Bədən təbibləri bəzi pis və uzun sürən xəstəlikləri müalicə etməkdə aciz qaldıqları kimi, nəfs təbibləri də bu mərəzi müalicə etməkdə aciz qalarlar. Bu əyri, kəc xasiyyət səhvini başa düşməz, düşsə də boynuna almaz, bu “elm” elə bir elm olar ki, cəhl yüz dəfə ondan yaxşıdır. Buna qarşı ən faydalı tədbir həmin cəhalət sahibini həndəsə, hesab, cəbr və bu kimi riyazi elmlərlə məşğul olmağa məcbur etməkdir, əgər maraqlanıb öyrənməyə başlasa, əsl elm ləzzətinin, həyat həqiqətinin, nəfs izzətinin nədən ibarət olduğunu başa düşər; hər halda onda bir sağalma və ayrılma əmələ gələr. Bundan sonra əvvəlki əqidələri haqqında fikirləşsə, ondan doğruluq ləzzəti almaz, şəkk-şübhə başlar, ürəyinə xal düşər. İnsafı olsa, az müddət ərzində əqidəsinin yalnış olduğunu anlar, “sadə cəhl” mərtəbəsinə enər, təlim edilməyə razı olar. Nəsirəddin Tusi
- Müvəffəqiyyətin sirri, məşğul olduğun mövzuya hakim olmaqdır. Benjamin Dizraeli
N
[redaktə]- Nə işlə məşğul olsanız, nə ixtisas sahibi olsanız, sizə həmişə kitab kimi ağıllı və sədaqətli köməkçi lazımdır. Samuil Marşak
- Nifrət edilən sənət yoxdur, yalnız onlarla şərəfsizcəsinə məşğul olan insanlar var. Pyer Büast
- Nisbilik nəzəriyyəsi ilə riyaziyyatçılar məşğul olmağa başladıqdan sonra artıq mənim özüm də bu nəzəriyyəni başa düşə bilmirəm. Albert Eynşteyn
O
[redaktə]- O mənimlə məşğul olmağa və mənə xəyanət etməyə həmişə vaxt tapırdı. Koko Şanel
- Oxatan oxunu lazım olanda atır, lazım olmayanda isə atmır və kamanı boşaldır. Çünki, kaman daima dartılmış olsa, sınar. İnsan təbiəti də eyni cürdür.Əgər insan həmişə ciddi işlərlə məşğul olub əyləncəni, zarafatı özünə rəva görməzsə, o sonda ya dəli, ya da iflic olardı. Herodot
S
[redaktə]- Sadəcə axmaqlar müharibə etməyə davam etdi; bütün ağıllı insanlar nəyin doğru, nəyin yalnış olduğuna qərar verməyin yollarını tapmaqla məşğul idi. Oşo
- Sevdiyimiz bir işlə məşğul olarkən, hər günümüz hədiyyəyə çevrilir. Barie Davenport
- Sezar və Napoleon kimi Stalinin də şəxsiyyəti və sirri dünyanı həmişə məşğul edəcək. Uinston Çörçill
- Sərvət xəsis adam üçün faydasızdır, çünki xəsis sərvətə yalnız keşik çəkməklə məşğul olur. Pol Anri Holbax
- Siz necə xoşbəxt və ya məmnun olmaq istəyirsiniz? Bəs digərləri necə? Kimsə yalnızlıqdan, kimsə - insanlarla aktiv ünsiyyətdən, kimsə - özünə yaxın bir insanla ünsiyyətdən məmnunluq hissi keçirir. Bəziləri işdə və ya biznesdə mükəmməl hər şeyə sahib olduqda, yaxşı yaşamaq üçün kifayət qədər qazandıqda xoşbəxt olurlar, başqaları üçün sənət, elm, idman, yaradıcılıq ilə məşğul olmaqdan və ya sadəcə qayğısız tətildən zövq almaqdan daha böyük sevinc yoxdur. Albert Ellis
T
[redaktə]- Teatrımızın ən böyük dilemması kadr çatışmazlığıdır. Adətən gənclərimiz zaman-zaman bu cəlbedici işlə məşğul olurlar. Amma onların heç birinin aktyor olmaq məqsədi yoxdur. Teatr yalnız eyni fikri bölüşən sənətkarlardan ibarət olmalıdır və davamlı olmalıdır. Həsən Nail Canat
- Terrorizm - mükəmməl fakt və reallıqdır. Və ən təhlükəli odur ki, bununla məşğul olanlar onu əsaslandırılmış sayırlar. Müəmmər əl-Qəzzafi
Y
[redaktə]- Yaxşı olardı ki, bizim özümüzün də bir hissəsi olduğumuz təbiət anlayışımızın sərhədlərini genişləndirməkdən başqa bir məqsədi olmayan sırf elmi araşdırma ilə məşğul olaydıq. Nils Bor
- Yalnız yuxu və yeməklə məşğul olan insan nədir? Heyvan. Uilyam Şekspir
- Yeniyetmənin qəlbi, səpilən hər bir şeyi qəbul edən boş yer kimidir. Buna görə də mən sənin qəlbin bərkiməmiş və zehnin (başqa şeylərlə) məşğul olmamış səni tərbiyə etməyə başladım.[2] İmam Əli