Məzmuna keç

Müəllim

Müəllim
Wikipedia logo
Wikipedia logo
Müəllim haqqında Vikipediyada məqalə var.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bədbəxtlik, şübhəsiz çox böyük bir müəllimdir, lakin bu müəllim; dərslərini bahalıya ödətdirər və faydası da puluna dəyməz. Jan Jak Russo
  • Bildiyini tətbiq etməyən müəllim və ya tələbə məsləhət görülmüş dərmanı içməyən xəstəyə bənzəyir. Konfutsi
  • Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir. Yan Komenski
  • Bir ata yüz müəllimə əvəzdir. Corc Herbert
  • Bir cəmiyyətin millət ola bilməsi üçün mütləq müəllimlərə ciddi ehtiyacı var: onlar cəmiyyəti həqiqi bir millət halına gətirirlər. Mustafa Kamal Atatürk
  • Bir müəllim əbədiyyətə hökm edən insandır. Henri Bruks Adams
  • Bir müəllimdən uşağa bir təşviq sözü uşağın həyatını dəyişə bilər. Həyat yoldaşından bir təşviq sözü evliliyi xilas edə bilər. Liderdən gələn bir təşviq sözü insanı öz potensialına çatmağa ruhlandıra bilər. Con Maksvell
  • Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq. Heydər Əliyev
  • Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Heydər Əliyev
  • Bu günün uşaqları zalımdır: valideynlərinə qarşı çıxır, yeməklərini yeyir və müəllimləri qarşısında zalım kimi davranırlar. Sokrat
  • Bu uzaq nöqtədən Yer xüsusi maraq doğurmaya bilər. Amma bizim üçün fərqlidir. Bu nöqtəni bir daha nəzərdən keçirin. Ora bura, o ev, o bizik. Onun üzərində sevdiyiniz hər kəs, tanıdığınız hər kəs, indiyə qədər eşitdiyiniz hər kəs, indiyə qədər olan hər bir insan öz həyatını yaşadı. Sevincimiziniztirabımızın məcmusu, minlərlə inamlı dinlər, ideologiyalariqtisadi doktrinalar, hər ovovçu, hər qəhrəmanqorxaq, sivilizasiyanın hər yaradıcısı və məhvedicisi, hər bir kralkəndli, hər sevgi dolu gənc cütlük, hər anaata, ümidli uşaq, ixtiraçıkəşfiyyatçı, hər bir əxlaq müəllimi, hər korrupsioner siyasətçi, hər bir “super ulduz”, hər bir “ali lider”. Yer böyük bir kosmik arenada çox kiçik bir mərhələdir. Bütün o generallarimperatorlar tərəfindən tökülən qan çaylarını düşünün ki, onlar şöhrətzəfər içində bir nöqtənin bir hissəsinin ani ustası ola bilsinlər. Bu pikselin bir küncünün sakinlərinin başqa bir küncün çətin ki, fərqlənən sakinlərinə baş çəkdikləri sonsuz qəddarlıqları, onların nə qədər tez-tez anlaşılmazlıqlar etdiyini, bir-birlərini öldürməyə nə qədər həvəsli olduqlarını, nifrətlərinin necə qızğın olduğunu düşünün. Duruşlarımız, təsəvvür edilən öz əhəmiyyətimiz, Kainatda hansısa imtiyazlı mövqeyə malik olduğumuza dair aldanışımız bu solğun işıq nöqtəsi ilə mübahisə edir. Planetimiz böyük kosmik qaranlıqda tənha bir ləkədir. Bizim qaranlıqda, bütün bu genişlikdə bizi özümüzdən xilas etmək üçün başqa yerdən kömək gələcəyinə işarə yoxdur. Yer bu günə qədər həyatın yaşadığı yeganə dünyadır. Ən azından yaxın gələcəkdə növlərimizin köçə biləcəyi başqa heç bir yer yoxdur. Ziyarət, bəli. Razılaşın, hələ yox. İstəsək də, istəməsək də, bu an üçün Yer bizim dayandığımız yerdir. Astronomiyanın alçaldıcı və xarakter formalaşdıran bir təcrübə olduğu deyilir. Bəlkə də kiçik dünyamızın bu uzaq görüntüsündən daha yaxşı insan təkəbbürünün axmaqlığının nümayişi ola bilməz. Mənə görə, bu, bir-birimizlə daha mehriban davranmaq və indiyə qədər tanıdığımız yeganə ev olan solğun mavi nöqtəni qorumaq və əzizləmək bizim məsuliyyətimizi vurğulayır. Karl Saqan
  • Bu gün 8-12 yaşlı məktəbli müəlliminə öz əliylə rüşvət verirsə, həmin müəllim bu məktəbliyə düzlük, ədalət, bütövlük, saflıq, təmənnasızlıq, insansevərlik kimi dəyərləri necə aşılayacaq? Belə riyakarlıq mühitində böyüyən uşaqdan gələcəkdə kamil şəxsiyyət və əqidəli ziyalı yetişəcəkmi?[1] - Gültəkin Hacıbəyli
  • "Bundan sonra mən sizə qul deyiləm, çünki qul Rəbbinin nə etdiyini bilmir; lakin Mən sizi dost adlandırmışam; Atam haqqında eşitdiklərimin hamısını sizə bildirmişəm." — XV Yəhya 15.

