Yüz

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağıllı və düşünən bir adamın bir günü, nə müdrikliyi, nə də özünə hakimiyyəti olmayan bir insanın yüz ilindən daha yaxşıdır. Qautama Budda
  • Ana instinkti sayəsində qadın birinci dərəcəli kişinin yüz səhmindən bir səhminə malik olmağı, ikinci dərəcəli kişiyə aid bütün səhmlərə malik olmaqdan üstün tutur. Corc Bernard Şou
  • Ana torpağa baş əy, o sənə yüz qat mükafat verəcək. Rus atalar sözləri
  • Ananın yüz dəfə döyməsi atanın bir hədəsindən xoşdur. Vyetnam atalar sözləri
  • Ardıcıl min yaxşı günü olan adam və ya yüz gün qırmızı rəngdə qalan bir çiçək yoxdur. Çin atalar sözləri
  • Arif ol, söhbəti müxtəsər eylə,
    Uzun danışandan qaç, həzər eylə.
    Yüz əyri ox atsan olmaz dəyəri,
    Bir ox at, hədəfdən getməsin əyri. Sədi Şirazi
  • Aslan olaraq bir gün yaşamaq qoyun olaraq yüz il yaşamaqdan daha yaxşıdır. İtalyan atalar sözləri
  • Atalarının qiymətsiz dil irsini toplayıb yüz cildlik kitabda nəşr etdirə bilən xalq - xoşbəxt xalq, sağlam xalq, parlaq gələcəyi olan xalq. Qazaxlar sadəcə belə bir xalqdır. Dil dünya ədəbiyyatının ən məşhur yüz kitab sərbəst və rəvan tərcümə edilmiş daxil onların nümunələri xüsusi orijinallığı bütün şöhrət çatdırdı - bu güclü dili, mənalı dil, güclü dilidir. Qazax dili elə bir dildir. Nursultan Nazarbayev
  • Azdırmağa yüz yol, həqiqətə isə bir yol aparır. Jan Jak Russo

B[redaktə]

  • Bilmirəm - bir söz, bilirsiniz - izah etmək üçün yüz söz tələb olunacaq. Çuvaş atalar sözləri
  • Bir adama kitab satdığın zaman ona yalnız beş yüz qram kağız, mürəkkəb və yapışqan satmış olmursan. Ona tamamilə yeni bir həyat bəxş etmiş olursan - sevgi, dostluq və gələcəyin dənizində üzən gəmilər. Əgər bu kitab mənim anladığım mənada bir kitabdırsa... [1] Kristofer Morley
  • Bir ata yüz müəllimə bərabərdir. Corc Herbert
  • Bir ata yüz övlada baxar, yüz övlad bir ataya baxa bilməz. Qabriel d'Annunzio
  • Bir çiçək ilə yaz olmaz. Azərbaycan atalar sözləri/B
  • Bir çılpağı yüz cübbəli soya bilməz. Azərbaycan atalar sözləri/B
  • Bir çıraq işığına yüz nəfər oturur. Azərbaycan atalar sözləri/B
  • Bir çürük ərik yüz safını da korlar. Yapon atalar sözləri
  • Bir dəfə aldadan, yüz dəfə də yalan deyər. Monqol atalar sözləri
  • Bir dəli yüz ağıllının cavab verəcəyindən artıq soruşa bilər. Fin atalar sözləri
  • Bir il tut əkən ər, yüz il ipək "dərər". Özbək atalar sözləri
  • Bir insan narkotik və ya spirtli içki tələsinə düşərsə, günahkar təkcə o deyil. Bu problemlərin səbəbi imkanların olmaması, təhsilin olmaması və digər şeylərdir. Hamısı ehtiyacların ödənilməməsi ilə başlayır. İnsanlar problemlərdən yaxa qurtarmaq üçün asılılığa qapılırlar. Buna görə də iş mənim üçün, çətin vəziyyətdə olan insanlar üçün hər zaman ən vacib olacaq. Kimsə taleyindən məsul olsa belə, bu heç vaxt yüz faiz deyil. Lionel Messi
  • Bir qram qətiyyət yüz kiloqramdan artıq şübhəyə dəyər. Portuqal atalar sözləri
  • Bir quruşluq saymazlıq - yüz minlik itkidir. Tamil atalar sözləri
  • Bir mərd ilə ağı yesən şirindi,
    Yüz namərdlə şəkər yesən, dad olmaz. Aşıq Ələsgər
  • Bir talanmış karvanın dalınca yüz bədbəxt gələr. Əfqan atalar sözləri
  • Bizim müttəfiqlərimiz, ən yaxın adamlarımız dedilər, yox, bir gün də gözləməyəcəyik. Mən Azərbaycan prezidenti İlham Əliyevə müraciət etdim. O, sutka ərzində, hətta sutkadan da tez mənə 200 milyon dollar borc verdi. Biz “Qazprom”a 187 milyon ödədik və yüz faiz hesablaşdıq