Bu, şübhəsiz ki, məcburi və azad dini şərt arasında ziddiyyət təşkil edir. Bu, qorxunun məcbur etdiyi, vicdanla, sevgidən ilham alan və kortəbii bir həyata keçiddir. Qulluqçu ifadəsinin gücü o terminə sığmaz. Orijinalda quldur. Əmin olmaq üçün şərt qul termini ilə təmsil olunur, o zaman bizim dövrümüzdə olduğu kimi, onun səfalətinin ətraf şəraitlə ziddiyyəti bu qədər kəskin şəkildə qeyd olunmamışdı; buna baxmayaraq, bu, köhnəlik şərti idi; və bütün Müqəddəs Yazılarda bu barədə, həm bədbəxtlik, həm də rüsvayçılıq kimi danışılır. Xilaskarımız şagirdlərinə elə baxırdı ki, sanki onlar yəhudilər və atalarının tərzinə uyğun ibadət edənlər kimi bir növ əsarətə bağlanıblar. O, Yəhudi Birliyinin üzvü idi və yəhudi kilsəsindən idi; o, heç vaxt onun heç bir hökmündən və ayinlərindən ayrılmamışdı, ancaq ataların yeridiyi kimi yeriyirdi; və şagirdləri təkcə Mozaika ritualına deyil, həm də ona bir növ Rəbbi kimi bağlı idilər; islahat müəllimi kimi, lakin buna baxmayaraq, yəhudi sxemi üzrə müəllim kimi. Beləliklə, onlar nökər idilər; məcburi itaət edirdilər. Amma o onlara dedi: "Bundan sonra mən sizə qullarım deməyəcəyəm - mənə itaət edənlər, sanki məcburiyyətdən, vəzifə hissindən, ciddi vicdan stressindən; indi sizə dost deyəcəyəm. "Və səbəbini deyir. Xidmətçi əmr alan və konfransa buraxılmayandır. Onun ağasının işlərindən xəbəri yoxdur. Ağası ilk növbədə öz işlərini düşünür və planlarını başa vurduqdan sonra istiqamətini verir; belə ki, bəndənin vəzifəsi yalnız itaət etməkdir. Amma dost dostu ilə məşvərətdə oturur və o dostun düşüncə və hisslərində, gəldiyi qərarlarda pay sahibi olur; və Məsih şagirdlərinə dedi: "Bundan sonra mənimlə şərik ol və siz mənimlə bir növ bərabərlik üzərində dost olmalısınız. Bundan sonra sizinlə mənim aramda azadlıq olmalıdır". Beləliklə, Məsih insanları dinə köləlikdən də azad etdi. Din sözünü sevmirəm; lakin onun yerini tutacaq başqa heç nəyimiz yoxdur. Bu, orijinalda bağlamaq, bağlanmaq deməkdir. Kişilər bağlanmışdı. Onlar öhdəliklər altında idilər və onlar tərəfindən bağlanmışdılar. Xristianlıq dindən başqa bir şeydir, yəni din öz etimoloji mənasında şərh olunur və xalq tərəfindən hörmət edilir. Xristianlıq son formasına çevrilmiş dindir və insanları zərurətdən könüllülüyə - əsarətdən azadlığa aparır. Bu, ən yüksək və ən normal psixi vəziyyətin şərtidir və adətən kortəbii və sərbəstdir. Bu təsadüfi ifadə deyil. Henri Uord Biçer

  • Bütün böyük müəllimləri bir otağa toplayın, və onlar hər şeydə bir-biri ilə razılaşacaqlar. Onların şagirdlərini bir yerə toplayın, və onlar hər şeydə bir-biri ilə mübahisə edəcəklər. Brüs Li
  • Bütün işlər məhz məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir. Heydər Əliyev
  • Çoxu elə öz yatağındaca ölüb. Heç kəs öz ömründən artığını yaşamayıb. Hətta savadlı adamlar, çox oxuyanlar – qaradərili həkimlər, müəllimlər, qəzetçilər, biznesmenlər – belə çox çətin bir məsələ qarşısında aciz qalıblar. Belələri ağılları ilə işləyib irəli getməklə yanaşı, bir də öz irqlərinin qayğısına qalmağa məcbur olublar və bəzən bu yerdə ağıl da aciz qalıb. Ağ adamlar elə güman edir ki, savadından asılı olmayaraq bütün qaradərililərin içində dərin cəngəllik var. Onlar keçilməz çaylara hökm edir, budaqdan budağa tullanaraq meymun səsi çıxarır, zəhərli ilanlarla yatıb dururlar. Qaradərililərin qana bulaşmış dişləri isə ağ adamların qanına susayır. Onlar haradasa düz fikirləşirlər. Qaralar ağ adamları zəncilərin mülayim, xoşrəftar, ağıllı, eşqli adamlar olduğuna inandırmaq istədikcə, zəncilərin bir çox inaclarının daha saf duyğulara bağlı olduğunu sübut etməyə çalışdıqca, həmin cəngəlliklər daha sıx və keçilməz olur. Amma bir həqiqət var, axı bu cəngəllikləri qaralar öz əvvəlki vətənlərindən, başqa dünyadan götürüb gətirməyiblər. Xeyir, bu cəngəllilkləri onlar üçün ağlar yaradıb. Və beləcə yayılıb, dərinlşəib, qalınlaşıb o cəngəlliklər. Hətta onların ölümündən sonra da cəngəlliklər böyüyüb, yaşıllaşıb və bu, onlara həyat verən ağlara yetişənə qədər davam edib. Cəngəllik onların hər birini tanınmaz hala salana qədər dəyişib. Onlar qaniçən olublar, ağlasığmaz dərəcədə azğınlaşıblar – elə olmaq istəməsələr də, – və bir vaxtlar öz əlləri ilə saldıqları cəngəlliklərdən ölümünə qorxmağa başlayıblar. Sən demə budaqdan budağa tullanıb meymun səsi çıxaran canlı onların ürəyində, onların ağ və zərif dəisi altda yaşayırmış. Sən demə o qana bulaşmış dişlər də onların öz dişləriymiş… Toni Morrison
  • Dərs deməyi sevən müəllimlər uşaqlara öyrənməyi öyrədirlər. Robert Con Meehan.
  • Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. Doğrudur, bu proses çox mürəkkəb prosesdir. Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir. Bilirəm, bu, asan məsələ deyil. Bu, bir çox amillərlə bağlıdır, ondan asılıdır... Ancaq indi dərs alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar... Heydər Əliyev/Təhsil
  • Dövlətin müəllimə münasibəti dövlətin gücünü və ya zəifliyini sübut edən dövlət siyasətidir. Otto fon Bismark
  • Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz. Sokrat
  • Dünyadakı bütün peşələr insanlardandır. Və yalnız üçü Allahdandır - müəllim, hakim və həkim. Sokrat
  • Düşmənin yaxşı keyfiyyətlərini qiymətləndirmək, müəllimin pis keyfiyyətlərinə dözmək lazımdır. Onlara müəllimə hörmət xatirinə deyilən sözün mənasını dərk etmək lazımdır. Çanakya
  • Ehtiyac ən böyük müəllimdir. Macar atalar sözləri
  • Eşq, vəzifədən daha yaxşı bir müəllimdir. Albert Eynşteyn
  • Eynilə sevilməyən bir müəllim kimidir qəlbim. Barmaq qaldıranların inadına, həmişə dərsdən anlamayanları seçdi. - Sunay Akın
  • Əgər bir xalqı məhv etmək, onu adam toplusuna çevirmək istəyirsinizsə, müəllimini savadsız, həkimini isə kəmsavad eləyin. Biri onun başını, o biri canını zay eləsin. Firidun bəy Köçərli
  • Əgər bir müəllim olsa bədəsil, Yetişdirə bilməz, bəxtiyar nəsil. Sədi Şirazi
  • Əgər mərhəmət göstərməyə imkanınız varsa, hətta müəllimə də yol verməyin. Konfutsi
  • Əgər müəllim ancaq işini sevirsə, o yaxşı müəllim olacaq. Əgər müəllim bir ata, bir ana kimi şagirdi sevirsə, o bütün kitabları oxuyan, lakin nə işini, nə də şagirdləri sevməyən müəllimdən yaxşı müəllim olacaq.Əgər müəllim işinə və şagirdlərə olan məhəbbətini özündə birləşdirirsə, o kamil müəllimdir. Lev Tolstoy
  • Əgər müəllim dürüstdürsə, o, həmişə diqqətli bir şagird olmalıdır. Maksim Qorki
  • Əgər müəllim olmasa heç birimiz cəmiyyətdə tutduğumuz yeri tuta bilməz və fəaliyyət göstərə bilmərik. ”Buna görə də“...hər bir müəllim bilməlidir ki, onun üzərinə düşən vəzifə, onun dövlət üçün, millət üçün, Azərbaycan xalqı üçün gördüyü iş bütün başqa sahələrdə fəaliyyət göstərən insanların hamısının işindən ən gərəklisidir, ən lazımlısıdır. Heydər Əliyev
  • Əgər səmada uşaqların duaları eşidilsəydi, yer üzündə bir nəfər də olsun canlı müəllim olmazdı. Fars atalar sözləri.
  • Əgər sən özünü bir işə məcbur edə bilmirsənsə və özünə tələbkarlıqla yanaşa bilmirsənsə, başının üstündə yüz müəllim də dursa əlindən bir şey gəlməyəcək. Vasili Suxomlinski
  • Əgər tələbə müəlliminin simasında elmi rəqibini deyil, nümunəni görürsə, o heç vaxt müəllimindən uzağa gedə bilməyəcək. Vissarion Belinski
  • Ən yaxşı müəllim təcrübədir. Alman atalar sözləri.
  • Ən yüksək ad müəllimlikdir. Müəllimlik sənəti şərəfli bir sənətdir. Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Heydər Əliyev
  • Əsl insan ana qədər etibarlı, müəllim qədər hörmətli, elm sahibi qədər sevimlidir. Vardhamana Mahavira
  • Heç bir müəllim unutmamalıdır ki, onun ən mühüm vəzifəsi şagirdləri əqli əməyə hazırlamaqdır və bu vəzifə fənnin özünü öyrətməkdən daha vacibdir. Konstantin Uşinski
  • Heç bir şübhə yoxdur ki, böyük müəllim şagirdin nailiyyətində böyük fərq yarada bilər və biz daha çox belə müəllimləri işə götürməli, öyrətməli və mükafatlandırmalıyıq. Ancaq bəzi yeni araşdırmaların da göstərdiyi budur: Bizə daha yaxşı valideynlər lazımdır. Uşaqlarının təhsilinə daha çox diqqət yetirən valideynlər də şagirdin nailiyyətlərində böyük fərq yarada bilər. Tomas Fridman
  • Heykəltəraş mərmər üçün hansı rolu oynayırsa, müəllim də uşağın həyatında həmin rolu oynayır. Jozef Adddison
  • Həqiqət güclüdür və dərhal olmasa da, heç olmasa yavaş-yavaş onun sahibliyini yaxşılaşdıra bilər. Yaxşı mənada parıltılar ən qalın səhv buludlarına nüfuz edə bilər. Ancaq indiki halda biz fərz edirik ki, həqiqət müəllimin obyektidir. Bu fərziyyəyə görə, əgər o, daim əlinizdə olmaq, hər bir dəyişikliyi və əlaməti onların meydana çıxa biləcəyi kimi izləmək, xüsusən də həqiqi səsin, münasib bəlağətin və canlı simpatiyanın üstünlüyü ilə, ölü hərf üzərində qələbə çala bilməsəydi, həqiqətən də qəribə olardı. Bu üstünlüklər kifayətdir; və təhsilin əsl obyekti kimi şagirdi öz müəlliminin sadəcə surəti etmək deyil, müxtəlif oxunuşların onu yeni təfəkkür qatarlarına aparacağına kədərlənməkdənsə, sevinmək lazımdır; ona yeni elm mədənləri və fəzilət üçün yeni həvəslər açın; və bəlkə də qarışıq və mürəkkəb təsirlə, onda dərslərinin hüdudlarından kənarda olan təkmilləşdirmə yaradacaq və onu müəllimin heç vaxt bilmədiyi zirvələrə qaldıracaq. Uilyam Qodvin
  • Həqiqi müəllim adını daşıyan insan həmişə, tarixin ən çətin dövrlərində dəyanətli, dözümlü olubdur və mənəviyyatını hər şeydən yüksək tutubdur. Heydər Əliyev.
  • Həmişə şagird qalan insan, deməli, öz müəlliminə borcunu pis ödəyir. Fridrix Nitsşe
  • Hər bir təlim və tərbiyədə ən önəmlisi müəllim, onun düşüncə tərzidir. Adolf Disterveq
  • Hər birimizin həyatında ən böyük haqqı olanlar sırasında müəllimin – öyrədənin yeri müqəddəs olduğunu bilin. O olmasa öyrənməzsiniz, öyrənməsəniz dərk etməzsiniz, dərk etməsəniz yaşamınız əzablı və mənasız olar. Bu haqqı heç vaxt unutmayın. Vaqif Abbasov
  • Hər hansı bir sahədə ən yaxşı müəllim təcrübədir. İohann Lavater
  • Hər kəsə aydındır ki, pul ilə ayaqqabı almaq olar, xoşbəxtlik yox, pul ilə qida almaq olar, iştah yox, pul ilə yataq almaq olar, yuxu yox, pul ilə dərman almaq olar, sağlamlıq yox, pul ilə xidmətçi tapmaq olar, dost yox, pul ilə əyləncə yaratmaq olar, sevinc yox, pul ilə müəllim tapmaq olar, ağıl yox. Sokrat
  • Hər müəllim həqiqəti öz üsulu ilə açır və yoxa çıxır. Fəridəddin Əttar
  • Hər müəllim, zamanı gəldiyində öyrətməyi buraxmasını öyrənməlidir. Bu çətin bir sənətdir. Bertolt Brext
  • Həyat, çox zalım bir müəllimdir. Əvvəl imtahan edər, sonra dərsi verər. Andre Gid
  • Həyat elə məktəbdir ki, uğursuzluq uğurdan daha yaxşı müəllimdir. Sultan Süleyman Qanuni
  • Həyat, müəllimin praktik zarafatına bənzəyirdi ki, bu zarafatda həyatın birinci yarısını öyrənməyə, ikinci yarısı isə birinci yarıda öyrəndiyiniz hər şeyin səhv olduğunu öyrənməyə sərf olunur. Rassel Beyker
  • Həyatda ən çox güvəndiyim şəxs müəllimdir. Çünki onun silahı kitabdır və bu silahla istənilən düşməni çökdürmək mümkündür.[2] Ogüst Kont
  • Həyatını müəllimliyə sərf edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insandır.Heydər Əliyev.