“Qazprom” 2010-cu ilin iyunun 21-dən Belarusa idxal olunan qazın həcmini əvvəl 15 faiz, sonra 30 faiz azaltmış, yığılıb qalan borcun dərhal ödənməsini tələb etmişdi. Moskva Minskin iki həftə vaxt vermək xahişini qəbul etmədiyindən Belarus prezidenti azərbaycanlı həmkarına üz tutmağa məcbur olub.[2] Aleksandr Lukaşenko

  • Bolşevizmlə mübarizə tədbirlərindən biri xalqda sağlam milli hisslərin oyadılmasıdır. Bu, Azərbaycan Respublikasının yaranmaqda olan gənc ordusu üçün xüsusilə zəruridir. Bizim yalnız tatarlarla (azərbaycanlılarla) komplektləşdirilən hərbi qüvvələrimiz öz xalqının dünya tarixinin səhifələrində çoxlu igidliklər yazmış, bütün Avropa xalqları tərəfindən xatırlanan və danışılan, ancaq özümüzün daha az bələd olduğumuz şərəfli hərbi keçmişini bilməlidirlər. Yüz ildən artıq davam edən Rusiya səltənətindən xilas olan türk (Azərbaycan) xalqına xatırladılmalıdır ki, biz heç də həmişə əsarət altında olmamışıq, həm də öz iradəmizi Avropa və Asiyaya diktə etmişik. Güman edirəm ki, türk (Azərbaycan) tarixinin bilicilərindən kiməsə xalqımızın bu günə qədərki mühüm hadisələrini özündə əks etdirən tarixi barədə kütləvi kitabçaları hazırlamağı və çap etdirməyi tapşırmaq çox faydalı olardı... Bizim ziyalılarımızın əsas vəzifələrindən biri orduya onun tarixi keçmişini tanıtmaqdır. Səməd bəy Mehmandarov
  • Budda öldükdən sonra yüz illərdir ki, mağarada onun kölgəsini göstərirlər. Dəhşətli və qorxulu kölgəsini. Allah ölüb. Amma insanların təbiəti elədir ki, min illər boyunca kölgə göstərilən mağaralar mövcud olacaq. Ona görə də biz bir də onun kölgəsinə qalib gəlməliyik! Fridrix Nitsşe

Ç[redaktə]

  • Çinin uzun sürən müharibəsi Çin xalqından böyük fədakarlıqlar tələb etdi və tələb edəcək, lakin eyni zamanda bu müharibə onları sakitləşdirdi. O, Çin xalqını son yüz ildəki bütün böyük mübarizələrindən daha böyük dərəcədə oyatdı və birləşdirdi. Çin xalqı təkcə nəhəng milli düşmənlə deyil, həm də əslində düşmənə kömək edən güclü daxili mürtəce qüvvələrlə qarşılaşır; bu şəklin bir tərəfidir. Lakin digər tərəfi odur ki, Çin xalqı nəinki əvvəlkindən daha çox siyasi şüurludur, həm də güclü Azad edilmiş ərazilər və gündən-günə böyüyən ümummilli demokratik hərəkat qurdu. Bunlar əlverişli daxili şərait yaradır. Əgər Çin xalqındakı məğlubiyyətlər və uğursuzluqlar nin son yüz ildəki mübarizələri müəyyən zəruri beynəlxalq və daxili şəraitin olmaması ilə bağlı idisə, bu gün vəziyyət başqadır - bütün lazımi şərait mövcuddur. Məğlubiyyətdən qaçmaq və qələbə qazanmaq üçün hər cür imkan var. Əgər biz bütün xalqı qətiyyətli mübarizədə birləşdirə bilsək, ona lazımi rəhbərlik verə bilsək, qalib gələcəyik. Mao Tszedun

D[redaktə]

E[redaktə]

  • Ey mənim yüz il sonra dünyada yaşayacaq millətim! Əgər bir gün hardansa “Molla Nəsrəddin”in saralmış və cırılmış vərəqləri əlinə keçsə, onda mənim milləti nahaqdan tənqid etdiyimi fikirləşmə. Cəlil Məmmədquluzadə

Ə[redaktə]

  • Əgər demədiyin şey barəsində bir dəfə təəssüflənəcəksənsə, susmamağın barədə yüz dəfə təəssüflənəcəksən. Lev Tolstoy
  • Əgər sən özünü bir işə məcbur edə bilmirsənsə və özünə tələbkarlıqla yanaşa bilmirsənsə, başının üstündə yüz müəllim də dursa əlindən bir şey gəlməyəcək. Vasili Suxomlinski
  • Əgər sənə yüz dollar borcum varsa - bu mənim problemimdir, amma sənə min dollar borcum olsam, bu sənin problemindir. ABŞ atalar sözləri
  • Əgər yüz yaşına qədər yaşayırsansa, mən bir gün yüz minus yaşamaq istəyirəm ki, mən heç vaxt sənsiz yaşamayım. Alan Miln
  • Əsəbi vaxtı bir an səbrli olsan, yüz günlük peşmanlıqdan qurtararsan. Çin atalar sözləri
  • Əsl qalib yüz dəfə qalib gələn yox, axırıncı qalib gələndir. Əbu Turxan

G[redaktə]

  • Gözlə bir dəfə görülən (şey) yüz dəfə eşitdiyindən yaxşıdır. Gürcü atalar sözləri
  • Güclü olduğuna inandırdın məni; bol-bol da verdin mənə verəcəklərini. Yüz il günah işlədib bilmək istərəm; günahlarmı sonsuz, yoxsa sənin rəhmətin. Ömər Xəyyam
  • Güz şumlamasan, yüz şumla. (Güz - payız). Türkmən atalar sözləri

H[redaktə]

  • Hər başda bir fikir var, təkcə keçəlin başında - yüz min. (Keçəl Orta Asiya folklorunda komik surətdir.) Qaraqalpaq atalar sözləri
  • Hər şeyə göz yummaq üçün adamın gərək yüz gözü olsun. Stanislav Eji Lets

X[redaktə]

  • Xalqın beyninə nüfuz edən xurafatdan irəli gələn axmaqlıqlar yüz illər boyu davam edəcək. Pyer Büast
  • Xəstənin özünün bildiyini yüz həkim bilmir. Kürd atalar sözləri

İ[redaktə]

  • İgid bir dəfə ölər, qorxaq yüz dəfə. Avar atalar sözləri
  • İgidin kunu yüz ata bərabərdir, ad-sanı - yüz min ata. (Kun - köhnə adətə görə qan bahasıdır). Qırğız atalar sözləri
  • İndi insanlar o qədər zəifdirlər ki,yüz rublluq kredit kartı görəndə ağıllarını itirirlər. Görəsən, dumanda bir milyon görsələr nə olar? Saltıkov-Şedrin
  • İnsan əməyinin və yaradıcılığının tarixi insan tarixindən daha maraqlı və daha əhəmiyyətlidir. İnsan yüz il belə yaşamayıb ölür, amma onun əməli əsrlərlə yaşayır. Maksim Qorki
  • İnsanı ən qısa yolla tanıdan və keyfiyyətini göstərən dildir. Bu dil ruh qapısının pərdəsidir. Külək pərdəni qaldıranda evin içərisi bizə görünür. Dil deyilən ət parçasından çaylar kimi hikmət selləri axar. Könlü və sözü bir olmayan insanın yüz dili olsa belə o yenə dilsiz sayılar. Mövlana Cəlaləddin Rumi