  • Hökmdara, eləcə də müəllimə, ataya, böyük qardaşa və qohumlara xoş münasibət qızmar günəşdəki kölgəni xatırladır. Bu nadir hallarda olur. Çanakya
  • Hökmdarın, eləcə də Allahın, müəllimin, münəccimin və həkimin hüzuruna əliboş getmək lazım deyil. Hədiyyələr vaxtında öz bəhrəsini verəcək. Çanakya
  • İnsan mənəviyyatında elə keyfiyyətlər vardır ki, insan bunlarsız həqiqi tərbiyəçi ola bilməz. Həmin keyfiyyətlər içərisində uşağın mənəvi aləminə nüfuz etməyi bacarmaq birinci yerdə durur. Yalnız özünün uşaq olduğunu heç vaxt unutmayan adam həqiqi müəllim ola bilər. Bir çox müəllimlərin bədbəxtliyi ondadır ki, onlar şagirdin hər şeydən əvvəl idrak, yaradıcılıq, insani qarşılıqlı münasibətlər aləminə qədəm qoyan canlı insan olduğunu unudurlar. Vasili Suxomlinski
  • İnsanı kamilliyə çatdırmaq məqsədi güdən sənət dünya sənətlərinin ən şərəflisi olmalıdır. Nəsirəddin Tusi
  • İnsanlar bir birinə qarşı xəbərçilik etməyə başladıqdan sonra, onların ürəklərində qanun yer alıb. Rüşvət vermək gizli işdir. Əgər insanlar rüşvət almaq və ya təklif etmək zamanı bir birinə qarşı xəbərçilik etməyə başlasalar, onda hər şey məhv olacaq. Buna görə qanun qarşısında keçilməz qorxu olmalıdır. İnsanlar rəhbərin qərarını yox, qanunu yerinə yetirməlidir. Bu prinsip ən ağır cəzaların köməyi ilə təyin olunub. Məsələn, taxt-tac varisi qanunlara əməl etmədiyinə görə, sarayda ən hörmətli adam olan onun müəlliminin burun və qulaqlarını kəsmişdir. Bundan sonra məmurlar və ölkənin əhalisi qanunları icra etməyə başlamışdır. Şan Yan
  • İşin mənəvi dəyəri ondan ibarətdir ki, o, digər insanlardan daha yüksək mənbədən gəlir. O mənbə cəmiyyətdir; millətdir. Əslində, əxlaq yalnız ictimai, milli, özəl fərdlərdən ayrı və yuxarıda ola bilər. Millətin ictimai asayişi və əmin-amanlığı, rifahı, xoşbəxtliyi, gələcəkdə təhlükəsizliyi və məsumluğu, sivilizasiyanın tərəqqisi naminə maraq, zəhmət və fədakarlıq tələb edəndə canından keçməyi tələb edən milli mənəviyyatdır. Kamil xalqda milli əxlaqın tələbləri, demək olar ki, o xalqın insanları tərəfindən mühakimə olunmadan, vicdanlı və emosional motivlə irəli sürülür. Bu, ən böyük milli hissdir, milli həyəcandır. Millət anaları, millət ataları, millət müəllimləri və millət ağsaqqalları; Onların evdə, məktəbdə, orduda, fabrikdə, hər yerdə və hər işdə millətin övladlarına, millətin hər bir üzvünə yorulmadan və davamlı olaraq verəcəkləri milli tərbiyənin məqsədi, bu yüksək milli hissi gücləndirir. Əxlaqın milli-ictimai olduğunu söyləmək və onun ümmət vicdanının ifadəsi olduğunu söyləmək həm də əxlaqın müqəddəs atributunu tanımaqdır. Əxlaq müqəddəsdir; çünki onun bərabər dəyəri yoxdur və heç bir başqa cür dəyərlə ölçülə bilməz. Əxlaq müqəddəsdir; çünki ən böyük əxlaqi vicdanı olan cinayətkar üçün prioritetdir. Həmin cinayəti törədən cəmiyyət tək və təkdir. Başqa cinayətkar yoxdur. İlahiyyatda hətta məcazi mənada düşünülmüş cəmiyyət də gizlidir. Çünki vicdanımıza təsir edən mənəvi həyat, cəmiyyət üzvləri arasında əməl və təriflərdən ibarətdir. Həqiqi, doğru bir cəmiyyət sıx bir intellektual və əxlaqi fəaliyyətdir. Mustafa Kamal Atatürk
  • Kahin- hökmdarın, ər-arvadın, müəllim isə şagirdlərin günahları qarşısında məsuliyyət daşıdıqları kimi, hökmdar da öz dövlətinin vətəndaşlarının günahları qarşısında məsuliyyət daşıyır. Çanakya
  • Kim bir işdə xalqa rəhbər olmaq istəyirsə, başqasına tərbiyə verməyə başlamazdan əvvəl özünü tərbiyə etməlidir. Tərbiyə yalnız dil ilə öyüd verməkdən deyil, hərəkətləri ilə nümunə göstərməkdən də ibarət olmalıdır. Nəfsinə müəllim olub özünü tərbiyə edən şəxs insanlara müəllimlik edib onları tərbiyə edəndən daha çox tərifə layiqdir. Kim bir işdə xalqa rəhbər olmaq istəyirsə, başqasına tərbiyə verməyə başlamazdan əvvəl özünü tərbiyə etməlidir. Tərbiyə yalnız dil ilə öyüd verməkdən deyil, hərəkətləri ilə nümunə göstərməkdən də ibarət olmalıdır. Nəfsinə müəllim olub özünü tərbiyə edən şəxs insanlara müəllimlik edib onları tərbiyə edəndən daha çox tərifə layiqdir. Həzrəti Əli
  • Kim ki, zamanın axınından öyrənməyib, o daha heç bir müəllimdən heç nə öyrənə bilməyəcək. Rudəki
  • Kim mənim səhvlərimi düzgün göstərirsə, o mənim müəllimim, kim mənim düz hərəkətlərimə doğru qiymət verirsə, o mənim dostum, kim mənə yaltaqlanırsa, o düşmənimdir. Syun-Tszı
  • Kimlərdən biz öyrəniriksə, düzgün olaraq bizim müəllimlərimiz adlandırılırlar, lakin hər öyrədən bu ada layiq deyil. Höte
  • Kimsə deyib: “ Düz deyirlərmi ki, pisliyə yaxşlıqla cavab vermək lazımdır?” Müəllim dedi: “ O halda, yaxşılığın əvəzini nəylə vermək lazımdır? Pisliyin əvəzini ədalətlə, yaxşılığın əvəzini isə yaxşılıqla vermək lazımdır”. Konfutsi
  • Kitab-lal müəllimdir. Platon
  • Kitab yorulmayan müəllimdir. Marsel Prust
  • Köhnə məlumatlardan bəhrələnərək yeni məlumatlar əldə etmək təlim-tərbiyənin təməlidir. Bu işi bacaran insan müəllim sayıla bilər. Konfutsi
  • Köhnəyə müraciət edən yeni şeylər açmaq bacarığına malikdir, müəllim olmağa layiqdir. Konfutsi
  • Qadınlar; Onlar ali təhsili həkim, hüquqşünas, müəllim olmaq üçün deyil, öz övladlarını yüksək ixtisaslı etmək üçün almalıdırlar. Aleksis Karrel
  • Qələm - ən yaxşı müəllimdir, yazılmış nitq ən yaxşı düşünüləndir. Xahiş edirəm, ümumi sözlərlə danışma. Mark Tulli Siseron
  • Quru ayaq üstə içsə, şagird qaça-qaça içər. (Quru - müəllim, ruhani mürəbbi). Teluqu atalar sözləri
  • Mədəniyyət müəllimlər hazırlamaq üçün müəllimlər tərəfindən idarə olunan bir alətdir, onlar da öz növbəsində müəllimlər hazırlayacaqlar. Simona Veyl
  • ...Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursaolsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir... Heydər Əliyev
  • Məktəbdəki ən vacib fenomen, ən ibrətamiz mövzu, şagird üçün ən canlı nümunə müəllimin özüdür.[3]. Adolf Disterveq
  • Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza dəyərli vətəndaşlar hazırlamaqdır. Heydər Əliyev
  • Məktəblərini xalqın düşünən beyni, alimlərini görən gözü, müəllimlərini əbədi sərvəti, qadınlarını əxlaq abidələri, gənclərini şah damarı, şəhidlərini şəfaətçiləri, bayrağını ürəyi, vətənini anasının ləyaqəti kimi görən millət var olub yaşayacaqdır. Füyuzat jurnalı
  • Mən alman müəllimlərimdən və filosoflarımdan çox şey əldə etmişəm və bu borcumu ürəkdən etiraf edirəm, lakin bu o demək deyil ki, başqaları mənim ideyalarımın böyüməsinə töhfə verməyib. Hindistan, İsveçrə, İngilis və Amerika müəllimlərinin və təhsil filosoflarının düşüncələrindən təxminən eyni şəkildə təsirlənmişəm. Mən həmişə həqiqəti və mülahizəni itirdiyim əmlak kimi qəbul edirəm və onu haradan tapsam götürürəm. Zakir Hüseyn
  • Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur, ancaq bundan da yüksək ad müəllimlikdir. Heydər Əliyev
  • Mən bir çox şeyi müəllimlərimdən, bundan daha çox isə şagirdlərimdən öyrəndim. Konfutsi
  • Mən dünyada müəllimlikdən yüksək ad tanımıram. Heydər Əliyev
  • Mən müəllmimdən kimin ağıllı insan olduğunu soruşduqda o, “az danışıb çox eşidən” cavabını verdi. İsaak Barrou
  • Mənim dərsim yoxdur. Mən müəllim deyiləm. Nə həyat fəlsəfəsi, nə nizam-intizam, nə də izləmək üçün proqramlar verirəm. Həyata çox konkret yanaşmam var, bunu dostlarımla bölüşürəm. Mənim yanaşmam proqramsızlaşdırma ilə başlayır. Mənə gəldikdə, bu açar sözdür. Mənim dostluğuma başlamaq, proqramsızlaşdırma prosesinə başlamaq deməkdir. Hər bir insan doğulduğu andan xristian, hindu, yəhudi, müsəlman olmaq üçün proqramlaşdırılmışdır. Uşaq günahsız doğulur, ancaq bütün həyatını yaşadığı minlərlə anlayışla dərhal ağırlaşır. Oşo
  • Milləti yalnız və yalnız müəllimləri xilas edə bilər. Bir cəmiyyətin millət ola bilməsi üçün mütləq müəllimlərə ehtiyacı var: onlar cəmiyyəti həqiqi bir millət halına gətirirlər. Mustafa Kamal Atatürk
  • Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Heydər Əliyev.
  • Müəllim bank xəzinədarına oxşayır: onun əlində böyük xəzinələrin açarı var, amma bu xəzinələr onun deyil. Onore de Balzak
  • Müəllim bir şama bənzər: özünü əridərək başqalarına işıq verər. (Paulo Ruffini)
  • Müəllim bir şama bənzər, özünü istehlak edərək başqalarına işıq verər. Mustafa Kamal Atatürk
  • Müəllim, bir zəkanı tamamilə hazır məlumatlarla dolduran təlimçi deyil, tələbələr öz özlərinə fikirlərini inkişaf etdirmələri üçün onları cəlb edən bir insan olmalıdır. Aleksis Karrel
  • Müəllim bürokrat deyil, bürokratdırsa, müəllim də deyildir. Konstantin Uşinski
  • Müəllim dedi: “Şagirdlərim! Elə zənn edirsiniz ki, sizdən nə isə gizlədirəm? Yox, sizdən heç nə gizlətmirəm. Mən yalnız sizə məlum olanları deyirəm”. Konfutsi
  • Müəllim də səhv edə bilər. Sinhal atalar sözləri
  • Müəllim dinləyicilərə bütün səylərinin yalnız onların zövqü və öyrənməsi üçün edildiyinə inanmaq üçün hər cür əsas verməlidir. Maykl Faradey
  • Müəllim durub yesə, şagirdləri gəzə-gəzə yeyərlər. İndoneziya atalar sözləri
  • Müəllim əbədiyyətə təsir edir; təsirinin harada dayandığını heç vaxt deyə bilməz. Henri Bruks Adams
  • Müəllim həqiqəti heç zaman deməməli, hər bir şagirdin özü üçün tapmalı olduğu həqiqətə bələdçi, yolgöstərən olmalıdır. Yaxşı müəllim ancaq katalizatordur. Brüs Li
  • Müəllim - hüzurunda əyləşənin könül zəmisini icarəyə alan, ona həqiqət toxumunu, haqq sevdasını, millət və vətən sevgisinin toxumlarını əkən şəxsdir. Füyuzat jurnalı
  • Müəllim xeyirxah da olsa, şagirdlərə daha çox bilik verməyi arzu da etsə, o, hətta yüksək təhsilli də olsa, təlim üsullarını nəzərə almırsa, bu üsulları yerli-yersiz tətbiq etməyə çalışırsa, arzu olunan müsbət nəticə əldə edə bilməz. Seyid Əzim Şirvani
  • Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir. Viktor Hüqo
  • Müəllim məktəbin canı, camaatın çırağıdır. O, öz peşəsini sevməli, şagirdlərini övladı kimi istəməli, xeyir verən biliklər aşılamaqla əhalinin rəğbət və məhəbbətini qazanmalıdır. Firidun bəy Köçərli
  • Müəllim məmur deyil; və əgər məmurdursa, deməli, təhsil işçisi deyil. Konstantin Uşinski
  • Müəllim nə qədər ki, oxuyur, öyrənir o, yaşayır, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür. Konstantin Uşinski
  • Müəllim, onun düşüncə tərzi - hər hansı bir təlim və tərbiyədə ən vacib şey budur. Adolf Disterveq
  • Müəllim öyrədən deyil, öyrənməyi öyrədəndir, müəllim öyrənməkdə yol yoldaşı deyil, öyrənmək yoluna nur saçandır. Müəllim təkcə öyrənməyi öyrədən, nur saçan deyil, həm də tərbiyə nümunəsidir, tərbiyə verəndir. Odur ki, müəllim sevən olun. Vaqif Abbasov
  • Müəllim öz peşəsini məhəbbətlə sevən artist, sənətkar olmalıdır. Anton Çexov.