K[redaktə]

Q[redaktə]

M[redaktə]

  • Məqsədə çatmaq üçün bir böyük addım atmaqdansa, yüz kiçik addım atmaq yaxşıdır. Helmut Kol
  • Mən Xeyirin Şərə yalnız axirətdə qalib gələcəyini iddia edən məşhur alman filosofu cənab Kantla heç vaxt razılaşa bilmərəm. Xeyir Şərə hər gün, hər saat, hər an qalib gəlir. Hətta ola bilsin ki, Şər bizim təsəvvür etdiyimizdən daha zəifdir. Qarşımızda inkaredilməz sübutlar var, əgər qələbə xeyirin yanında olmasaydı, bəşəriyyət inkişaf edə, çoxala, vahid millət ola, kəşflər, ixtiralar edə, yarada, fəzanı fəth edə, insan hüquqlarını elan edə bilməzdi.İşin bir tərəfi budur ki, Şər gurultulu, yüksək səslidir və insan onu kədərləndirəni sevindirəndən daha çox xatırlayır. Şairimiz Əbül-Əla çox haqlıdır: ölüm vaxtının kədəri doğum vaxtının sevincindən yüz qat artıqdır. Nəcib Məhfuz
  • Mən İraqa demokratiya dərsi vermək istədim, çünki biz bununla bağlı təcrübəyə malikik. Və demokratiyada yüz ildən sonra qullarını buraxmalısan. Və yüz əlli ildən sonra qadınlarınızın səs verməsinə icazə verməlisiniz. Və demokratiyanın başlanğıcında odur ki, bir qədər soyqırım və etnik təmizləmə olduqca normaldır. İndi də belədir. Kurt Vonnequt
  • Mən rəssamam. Fikrimi, düşüncəmi yazmaqdan daha çox fırça işlətməyi sevirəm. Bütün yaradıcılığımı səni - doğma diyarı tərənnüm etməyə həsr etmişəm. Bunu böyük iftixar hissi ilə deyirəm. Bundan sonra yüz ömrüm olsa da yenə də səni vəsf etməyə həsr edərəm. Səttar Bəhlulzadə

N[redaktə]

O[redaktə]

P[redaktə]

  • Peşman olmuş bir günahkarın göz yaşları yüz möminin duasından daha artıq sevinc gətirir. Viktor Hüqo

R[redaktə]

  • Rusları məğlub etmək mümkün deyil, biz bunu yüz il ərzində gördük. Ancaq onlara yalan dəyərlər aşılaya bilsəniz, onlar özləri-özlərini məğlub edəcəklər. Otto fon Bismark

S[redaktə]

  • Səma (Cənnət) heç vaxt günah etməyən yüz salehdən çox, tövbə edən bir günahkara daha çox sevinir. Aleksandr Düma (oğul)
  • Sərvət, arvadınızın bacısının ərinin gəlirindən ən azı yüz dollar çox olan illik gəlirdir. Henri Luis Manken
  • Sizlərdən birinin yüz qoyunu olsa və bunlardan birini itirsə, doxsan doqquzunu səhrada qoyub, itəni tapanacan onun ardınca düşməzmi? Paulo Koelyo
  • Sözündə çoxluğa qoyma yer olsun,
    Birin yüz olmasın, yüzün bir olsun. Nizami Gəncəvi
  • Su başdan aşanda ya bir qarış, ya yüz qarış. Azərbaycan atalar sözləri/S

Ş[redaktə]

  • Şükür ki, yüz dənə axmaq bir araya gəlsə bir dənə ağıllı adam etməz. Artur Şopenhauer

V[redaktə]

Y[redaktə]

İstinadlar[redaktə]

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.257.
  2. Aleksandr Lukaşenko: “İlham Əliyevə müraciət etdim. Mənə 200 milyon dollar borc verdi”
  3. Rəhim Alxas. "Xınalıq" (poema), Vətən təranələri. Bakı, "Elm", 1990, səh. 69.
  4. Futbol tarixində iz buraxan sitatlar
  5. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.397