  • Müəllim üçün əmr vermək öyrətməkdən asandır. Con Lokk
  • Müəllim üçün öyrətmək asan olduqca, şagird üçün öyrənmək çətin olur. (Lev Tolstoy)
  • Müəllim ümumiyyətlə şagirdlərdən daha çox şey öyrənər. Bu doğru deyilmi? (Duqlas Noel Adams)
  • Müəllim vəzifəsi torpağa toxum səpməkdir. Torpaq ana və atadır ki, torpağı münbit edir ki, müəllim öz rolunu ifa edə bilsin. Luule Viilma
  • Müəllim yalnız dərs deyən, sadəcə bir-iki saat sinif otaqlarında şagird və tələbələrlə təmasda olan bir şəxs, adi tərbiyəçi deyil. O, zaman və gənclik arasında körpü yaradan, öz şəxsiyyəti ilə nümunə göstərən, sabahın qurucularını hazırlayan, millətin gələcəyi üçün böyük məsuliyyət daşıyan bir varlıqdır. Xudu Məmmədov
  • Müəllim, yazı və s. kimi biliyin digər əsasları sadəcə olaraq instrumental dəyərə malikdir. Təkcə intuisiya əslində bolluq inəyi kimi bütün arzuları həyata keçirməyə qadirdir. Abhinavaqupta
  • Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini-uşaqların tərbiyəsini yalnız ona etibar edir. Heydər Əliyev
  • Müəllim zahirən təvazökar görünməklə tarixin ən böyük işlərindən birini görür. Dövlətin özü isə bu işə söykənir və nəsillər onunla yaşayırlar. Konstantin Uşinski
  • Müəllimdən işgəncə görməyən həyatda zülm çəkər. Sədi
  • Müəllimə, Allaha və savadlı insana sədaqət hər kəsi zinətləndirər. Çanakya
  • Müəllimi olmayan millət hələ millət adını daşımağa layiq deyil. Onore de Balzak
  • Müəllimi üzə tərifləyərlər, dostu - arxada, işçini işdən sonra. Tai atalar sözləri
  • Müəllimin bütün qüruru şagirdlərdə, əkdiyi toxumların böyüməsindədir. Dmitri Mendeleyev
  • Müəllimin çubuğu güldəndir, kim ki, görməyib cahildir. Fars atalar sözləri
  • Müəllimin davranış normalarının mahiyyəti ondan ibarətdir ki, o, nə həddindən artıq ciddilik nümayiş etdirməli, nə də son dərəcə mülayim və ya hər şeyə göz yuman olmamalıdır, çünki sərtlik şagirdi müəllimin əleyhinə qaldırır, etikasızlıq müəllimə hörmətsizliyə, tədris etdiyi fənnə və onun elminə laqeyd münasibətə gətirib çıxarır. Fərabi
  • Müəllimin evi kitabxanadır, dövləti şagirdlərdir, sazı, nəğməsi şagirdlərin sədası, qazancı isə millətin məhəbbət və ehtiramıdır. Sultan Məcid Qənizadə
  • Müəllimin əlifbası əsgərin süngüsündən önəmlidir. Lord Broham
  • Müəllimin xidmət etdiyi ideya insan övladına mənəviyyat aşılamaqdır. Adolf Disterveq
  • Müəllimin işi öyrənilə bilən hər şeyi öyrətməkdən çox, şagirddə biliyə məhəbbət və hörmət yaratmaqdır. Con Lokk
  • Müəllimin vurduğu yerdə gül bitər. Türk atalar sözləri
  • Müəllimin yaradıcı düşüncəsi olmalıdır. Abdul Kalam
  • Müəlliminiz sizə öyrədən deyil, öyrəndiyiniz müəllimdir. Riçard Bax
  • Müəllimlər tacirlər kimi qaçılmaz bəladır, mümkün qədər onlara olan zərurəti azaltmaq lazımdır. Fridrix Nitsşe
  • Müəllimlər vermək üçün bir hədiyyə olduğuna inanırlar; başqalarını sənət əsəri, bazar və ya bina yaratmağa sövq edən eyni qarşısıalınmaz həvəslə onları idarə edir. Bartlett Giamatti
  • Müəllimlərdən işgəncə görməyən həyatda zülm çəkər. Adolf Disterveq
  • Müəllimlərə, xilasedicilər və gecə gözətçilərinə hörmət qoy... Cekson Braun
  • Müəllimlərə münasibətdə hörmətsizlik etməyin. Ceyms Uotson
  • Müəllimləri tənqid etmək olmaz. Çanakya
  • Müəllimlik ağırdır, ancaq pak və müqəddəs xidmətdir. Seminariyada aldığınız elm və tərbiyəni elə yüksək və hündür məqamda saxlayın ki, nuru ətrafı da işıqlandıra bilsin. Firidun bəy Köçərli
  • Müəllimlik dünyanın ən nəcib peşələrindən biri, bəlkə də birincisidir. Bağ bağbansız keçinə bilmədiyi kimi, bəşəriyyət də müəllimsiz keçinə bilməz.... Hünərli usta dəmirdən səbr ilə misri qılınc yona bildiyi kimi, yaxşı müəllim də kəctab millətdən xoşbəxt cəmiyyət hazırlayır. Sultan Məcid Qənizadə
  • Müəllimlik hər şeydən əvvəl bir tanrı sənətidir. Platon
  • Müəllimlik insanı xoşbəxtlikdə bəzəyir, bədbəxtlikdə isə sığınacaq rolunu oynayır. II Yekaterina
  • Müəllimlik insanın yeganə əsas məşğuliyyətidir ki, biz hələ orta insanı səriştə və performansa qadir edən alətlər hazırlamamışıq. Tədrisdə biz “təbii olanlara”, birtəhər öyrətməyi bilənlərə etibar edirik. Piter Druker
  • Müəllimlik sənəti şərəfli bir sənətdir. Heydər Əliyev
  • Müəllimlik şəxsiyyətin xarakterini, kalibrini və gələcəyini formalaşdıran çox nəcib bir peşədir. Əgər xalq məni yaxşı müəllim kimi xatırlayarsa, bu, mənim üçün ən böyük şərəf olar. Abdul Kalam
  • Müəllimlik yalnız çoxdan bildiyiniz şeylərin kəşfidir. İlluziya (Riçard Bax)
  • Müəllimliyin mahiyyəti öyrənməni cəlbedici etmək, bu fikrin başqa bir fikrə təsiri ilə qığılcım effekti yaratmaqdır. Marva Collins.
  • Müəllimliyin özü o zaman təhsilə çevrilir ki, o, elmin ən yüksək sahəsinə çatsın, ideyalar aləminə daxil olsun və bu ideyanı ağıl vasitəsilə insanın ürəyinə çatdırsın. Elm yalnız bu elmi mərhələdə, nəinki tərbiyəvi mərhələdə mənəvi güc qazanır. Konstantin Uşinski
  • Mükəmməl sinif təlimatından daha dəyərli bir şey yoxdur. Amma gəlin bütün yükü müəllimlərin üzərinə qoymağa son qoyaq. Bizə daha yaxşı valideynlər də lazımdır. Yaxşı valideynlər hər bir müəllimi daha effektiv edə bilər. Tomas Fridman
  • Neqativ fikir müəllimdir. Əgər şagird müəllimin onu nəyə öyrətdiyini başa düşürsə, onda ağıllı olur. Əgər müəllim görsə ki, şagird ağıllanıb, onda onun işi başa çatır və o, gedir. Luule Viilma
  • Nəfsinin müəllimi, vicdanının şagirdi ol. Jan de Labrüyer
  • Ovvay da eyibsiz deyil; ən yaxşı müəllim də nöqsansız olmur. (Ovvay - qədim tamil şairəsi, xeyirxahlıq nümunəsi sayılır. Tamil atalar sözləri
  • Ömürlərə nur paylayan müəllim müqəddəsliyini bilməmək zülmətli gələcəyə yol açmaq deməkdir. Vaqif Abbasov
  • Öz peşəsini, tədris etdiyi fənni sevməyən müəllim, cisimsiz kölgə, yağışsız bulud, işıqsız çıraqdır. Elmini, tədris etdiyi fənni sevən, daim çalışan müəllim öz kökü üzərində bitən, öz şirəsi ilə bəslənən və buna görə daim artan, yaşıllaşan, çiçəklənən, bəhrə verən ağacdır. Yaxşı müəllim şagirdlərin şüurunu başqa çaylardan axıdılan sularla deyil, məktəblinin şüurunda gizlənmiş idrak bulağını açıb, onun suyu ilə sulayır. Müəllim əməkdə və geyimdə sadəliyin, fəaliyyətində gümrahlıq və əməksevərliyin, davranışda təvazökarlıq və gözəl əxlaqın, nitqdə danışmaq və susmaq sənətinin nümunəsi, ictimai həyatda ağıllılığın örnəyi olmalıdır. Yan Komenski
  • Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. Heydər Əliyev
  • Pinəçinin bir cüt ayaqqabını pis tikməsi bir nəfər afinalıya ziyan vurduğu halda, müəllimin pis işi, pis tərbiyəsi bütün Yunanıstana ziyan gətirir. Platon
  • Pis müəllim şagirdlərə həqiqəti təqdim edir, yaxşı müəllim isə onu tapmağı öyrədir.[4]Adolf Disterveq
  • Pis müəllimin pis də şagirdləri olar. Monqol atalar sözləri
  • Respublikamızın çox güclü müəllim ordusu var. Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır. Heydər Əliyev
  • Ruh bədəndən üstün olduğu kimi, müəllim də atadan üstündür. Çünki ata bədəni, müəllim isəə ruhu inkişaf etdirir. - Miqel de Servantes
  • Saray müəlliminin elmin bütün sahələrindən məlumatı, inandırmaq bacarığı olmaqla bərabər, gözəl natiq, soyuqqanlı, daxilən və zahirən saf bir insan olmalıdır. Çanakya
  • Sevmək müəllimin tək yoludur. Erix Fromm
  • Söz və sehr mahiyyət etibarilə eynidir. Sözlərin sehrli gücləri vardır. Hətta bu gün də öz sehrli güclərinin çoxunu qoruyub saxlayırlar. Məsələn, çox böyük xoşbəxtliyə səbəb olduqları kimi, dərin qəm-qüssəyə də yol açırlar. Həmçinin biliyin müəllimdən tələbəyə ötürülməsini də sözlər həyata keçirir. Hətta bir natiqin öz dinləyicilərini təsiri altına salaraq onlara öz istədiyini etdirməsi də sözlərin qüdrətindəndir. Sözlər insanın ən coşqun hisslərini oyadan və hər cür fəaliyyəti həyata keçirən qüvvəyə malikdir. Bir sözlə, sözlərin insanlar üstündəki nüfuzu çox böyükdür. Daha doğrusu, sözlər adamlara təsir göstərməyin universal üsuludur.[5] Ziqmund Freyd
  • Şagird müəllimin bilik səviyyəsinə çatana qədər o, həqiqətən müəllimini tanımır. Əbu Hamid əl-Qəzali
  • Şagirdlər müəllimlərin səhvləri kimi heç bir şeyi möhkəm yadda saxlamırlar. Lev Tolstoy
  • Şagirdlər öz müəllimlərinin həzm etdikləri ilə qidalanır. [6] Karl Kraus
  • Şagirdlərin bilmələri lazım olduğundan daha çox şey bilməyən bir müəllimdən daha qorxunc heç bir şey ola bilməz. Yohann Volfqanq Göte
  • Şəxsiyyəti valideyn, ruhu isə müəllim tərbiyə edir. Nikolay Qoqol
  • Tarix bizə başqalarının bədbəxtliklərini xatırladan xoşbəxtlik dəyişikliklərinə cəsarətlə dözməyə kömək edən mükəmməl bir müəllimdir. Polibi
  • Tarix diqqəti dağılmış tələbələr üçün ən yaxşı müəllimdir. İndira Qandi
  • Tarix ən pis şagirdləri olan ən yaxşı müəllimdir. İndira Qandi
  • Tarix- keçmişin şahidi, həqiqətin işığı, canlı xatirə, həyat müəllimi, keçmişin xəbər gətirənidir. Mark Tulli Siseron
  • Təbiət bir müəllimdir. O, gözləri açır, zehni işıqlandırır və ürəyi təmizləyir. Alfred Nobel
  • Təcrübə ən yaxşı müəllimdir. Tacik atalar sözləri
  • Təcrübə ən yaxşı müəllimdir, amma heyf ki, adamdan çox yüksək haqq tələb edir. Tomas Karleyl
  • Təcrübə ən yaxşı müəllimlərin öyrətdiklərindən də qiymətlidir. Marsel Sesiro
  • Təcrübə tələbkar müəllim kimidir: əvvəlcə imtahana, sınağa çəkir, sonra öyrətməyə başlayır.[7] Uilyam Verner
  • Təcrübədən daha güclü müəllim yoxdur, lakin öyrənmək istəyi olmadıqca, təcrübədən bir şey öyrənilməz. Corc Bernard Şou
  • Təhsilin məqsədi bacarıqlı, savadlı yaxşı insan yetişdirməkdir... İşıqlı insanı müəllimlər yarada bilər. Abdul Kalam
  • Tələbə müəlliminə bir nümunə kimi deyil, bir rəqib kimi baxmalıdır ki, öz müəllimini ötüb keçə bilsin. Vissarion Belinski.
  • Tələbələrinə öyrənmə arzusu peyvənd edə bilməyən bir müəllim soyuq dəmiri döyən bir dəmirçi kimidir. Henrix Mann
  • Tərbiyə ağılın müəllimi, düşüncə isə rəhbəridir.[8]. İohann Lavater
  • Tərbiyəçi və müəllim doğulmalıdır; o, təbii nəzakətlə idarə olunur. Adolf Disterveq
  • Tərbiyəçinin və müəllimin vəzifəsi hər bir uşağı ümumbəşəri inkişafla tanış etmək və sivil münasibətlərə yiyələnməmiş ondan bir insan yaratmaqdır. Adolf Disterveq
  • Tərimiz bütün problemlərimizə cavabdır və əkinçi, sənətkar və müəllim bədəni, zehni və ruhu qidalandıran üç agentdir. Zakir Hüseyn
  • Tolerantlıq təcrübəsində insanın düşməni ən yaxşı müəllimdir. Dalay Lama
  • Uğur bərbad bir müəllimdir. Ağıllı insanları heç məğlub olmayacaqlarına inandırır. Bil Geyts
  • Uşaqları tərbiyə edən müəllimlər onları dünyaya gətirən valideynlərdən daha hörmətlidir. Valideynlər uşaqlarına həyat, müəllimlər isə xoş həyat bəxş edir. Aristotel
  • Uzağı görə bilməyən insan düşmənini, dostunu, tənbəli, bacarıqsızı, qocanı, yaxud müəllimi seçə bilmirsə, o, məğlubiyyətə məhkumdur. Çanakya
  • Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı. Makedoniyalı İsgəndər.
  • Vaxt da müəllim kimidir: problemləri səbrlə, tədricən yoluna qoyur. Ezra Kornel
  • Vərdiş böyük müəllimdir, amma ağılla işləməsə yaxşı heç nə öyrədilə bilməz. Giuseppe Giusti
  • Vətəndaş cəmiyyətinin mərkəzində liberal təhsil durur, liberal təhsilin mərkəzində isə müəllimlik aktıdır. Bartlett Giamatti
  • Yaxşı müəllim daha çox faktları çatdıran şəxs yox, varlığı ilə bizi fərqli insanlara çevirən şəxsdir. Ralf Uold Emerson.
  • Yaxşı müəllimlər baha başa gəlir, pis müəllimlər isə daha baha başa gəlir. Bob Talbert
  • Yaxşı müəllimlik düzgün cavab verməkdən daha çox, düzgün suallar verməkdir. Jozef Albers
  • Yaxşı şagird müəllimi olmayanda bilinər. Portuqal atalar sözləri
  • Yaradan Allah yoxdur, lakin günəşləri, planetləri və canlı varlıqları yaradan Kosmos var. Hər şeyə qadir olan Allah yoxdur, lakin bütün göy cisimlərinin və onların sakinlərinin taleyini idarə edən bir kainat var. Allahın oğulları yoxdur, lakin onlar yetkin və buna görə də kosmosun müdrik və kamil oğullarıdır. Şəxsi tanrılar yoxdur, lakin planetlərin, günəş sistemlərinin, ulduz qruplarının, Süd yolunun, Eter adalarının və bütün kosmosun seçilmiş rəhbərləri var. Məsih yoxdur, amma parlaq insan və bəşəriyyətin böyük müəllimi var. Konstantin Siolkovski
  • Yaradıcı ifadədə, bilikdə sevinc oyatmaq müəllimin ali sənətidir. Albert Eynşteyn
  • Yaradıcılıq gələcəkdə uğurun açarıdır və ibtidai təhsil odur ki, müəllimlər uşaqlara o səviyyədə yaradıcılıq gətirə bilirlər. Abdul Kalam
  • Yazıçı öz sinfinin gözü, qulağı və səsidir. O, bunu dərk etməyə bilər, ancaq o, həmişə və labüd olaraq sinfin orqanı, onun duyğu cihazıdır yazıçının yalnız bir müəllimi var - onun oxucuları. Maksim Qorki
  • Yazıçının yalnız bir müəllimi var: oxucu. Nikolay Qoqol
  • Yazıq o tələbəyə ki, müəllimini üstələyə bilməyib. Leonardo da Vinçi
  • Yeni nəsil, ən böyük respublikaçılıq dərsini bu günki müəllimlər birliyindən və onların yetişdirəcəkləri müəllimlərdən alacaq. Mustafa Kamal Atatürk
  • Yer üzündə müəllimdən daha bir şərəfli peşə tanımıram. Sinoplu Diogen

İstinadlar

[redaktə]

Xarici keçidlər

[redaktə]
  1. Təhsil tariximizin qara ləkələri, 1-ci kitab, Bakı, “Qanun”, 2010. 400 səh., səh. 287
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 325
  3. Афоризми / Oсвітa і праця вчителя.
  4. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014. səh.325
  5. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015
  6. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014.səh.325
  7. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.432.
  8. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
  9. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014